/ / İşğaldan azad olunmuş hər qarış torpaq illərin nisgilinin, həsrətinin Zəfərlə tamamlandığı müqəddəs Vətən parçasıdır
İşğaldan azad olunmuş hər qarış torpaq illərin nisgilinin, həsrətinin Zəfərlə tamamlandığı müqəddəs Vətən parçasıdır
17.09.2026 [15:28]
Azərbaycanın müasir tarixinə həkk olunmuş zəfər salnaməsi təkcə hərbi yolla torpaqların azad edilməsi ilə bitmədi, həm də həmin ərazilərin tarixi, mədəni və mənəvi baxımdan milli yaddaşda yenidən dirçəldilməsi ilə nəticələndi. İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis olunması bu böyük Qayıdışın, milli qürurun və tarixi ədalətin bərpasının rəmzidir. Artıq ikinci ildir ki, ölkə miqyasında Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günləri böyük coşqu və qürur hissi ilə qeyd edilir.
30 ilə yaxın davam edən işğal dövründə bu ərazilər erməni vandalizminə məruz qalmış, infrastrukturu dağıdılmış və tarixi adları təhrif olunmuşdu. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa olundu.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad olunması ilə otuz illik nisgilə son qoyuldu. Bu şəhərlərin günlərinin qeyd edilməsi təkcə bir təqvim hadisəsi deyil, həm də Azərbaycan xalqının öz doğma torpaqlarına əbədi olaraq qayıtmasının təsdiqidir.
Qarabağın mərkəzi hesab olunan Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması suverenliyin tam təmin olunmasının zirvəsi oldu. 15 sentyabr tarixi həm də Bakının azad edilməsi gününə təsadüf etməklə rəmzi bir məna daşıyır. Bu gün Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb, sosial-iqtisadi həyat sürətlə bərpa olunur.
XX əsrin en dəhşətli faciələrindən birini yaşayan Xocalı bu gün yenidən doğulur. Şəhər gününün qeyd olunması Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramla yanaşı, həm də bu şəhərin bərpa olunaraq yenidən həyat qazanmasının nümayişidir. Artıq Xocalıya yerli sakinlərin köçürülməsi həyata keçirilir.
Zəngin tarixi-arxeoloji abidələri və təbii gözəllikləri ilə seçilən Xocavənd rayonunun mərkəzi və kəndləri sürətli yenidənqurma mərhələsindədir. Şəhər günü regionun qədim alban və Azərbaycan irsinin qorunması baxımından xüsusi önəm kəsb edir.
Strateji mövqeyi və zəngin yeraltı-üstü sərvətləri ilə tanınan Ağdərə şəhərinin yenidən inzibati vahid kimi bərpa olunması və şəhər gününün qeyd edilməsi regionun iqtisadi potensialının reallaşdırılmasına böyük təkan verir.
Bu gün həmin şəhərlər böyük tikinti və quruculuq meydançasına çevrilib. "Böyük Qayıdışa dair Dövlət Proqramı" çərçivəsində müasir altyapı layihələri icra olunur, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları tətbiq edilir. Yollar, məktəblər, xəstəxanalar tikilir, mənzillər istifadəyə verilir.
Artıq ikinci ildir ki, həyata keçirilən bu bayram tədbirləri azad olunmuş torpaqlara təkcə binaların deyil, insan ruhunun, mədəniyyətin və gələcəyə olan inamın qayıtdığını göstərir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın bölünməzliyinin, gücünün və sarsılmaz birliyinin canlı rəmzidir.
Sona Əsədova
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı, partiya fəalı
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12

