Xalqımız tarixi zəfərlərin qürurunu yaşayır
10.09.2026 [15:28]
Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov hesabat məruzəsi ilə çıxış edib. O diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasi xətt Azərbaycanın davamlı inkişafının əsas təminatçısıdır. V.Hüseynov vurğulayıb ki, qazanılan möhtəşəm nailiyyətlər müasir tariximizin şanlı səhifələrini təşkil edir: “Dövlət başçısının qətiyyətli siyasəti sayəsində Azərbaycan bu gün beynəlxalq müstəvidə söz sahibi olan, nüfuzlu tərəfdaş kimi qəbul edilən qüdrətli bir ölkədir”.
YAP Xocavənd rayon təşkilatının ötən müddət ərzində sıralarını genişləndirdiyini vurğulayan V.Hüseynov qeyd edib ki, qazanılan uğurlarla yanaşı, növbəti mərhələdə də qarşımızda məsuliyyətli vəzifələr dayanır.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin liderliyi ilə dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, cəmiyyətin rifahının yüksəldilməsi, milli maraqlarımızın qorunması, eləcə də Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması istiqamətində məqsədyönlü addımlar atılır. İcra başçısı qeyd edib ki, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən tarixi Qələbə ölkəmizin dünya miqyasındakı mövqeyini daha da möhkəmləndirib: “Xalqımız tarixi zəfərlərin qürurunu yaşayır. Bu böyük nailiyyətlərin qazanılmasında Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla irəliləyən Yeni Azərbaycan Partiyasının xüsusi payı var”.
Çıxış edən YAP İdarə Heyətinin üzvü Bayram Aslanov bildirib ki, Yeni Azərbaycan Partiyası fəaliyyətə başladığı ilk gündən hər zaman dövlətimizin ali maraqlarını ön planda tutub. Onun sözlərinə görə, 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə partiyanın təsis olunması və qısa müddətdən sonra hakimiyyətə gəlişi Azərbaycanı dərin siyasi böhrandan və parçalanmaqdan xilas edərək inkişaf yoluna çıxardı: “Bu gün YAP azərbaycançılıq məfkurəsini uca tutaraq cəmiyyətdə milli həmrəyliyin möhkəmlənməsinə dəyərli töhfələr verməkdədir”.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə çıxışında Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan siyasi mövqeyindən, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində rolundan və qarşıya qoyulan vəzifələrin icrasından danışıb. O vurğulayıb ki, partiya ötən illər ərzində cəmiyyətin böyük inamını qazanaraq bu etimadı əməli fəaliyyəti ilə doğruldub.
Daha sonra partiya fəalı Telli Aliyeva və Muğanlı kənd ərazi partiya təşkilatının sədri Asim Rüstəm çıxış ediblər.
Konfransda YAP Xocavənd rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56

