“Qarabağ Azərbaycandır və nida işarəsi” - 2023-cü ilin antiterror əməliyyatı
18.09.2026 [10:26]
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Valday Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" ifadesi, təkcə diplomatiya tarixinə düşən siyasi bəyanat deyil, Azərbaycan xalqının otuz illik həsrətinə, ədalətsizliyə və torpaq işğalına qarşı qoyulmuş milli iradə manifesti idi. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi bu Tarixi Cümlənin birinci hissəsini — möhtəşəm Zəfərlə torpaqlarımızın böyük hissəsinin azad edilməsini təmin etdi. 19-20 sentyabr 2023-cü il tarixində keçirilən 24 saatlıq lokal xarakterli antiterror əməliyyatı isə həmin cümlənin sonuna həqiqi, dəyişməz və əbədi nida işarəsini qoydu.
44 günlük müharibədən sonra imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə rəğmən, Qarabağ ərazisində qanunsuz erməni silahlı birləşmələri qalmaqda, yeni minalama fəaliyyətini davam etdirməkdə və hərbi təxribatlar törətməkdə idi. 2023-cü il sentyabrın 19-da polis əməkdaşlarının və mülki şəxslərin xain mina partlayışları nəticəsində həlak olması Azərbaycan dövlətinin səbr kosasını doldurdu. Operativ, yüksək dəqiqlikli və dünya hərb tarixinə nadir hərbi əməliyyat kimi düşən bu addım nəticəsində cəmi 24 saat ərzində qanunsuz xunta rejimi tam təslim oldu, hərbi birləşmələr tərksilah edildi və separatçı rejim tarixin zibilxanasına atıldı. Azərbaycan Ordusu yalnız mülki əhalini qoruyaraq zərgər dəqiqliyi ilə hərbi obyektləri neytrallaşdırdı.
Nida işarəsi bitmiş fikri, sarsılmaz qətiyyəti və mübahisəsiz gerçəkliyi simvolizə edir. 2023-cü ilin sentyabr əməliyyatı ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi mövzusu artıq heç bir beynəlxalq platformada, geopolitik pazarlıqda alət və ya müzakirə obyekti ola bilməz. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Azərbaycan bayrağının ucaldılması ilə ölkəmizin hər bir qarışında konstitusiya quruluşu, qanunun aliliyi və tarixi ədalət tam bərpa olundu.
Məhz bu tarixi zəfərin, separatizmə vurulan son zərbənin və tam ərazi bütövlüyünün təsbit olunması amili nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 20 sentyabr tarixi Azərbaycanda Dövlət Suverenliyi Günü kimi təsis edildi. Suverenlik Günü — xalqımızın azadlıq, müstəqillik, sarsılmaz birlik və öz doğma torpaqlarında tam hakim olmaq hüququnun təntənəsidir. 1991-ci ildə elan olunmuş dövlət müstəqilliyimiz məhz 20 sentyabr 2023-cü ildə öz məntiqi və tam əməli həllini tapdı, dövlətimiz bütün xəritəsi boyunca tam suverenliyinə qovuşdu.
Bu tarixi dönüş nöqtəsi həm də regionda dinc, təhlükəsiz və dayanıqlı inkişafın əsasını qoydu. Qısa müddət ərzində azad edilmədən dərhal sonra başlayan "Böyük Qayıdış" proqramı çərçivəsində on minlərlə soydaşımız öz ata-baba yurdlarına qayıdır, Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, cənnətə çevrilir. Separatizmin qaranlığından xilas olan bu torpaqlar artıq quruculuq, təhsil, mədəniyyət və iqtisadi dirçəliş mərkəzinə çevrilməkdədir.
Bu gün Xankəndinin mərkəzində, Şuşanın zirvələrində və Qarabağın hər bir dağında dalğalanan üçrəngli bayrağımız, bərpa olunan Suverenlik Günümüz və yenidən qurulan şəhərlərimiz "Qarabağ Azərbaycandır!" kəlamının sadəcə bir şüar deyil, dəyişməz, əbədi və sarsılmaz bir reallıq olduğunu bütün dünyaya bəyan edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22

