Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib

Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib

18.08.2026 [20:25]

Böyük Britaniyada əmək bazarında açıq vakansiyaların sayı son beş ilin ən aşağı səviyyəsinə düşüb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, may-iyul aylarında ölkədə vakansiyaların sayı əvvəlki üç aylıq dövrlə müqayisədə 6 min azalaraq 707 minə enib.

Pandemiya dövrü istisna olmaqla, bu, 2014-cü ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, ölkədə ümumi işsizlik səviyyəsi 4,9 faiz olaraq sabit qalsa da, özəl sektorda əməkhaqqı artımı da son illərin ən aşağı səviyyələrindən birinə enib.

Statistika qurumu bildirib ki, aparılan sorğunun nəticələrinə əsasən, xüsusilə kiçik müəssisələr artan əmək xərcləri və digər biznes məsrəfləri səbəbindən yeni işçilər işə götürməkdən çəkinə bilər.

Paylaş:
Baxılıb: 364 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30