Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İngiltərədə əlilliyi olan şəxslər üçün avtobuslarda 24 saat pulsuz gediş tətbiq ediləcək

İngiltərədə əlilliyi olan şəxslər üçün avtobuslarda 24 saat pulsuz gediş tətbiq ediləcək

18.08.2026 [21:35]

İngiltərədə əlilliyi olan şəxslər gələn ilin aprelindən etibarən günün istənilən saatında avtobuslardan pulsuz istifadə edə biləcəklər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hazırda əlilliyi olan şəxslər üçün nəzərdə tutulan pulsuz avtobus kartlarından həftəiçi günlərdə yalnız saat 09:30-dan 23:00-dək istifadə etmək mümkündür. Həftə sonları və rəsmi bayram günlərində isə bu məhdudiyyət tətbiq edilmir.

Mövcud qaydaların xüsusilə səhər saatlarında işə gedən və ya gecə saatlarında keçirilən tədbirlərdə iştirak edən insanlar üçün çətinlik yaratdığı bildirilir. Yeni qaydanın təxminən bir milyon insana fayda verəcəyi gözlənilir. Hökumət bu addımın yaşayış xərclərinin azaldılmasına və əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlərin bir hissəsi olduğunu bildirib.

Baş nazir Endi Börnhem deyib ki, əlilliyi olan şəxslərin günün müəyyən saatlarında öz pulsuz gediş kartlarından istifadə edə bilməməsi ədalətli deyil. O, daha əvvəl Mançester meri olduğu dövrdə də oxşar dəyişikliyi həyata keçirdiyini xatırladıb.

Paylaş:
Baxılıb: 310 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30