Avropa “hərəkətə” keçdi...
13.06.2026 [09:38]
Üçlük Ukrayna məsələsini öz monopoliyasına almağa çalışır
Aİ nə istəyir: itmiş nüfuzunu bərpa etmək, yoxsa...
Rusiya- Ukrayna müharibəsi ilə bağlı artıq uzun müddətdir davam edən sükut pozulmaqdadır. Belə ki, ABŞ-ın Yaxın Şərqdə gedən proseslərə diqqət kəsildiyi bir anda Avropa üçlüyü yenidən aktivləşməyə başlayıb. Qeyd edək ki, bu ilin əvvəlində Mərkəzi Avropada gedən münaqişə ilə bağlı danışıqlar prosesində iştirak etmək üçün can yandıran Aİ-yə məhz Vaşinqton tərəfindən “veto” qoyulmuşdu. İndiki halda isə prosesə müdaxilə imkanı qazanan “köhnə qitə” yeni danışıqlar masası yaratmağa çalışır.
Moskvadan öncə London görüşü...
Xatırladaq ki, bir neçə gün öncə Avropa üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) liderləri Londonda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Görüşdən sonra münaqişə ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlarda avropalıların və ABŞ-ın fəal iştirakına çağırış yer alıb. London görüşünün iştirakçıları qeyd ediblər ki, “Avropa istənilən həlldə mühüm rol oynamalıdır”.
Bəyanatda qeyd olunur:
1. Təcili atəşkəs. Rusiyadan hərbi əməliyyatların tamamilə və dərhal dayandırılmasına razılıq verməsi tələb olunur.
2. Təmas xətti başlanğıc nöqtəsi kimi. Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ukraynanın öz təhlükəsizlik mexanizmlərini və müttəfiqlərini seçmək suveren hüququna tam hörmət edilməlidir.
3. Atəşkəsdən sonra Ukrayna üçün hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri - 2025-ci ilin dekabrında Berlində və 2026-cı ilin yanvarında Parisdə götürülmüş öhdəliklərə əsaslanaraq. Buraya Çoxmillətli Qüvvələrin - Ukraynada yerləşdirilməsi də daxildir.
4. Dondurulmuş Rusiya aktivləri Rusiya təcavüzünə son qoya və Ukraynaya dəyən ziyanı kompensasiya edənə qədər dondurulmuş qalacaq.
5. Avropa təhlükəsizlik maraqlarının qorunması. Danışıqların istənilən elementləri Aİ və NATO ilə bağlı razılaşmalar müvafiq üzv dövlətlərin razılığını tələb edir.
Liderlər Zelenskinin ABŞ və Avropanın fəal iştirakı ilə Ukrayna ilə Rusiya arasında birbaşa dialoq təklifini dəstəkləyiblər. Onlar həmçinin Eviandakı G7 sammitindən, Könüllülər Koalisiyasından və NATO-nun Ankara sammitindən Ukraynaya dəstəyi əlaqələndirmək üçün necə istifadə edəcəklərini müzakirə ediblər. Tutucu raket istehsalının artırılması və raketdən müdafiə və dərin zərbə imkanlarının birgə inkişaf etdirilməsi zərurəti xüsusi olaraq qeyd edildib. Liderlər Rusiyanın genişmiqyaslı raket və pilotsuz təyyarə hücumlarını, o cümlədən “Oreshnik” raketlərinin təkrar istifadəsi, eləcə də “Rusiya dronlarının NATO ərazisinə məsuliyyətsiz müdaxiləsini” pisləyiblər.
Bir saat yarım bağlı qapılar arxasında...
Görüşün ardından iyunun 10-da Avropa üçlüyünün səfirləri Rusiya xarici işlər nazirliyində dördtərəfli müzakirə aparıblar. Fransa, Böyük Britaniya və Almaniya səfirləri Nikolas de Rivyer, Naycel Keysi və Aleksandr Lambsdorff Rusiya Xarici İşlər Nazirliyinə baş çəkiblər və orada xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüblər. Bir saat yarım davam edən görüşün ardından Fransa səfiri jurnalistlərə müzakirənin yaxşı keçdiyini söyləyib. Rusiya mətbuatının yazdığına görə, diplomatik nümayəndələrə Ukrayna böhranı ilə bağlı ölkələrinin rəhbərliyinin siyasətinin obyektiv qiymətləndirilməsi təqdim edilib. Vurğulanıb ki, Avropa ölkələri Kiyevin Rusiyaya qarşı müharibəni davam etdirməsi üçün maksimum stimul formalaşdırıb. Mixail Qaluzin səfirlərə xatırladıb ki, Qərb koalisiyası münaqişədə Rusiyaya qarşı tərəf kimi çıxış edir. O, diplomatlara müraciətində vurğulayıb ki, bunu “Qərb “könüllülər koalisiyası” birliyi də təsdiqləyir.
Qeyd edək ki, son həftələrdə Avropa İttifaqı (Aİ) liderləri münaqişə ilə bağlı müzakiləri intensivləşdirib. Hətta İtaliya parlamentdə çıxış edən Baş nazir Giorgia Meloni Rusiya ilə dialoq üçün səlahiyyətli Aİ nümayəndəsinin seçilməsinin vacibliyini bildirmişdi. Ən əsası isə Avropa ölkələrinin nümayəndələri ABŞ ?rezidenti Donald Trampı 2025-ci ilin avqust ayında Alyaskada keçirilən görüşdə Rusiya lideri Vladimir Putinlə əldə edilən razılaşmalardan imtina etməyə çağırırlar. “Bloomberg” mənbələrə istinadən xəbər verib ki, gələn həftə keçiriləcək G7 sammiti zamanı Avropa liderləri Donald Trampın Rusiya ilə danışıqlara dəstəyini təmin etməyə çalışacaqlar. Mənbələr bildirib ki, Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri münaqişənin gedişatının Ukraynanın xeyrinə dəyişdiyi barədə fikir formalaşdırıblar. Buna görə də, onların fikrincə, Tramp və Putin arasında Ankoricdə əldə edilən razılaşmalar yenidən nəzərdən keçirilməlidir.
Avropanın fəallaşması, yoxsa itirilmiş siyasi çəkini bərpa etmək cəhdi...
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Avropa İttifaqının danışıqlar prosesində daha fəal rol almaq istəyi müxtəlif siyasi dairələrdə fərqli rakurslardan geniş müzakirə olunur. Bir sıra ekspertlər hesab edirlər ki, Avropa üçlüyü üçün bu proses təkcə müharibənin dayandırılması məsələsi deyil, həm də son illərdə zəifləyən beynəlxalq nüfuzun bərpası baxımından əhəmiyyət daşıyır. Xüsusilə son aylarda dünya siyasətində əsas təşəbbüslərin ABŞ tərəfindən irəli sürülməsi Avropa İttifaqının qlobal proseslərdəki təsir imkanlarının məhdudlaşdığı barədə fikirləri gücləndirib. Vaşinqtonun Çinlə münasibətlərin tənzimlənməsi istiqamətində apardığı danışıqlarda aparıcı mövqe tutması, İran məsələsində əsas aktor kimi çıxış etməsi və Cənubi Qafqazda sülh prosesinə açıq dəstək nümayiş etdirməsi Aİ-nin geosiyasi rolunun kölgədə qalmasına səbəb olub. Bu baxımdan Ukrayna böhranı Avropa üçün həm təhlükəsizlik, həm də siyasi nüfuz məsələsinə çevrilib. Bir çox siyasi analitiklər hesab edirlər ki, Aİ məhz Ukrayna məsələsində təşəbbüsü ələ almaqla beynəlxalq münasibətlər sistemində əvvəlki çəkisini qismən də olsa bərpa etməyə çalışır. Avropa paytaxtlarında formalaşan yanaşmaya görə, qitənin təhlükəsizliyi ilə bağlı əsas qərarlar Avropanın iştirakı olmadan qəbul edilə bilməz. Buna görə də xüsusilə Avropa üçlüyü danışıqlar platformalarında daha görünən rol almağa və prosesə təsir imkanlarını artırmağa çalışır. Bəzi analitiklər isə qeyd edirlər ki, Aİ-nin bu istiqamətdəki səyləri həm də iqtisadi səbəblərlə əlaqədardır. Sirr deyil ki, iqtisadi cəhətdən də Avropanın imkanları əvvəlki dövrlərlə müqayisədə daha məhduddur. Məhz bu səbəbdən Ukrayna ətrafında gedən diplomatik proseslər Avropa İttifaqının beynəlxalq sistemdəki gələcək mövqeyinin müəyyənləşməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Danışıqların məcrasını dəyişmək mümkün olacaqmı?
Qərbli siyasi şərhçilərin əhəmiyyətli hissəsi Avropa üçlüyünün İttifaq adından Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar prosesində həlledici təsir imkanlarına malik olmadığını düşünür. Onların fikrincə, bunun bir neçə əsas səbəbi var. İlk növbədə, Aİ-nin hərbi potensialı ABŞ-la müqayisədə zəif hesab olunur. Avropa ölkələri son illərdə müdafiə xərclərini artırmağa çalışsalar da, qitədə təhlükəsizlik arxitekturasının əsas dayağı hələ də NATO və xüsusilə ABŞ olaraq qalır. Müharibənin miqyasının genişlənəcəyi təqdirdə Vaşinqtonun iştirakı olmadan təhlükəsizlik balansının qorunmasının çətin olacağı vurğulanır. İkinci mühüm amil Avropa daxilində Rusiyaya münasibətdə vahid mövqenin tam formalaşmamasıdır. Bir sıra ölkələr Moskva ilə iqtisadi və enerji əlaqələrinin qorunmasının tərəfdarıdır və bu da vahid strategiyanın yürüdülməsini çətinləşdirir. Hətta sanksiyalar dövründə belə bəzi Avropa dövlətlərinin müxtəlif formalarda Rusiya enerji resurslarından istifadə etməsi bu fikir ayrılıqlarının mövcudluğunu göstərir. Üçüncü səbəb isə Aİ-nin son illərdə iqtisadi və siyasi baxımdan əvvəlki təsir gücünü müəyyən qədər itirməsi ilə əlaqələndirilir. Qlobal iqtisadi rəqabətin sərtləşməsi, enerji böhranı və daxili siyasi problemlər Brüsselin beynəlxalq təşəbbüslərdə liderlik imkanlarını məhdudlaşdırıb. Bu səbəbdən bəzi ekspertlər hesab edirlər ki, Ukrayna məsələsində əsas qərarların yenə də ABŞ və Rusiya arasında aparılan danışıqlar nəticəsində formalaşması ehtimalı daha yüksəkdir. Onların fikrincə, Aİ-nin hazırkı fəallığı prosesi tam nəzarətə götürməkdən daha çox, gələcək siyasi düzəndə söz sahibi olmaq cəhdidir. Hazırda prosesə müdaxilə üçün addımların intensivləşməsi isə Avropanın tələsdiyini göstərir - Avropa Yaxın Şərqdə gedən proseslər yekunlaşmadan Ukrayna məsələsində mövqelərini gücləndirməyə çalışır. Çünki Vaşinqton digər geosiyasi istiqamətlərdə strateji üstünlük əldə edərsə, Ukrayna ilə bağlı təşəbbüslərdə Avropanın təsir imkanları daha da zəifləyə bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

