Enerji resurslarından geosiyasi gücə doğru
08.06.2026 [15:33]
Müasir dünyanın siyasi və iqtisadi mənzərəsində enerji amili dövlətlərin beynəlxalq nüfuzunun müəyyən edilməsində mühüm rol oynayır. Əgər keçmiş dövrlərdə enerji ehtiyatları əsasən iqtisadi inkişafın təmin olunması baxımından qiymətləndirilirdisə, bu gün onlar ölkələrin geosiyasi çəkisini artıran, regional və qlobal proseslərə təsir imkanlarını genişləndirən strateji vasitəyə çevrilib. Dünyanın müxtəlif bölgələrində baş verən siyasi böhranlar, enerji bazarlarında müşahidə olunan dalğalanmalar və təhlükəsizlik məsələlərinin aktuallaşması enerji resurslarının artıq yalnız iqtisadi kateqoriya deyil, həm də siyasi güc elementi olduğunu açıq şəkildə nümayiş etdirir.
Belə bir mürəkkəb beynəlxalq mühitdə Azərbaycan enerji siyasətini milli maraqlar üzərində quraraq onu dövlət quruculuğunun və müstəqilliyin mühüm sütunlarından birinə çevirib. Bakı Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də məhz bu strateji yanaşmanın mahiyyətini əks etdirirdi. Dövlət başçısının çıxışı yalnız enerji sektorunun uğurlarının təqdimatı deyil, eyni zamanda Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun, formalaşdırdığı dövlətçilik modelinin və beynəlxalq əməkdaşlıq strategiyasının siyasi təhlili kimi diqqət çəkdi.
Müstəqilliyin ilk illərində Azərbaycan son dərəcə mürəkkəb sınaqlarla üzləşmişdi. Ölkədə siyasi qeyri-sabitlik hökm sürür, iqtisadiyyat dərin böhran yaşayır, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın mühüm hissəsi işğal altında qalırdı. Dövlət institutlarının zəiflədiyi, iqtisadi sistemin iflic vəziyyətinə düşdüyü həmin dövrdə ölkənin gələcəyini müəyyən edən strateji qərarların qəbul edilməsi həyati əhəmiyyət daşıyırdı. Məhz bu şəraitdə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası Azərbaycanın inkişaf yolunun əsasını qoydu.
Enerji sahəsində həyata keçirilən uzaqgörən siyasət qısa müddətdə öz nəticələrini göstərməyə başladı. Xarici investisiyaların cəlb olunması, beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın qurulması və iri enerji layihələrinin reallaşdırılması Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Bununla yanaşı, ölkə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmağa başladı. Enerji layihələri Azərbaycan üçün yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də siyasi mövqelərin möhkəmləndirilməsi vasitəsinə çevrildi.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri də milli maraqlara əsaslanan müstəqil siyasət kursu idi. Azərbaycan bütün dövrlərdə öz strateji qərarlarını xarici təsirlərdən uzaq, milli maraqların təmin olunması prinsipi əsasında qəbul edib. Müxtəlif vaxtlarda ölkəyə yönələn təzyiqlərə və yanlış tövsiyələrə baxmayaraq, seçilmiş siyasi kursdan geri çəkilməyib. Bu prinsipial mövqe Azərbaycanın həm iqtisadi, həm də siyasi müstəqilliyini daha da möhkəmləndirib.
Bu gün Azərbaycanın xarici siyasət uğurlarının əsas səbəblərindən biri məhz balanslaşdırılmış və praqmatik diplomatiyadır. Ölkə müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlər quraraq beynəlxalq əməkdaşlıq şəbəkəsini genişləndirə bilib. Qərb və Şərq arasında etibarlı körpü rolunu oynayan Azərbaycan həm enerji, həm nəqliyyat, həm də logistika sahələrində mühüm tərəfdaşa çevrilib.
Azərbaycanın enerji diplomatiyasının uğurlarını göstərən əsas faktlardan biri ölkə qazının geniş coğrafiyaya ixrac edilməsidir. Hazırda Azərbaycan qazı Avropadan Balkanlara qədər uzanan geniş bir ərazidə enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Bu, yalnız iqtisadi nailiyyət deyil, eyni zamanda ölkənin beynəlxalq etimad və nüfuz göstəricisidir. Xüsusilə son illərdə Avropada enerji təhlükəsizliyi məsələlərinin prioritet xarakter alması Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb.
Bu kontekstdə Cənub Qaz Dəhlizi layihəsinin xüsusi rolu qeyd olunmalıdır. Dünyanın ən böyük enerji infrastruktur layihələrindən biri hesab edilən bu təşəbbüs artıq təkcə iqtisadi layihə deyil, həm də mühüm geosiyasi platformaya çevrilib. Azərbaycan bu layihənin əsas təşəbbüskarı və aparıcı iştirakçısı kimi beynəlxalq enerji əməkdaşlığının inkişafında mühüm rol oynayır. Məhz bu layihə sayəsində ölkəmiz Avrasiyanın enerji xəritəsində aparıcı mövqelərdən birini tutub.
Prezident İlham Əliyevin çıxışında enerji siyasəti ilə milli təhlükəsizlik arasında olan əlaqəyə də xüsusi diqqət yetirildi. Dövlət başçısının vurğuladığı kimi, enerji layihələrindən əldə edilən gəlirlər Azərbaycanın iqtisadi gücünün formalaşmasına, sosial rifahın yüksəldilməsinə və güclü ordu quruculuğuna xidmət edib. Bu siyasətin nəticəsi olaraq Azərbaycan müasir silahlı qüvvələr formalaşdırmağa və milli təhlükəsizliyini təmin etməyə nail olub.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər də məhz uzun illər ərzində həyata keçirilən uğurlu dövlət strategiyasının nəticəsi kimi qiymətləndirilə bilər. Güclü iqtisadiyyat, yüksək maliyyə imkanları və müasir ordu Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə şərait yaratdı. Bununla da ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına təmin edən dövlətlər sırasında yer aldı.
Azərbaycanın gələcək inkişaf strategiyasında yaşıl enerji siyasəti də xüsusi yer tutur. Qlobal enerji keçidinin sürətləndiyi bir dövrdə ölkəmiz ənənəvi enerji sektorundakı liderliyini qorumaqla yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafına da böyük sərmayələr yatırır. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi bu istiqamətdə atılan mühüm addımlardandır.
Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, beynəlxalq tərəfdaşlarla imzalanan müqavilələr və Qara dəniz enerji kabeli layihəsi Azərbaycanın gələcək enerji strategiyasının əsas istiqamətlərini təşkil edir. Bununla yanaşı, Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji əməkdaşlığının inkişaf etdirilməsi regionlararası inteqrasiyanı gücləndirən mühüm amillərdən biridir.
Bu gün Azərbaycan yalnız enerji ixracatçısı statusu ilə kifayətlənmir. Ölkə eyni zamanda beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında, regional əməkdaşlıq təşəbbüslərinin həyata keçirilməsində və yeni geosiyasi platformaların formalaşdırılmasında fəal iştirak edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan mühüm logistika mərkəzinə çevrilərək qlobal iqtisadi əlaqələrin inkişafına əhəmiyyətli töhfələr verir.
Bakı Enerji Həftəsində səsləndirilən mesajlar bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız neft və qaz hasilatı ilə məhdudlaşmır. Bu siyasət dövlətçilik, milli maraqlar, iqtisadi müstəqillik, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq kimi fundamental prinsiplərə əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strategiya enerji resurslarını milli gücə, milli gücü isə regional liderlik və qlobal tərəfdaşlıq platformasına çevirməyə imkan verib.
Məhz buna görə də Azərbaycan müasir dövrdə enerji diplomatiyasının ən uğurlu nümunələrindən biri kimi çıxış edir. Ölkəmizin əldə etdiyi nailiyyətlər göstərir ki, düzgün müəyyənləşdirilmiş strateji kurs, güclü siyasi iradə və milli maraqlara əsaslanan dövlət siyasəti istənilən mürəkkəb geosiyasi şəraitdə davamlı inkişafın və beynəlxalq nüfuzun əsas təminatıdır.
Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

