Yeni sənaye quruculuğunun yol xəritəsi
24.09.2026 [12:59]
“Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı” qeyri-neft iqtisadiyyatının inkişafında yeni mərhələ açacaq
Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair mühüm məsələlər müzakirə olundu. Dövlət başçısının vurğuladığı kimi ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyan və olduqca perspektivli sahə hesab edilən dağ-mədən sənayesi gələcək iqtisadi inkişafın əsas təməllərini təşkil edir.
Qlobal rəqabətdən kənarda qalmamaq üçün...
Müasir qlobal iqtisadiyyat “yaşıl enerji”yə keçid, rəqəmsallaşma, yüksək texnologiyalı sənayenin sürətli inkişafı, təchizat zəncirlərinin yenidən formalaşması və iqtisadi təhlükəsizlik amillərinin güclənməsi ilə xarakterizə olunur. Bu proseslər qara, əlvan və qiymətli metalların, habelə strateji əhəmiyyətli mineralların qlobal iqtisadiyyat və sənaye üçün vacibliyini daha da artırır. Xüsusilə, bərpaolunan enerji mənbələri, elektrikli nəqliyyat, enerji saxlama sistemləri, yarımkeçiricilər, süni intellekt infrastrukturu və müdafiə sənayesinin inkişafı sözügedən resurslara qlobal tələbin uzunmüddətli artmasını şərtləndirən əsas amillərdən biridir. Məhz bu reallıqlar fonunda dünya ölkələrinin sənaye siyasətində mineral ehtiyatların hasilatı ilə yanaşı, onların emalına və yüksək əlavə dəyər yaradan məhsulların istehsalına da diqqət artmışdır. Əlavə dəyər zəncirinin ölkə daxilində formalaşması, istehsalın rəqəmsallaşması, resurs və enerji səmərəliliyinin artırılması, aşağı karbon emissiyalı texnologiyalara keçid metallurgiya sənayesinin əsas inkişaf istiqamətlərinə çevrilib.
Beynəlxalq təcrübə göstərir ki, dağ-mədən sektorunun rəqabət qabiliyyəti və iqtisadi səmərəliliyi yalnız mineral ehtiyatların hasilatı ilə deyil, onların dərin emalı, yüksək əlavə dəyər yaradan məhsulların istehsalı və qlobal dəyər zəncirlərinə inteqrasiyası ilə müəyyən olunur. Bu baxımdan Çin Xalq Respublikası strateji əhəmiyyətli mineralların emalı üzrə qlobal lider mövqe qazanıb, Avropa İttifaqı strateji xammalın hasilatını, emalı və təkrar emalını prioritet istiqamət kimi müəyyən edib, Kanada və Avstraliya strateji əhəmiyyətli mineralların inkişafı üzrə milli strategiyaları təsdiqləyib. Həmin ölkələrin strateji məqsədi ölkədaxili metallurgiya və emal sənayesinin sürətli inkişafını təmin etmək, beynəlxalq bazarlara inteqrasiyanı dərinləşdirməkdir.
Mövcud iqtisadi şərait sənayeləşmənin yeni dövrünü tələb edir
Azərbaycan da bu proseslərdən kənarda qala bilməz, mövcud iqtisadi şərait mineral-xammal bazasından səmərəli istifadə, hasilat və emal mərhələləri arasında istehsal əlaqələrinin gücləndirilməsi, infrastruktur və logistika qərarlarının uzlaşdırılması, eləcə də dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsini zərur hesab edir. Ölkəmizin zəngin təbii resursları isə yüksək dəyər yaratmaq üçün böyük imkanlar yaradır. Eyni zamanda, enerji imkanlarımız və nəqliyyat infrastrukturumuz bu prosesdə regionun sənaye mərkəzinə çevrilməyi şərtləndirir.
Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi əlaqəli sənaye sahələrinin də dayanıqlı inkişafı üçün əlverişli şərait yaradır. Bu baxımdan ölkədə dağ-mədən və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, mineral resurslardan səmərəli istifadə olunması və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi, habelə metallurgiya məhsullarının ixrac potensialının artırılması məqsədilə əhatəli tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bunun üçün mineral ehtiyatların yenidən kəşfiyyatının aparılması, mövcud emal proseslərinin təkmilləşdirilməsi və daha yüksək emal səviyyəli məhsullar istehsalı infrastrukturlarını yaratmaqdır. Daşkəsən, Gədəbəy, Zəngilan, Ağdərə, Kəlbəcər, Naxçıvan və digər bölgələrdə mövcud və yeni ehtiyatları müəyyənləşdirməklə iqtisadi cəhətdən səmərəli olan yataqları mərhələli şəkildə sənaye dövriyyəsinə daxil etmək əsas hədəf prinsipləridir. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan yaradır.
Zəngin mineral resurslar geoloji kəşfiyyat dövrünü gözləyir
Müşavirədə bu məsələlərə xüsusi diqqət yetirildi və dövlət başçısının vurğuladığı kimi ötən dövrlərdə, sovet hakimiyyəti illərində obyektiv və subyektiv səbəblərə görə, dağ-mədən sənayesi lazımi səviyyədə inkişaf etməyib, ancaq indi əlverişli imkanlar yaranıb və bu fürsəti qaçırmaq olmaz. Uzun illərdir ki, prioritet sahə sayılan neft sənayesindən hazırda mineral sənayeyə transformasiya başlamalıdır. Ölkəmizin kifayət qədər perspektivli yataqları var ki, öz geoloji kəşfiyyat dövrünü gözləyir. Ona görə də, bu məsələlərin kompleks və sistemli həlli üçün Dövlət Proqramı hazırlanıb.
Prezidentin təsdiqlədiyi “Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı” funksionallığı və yeni sənaye institutlaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Proqramın əsas məqsədləri sadədir: bu, daha çox xammal hasil etmək deyil, bu, xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır. Başlıca hədəf istiqamətləri isə mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsidir. Dəmir filizi, alüminium, mis və qızıl yataqlarının istismarının genişləndirilməsi, eyni zamanda, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur ki, bu da gələcəkdə sənayeləşmənin yeni bazasını formalaşdıracaq.
Sənədin icrasında dövlətin tənzimləyici və dəstəkləyici rolu ilə yanaşı, dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarından da istifadə olunacaq.
Stimullaşdırıcı tədbirlər və güzəştlərin tətbiqi
Proqramda həm geoloji kəşfiyyat və istehsal, həm emal, həm ixrac, həm də sərmayələrin təşviqi baxımından səmərəli müddəalar öz əksini tapıb. Sənədə əsasən, qara metallurgiya sahəsində mövcud bazar şəraitinin, istehsal və logistika xərclərinin qiymətləndirilməsi, tətbiq oluna biləcək stimullaşdırıcı tədbirlərin və güzəştlərin müəyyən ediləcək. Müəyyən edilmiş stimullaşdırıcı tədbirlər və güzəştlər iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, iqtisadi cəhətdən məqsədə uyğun dəstək alətlərinin və rəqabətli dəmir yolu yükdaşıma tarifi mexanizmi formalaşdırılacaq. İqtisadi cəhətdən məqsədəuyğun stimullaşdırıcı tədbirlərin və güzəştlərin tətbiqinə başlanılması, habelə qara metallurgiya məhsullarının daşınması üzrə rəqabətli dəmir yolu yükdaşıma tarifi mexanizmi tətbiq ediləcək.
4 ildə 5 mindən çox daimi iş yerləri yaradılacaq
Dağ-mədən və metallurgiya sənayesi həm də sosial xarakterli sektordur. Burada yeni istehsal və emal bloklarının işə salınması çoxminli iş yerinin açılmasını da təşviq edəcək. İl?in dəyərləndirmələrə görə, təkcə 4 il ərzində beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə isə həmin sənaye xəttinin davamlı olacağını nəzərə alsaq növbəti illərdə iş yerlərinin sayının daha da artması istisna deyil.
Proqramın əsas hədəfləri kifayət qədər böyükdür. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3,4 milyard manata çatdırılması nəzərdə tutulur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Gündəm
09 Oktyabr 10:33
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32

