Polşanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə HƏBS OLUNDU
14.06.2026 [18:43]
Ukraynanın paytaxtı Kiyevin Şevçenkovski rayon Məhkəməsi 34 yaşlı Azərbaycan vətəndaşı Orxan Məmmədbəyli barəsində 40 sutkalıq müvəqqəti həbs qətimkan tədbiri seçib. Qərara əsasən, o, bu müddət ərzində Lukyanovka İstintaq Təcridxanasında saxlanılacaq.
Lent.az xəbər verir ki, Orxan Məmmədbəyli Polşa ərazisində qətl törətməkdə ittiham olunur. Ona qarşı Polşa Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Məhkəmə hakimi Vladimir Buqil bu qərarı 2026-cı il iyunun 1-də qəbul edib. Hazırda həmin qərardan apellyasiya şikayəti verilib.
Məhkəmə qərarının mətninə əsasən, Orxan Məmmədbəyli mayın 29-da günün ikinci yarısında saxlanılıb.
Azərbaycan vətəndaşına qarşı tədbir görülməsinə səbəb həmin gün SIENA beynəlxalq informasiya şəbəkəsi vasitəsilə Polşa hüquq-mühafizə orqanlarından daxil olan məlumat olub. Həmin məlumatda bildirilib ki, Orxan Məmmədbəyli Avropa Həbs Orderi və İnterpolun "qırmızı bildirişi" əsasında beynəlxalq axtarışa verilib.
Məlumata görə, o, 2025-ci il fevralın 22-nə keçən gecə Polşanın paytaxtı Varşavanın mərkəzində baş vermiş səs-küylü hadisə ilə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunur.
Qeyd olunub ki, Konstitusiya meydanında yerləşən gürcü restoranında müştərilər arasında mübahisə yaranıb. Daha sonra təxminən 10 nəfər küçəyə çıxıb və dava baş verib. Münaqişə bıçaqlanma ilə nəticələnib. Hadisə zamanı Gürcüstan vətəndaşı, 31 yaşlı David K. döş qəfəsindən aldığı bıçaq xəsarəti nəticəsində həyatını itirib. Daha iki nəfər isə bud və çanaq nahiyəsindən bıçaq xəsarətləri alıb.
Hadisənin etnik cinayətkar qruplar arasında baş vermiş hesablaşma ilə əlaqəli olduğu barədə versiyalar irəli sürülüb. Bununla belə, Varşava prokurorluğu rəsmi açıqlamasında yalnız üç Gürcüstan vətəndaşının saxlanıldığını və Varşava-Şrüdmestye Dairə Məhkəməsinin qərarı ilə həbs edildiyini bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25

