Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransada Vergilər Baş İdarəsinin sisteminə qanunsuz giriş və məlumatların çıxarılması təsdiqlənib

Fransada Vergilər Baş İdarəsinin sisteminə qanunsuz giriş və məlumatların çıxarılması təsdiqlənib

14.08.2026 [20:35]

Fransanın Vergilər Baş İdarəsi (DGFiP) 2026-cı il iyunun sonunda qurumun informasiya sisteminə qanunsuz müdaxilə edildiyini və bəzi məlumatların çıxarıldığını təsdiqləyib. Hadisə şəxsiyyətin saxtalaşdırılmasından sonra baş verib.

AZƏRTAC xəbər verir ki, Fransanın Fəaliyyət və Dövlət Hesabları Nazirliyinin avqustun 13-də yaydığı açıqlamaya əsasən, kiberinsidentə görə məsuliyyəti naməlum bədniyyətli şəxs avqustun 12-də üzərinə götürüb.

DGFiP-nin apardığı yoxlamalar nəticəsində müəyyən edilib ki, iyunun sonunda qanunsuz giriş dayandırılsa da, müdaxilə zamanı fiziki şəxslər və peşəkarlarla bağlı məlumatlara baxılması və onların çıxarılması mümkün olub.

Hadisədən sonra DGFiP yeni məhdudlaşdırıcı təhlükəsizlik tədbirlərini dərhal tətbiq edib. Hazırda mütəxəssislər hansı məlumatların əldə edildiyini və neçə istifadəçinin təsirləndiyini dəqiqləşdirmək üçün geniş araşdırma aparırlar.

Potensial zərərçəkmiş istifadəçilərə fərdi bildiriş göndəriləcək. Bildirişlərdə əldə edilmiş ola biləcək məlumatların kateqoriyaları və zəruri hallarda istifadəçilərin görməli olduğu təhlükəsizlik tədbirləri göstəriləcək. Araşdırmaya ANSSI də qoşulub.

DGFiP-nin informasiya sistemlərinə cavabdeh əməkdaşları Fransa İqtisadiyyat və Maliyyə nazirliklərinin müvafiq xidmətləri, o cümlədən Müdafiə və Təhlükəsizlik üzrə Ali Məmurun Xidməti (SHFDS) və İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Milli Agentlik (ANSSI) ilə birgə çalışırlar.

Fransa hökuməti hadisə barədə Milli İnformatika və Azadlıqlar Komissiyasına (CNIL) məlumat veriləcəyini və hüquq-mühafizə orqanlarına şikayət təqdim ediləcəyini bildirib.

Hazırda Fransanın aidiyyəti qurumları nə zərərçəkənlərin sayını, nə də çıxarılan məlumatların həcmi və dəqiq məzmununu açıqlayıb. DGFiP araşdırma irəlilədikcə əlavə məlumatların veriləcəyini bildirir.

Paylaş:
Baxılıb: 369 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30