/ / YAP Samux rayon təşkilatında 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə dəyirmi masa keçirilib
YAP Samux rayon təşkilatında 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə dəyirmi masa keçirilib
18.09.2026 [13:07]
20 Sentyabr Dövlət Suverenliyi Günü münasibətilə YAP Samux rayon təşkilatında “20 Sentyabr – Dövlət Suverenliyimizin təntənəsi və milli qürur tariximiz ” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, 20 Sentyabr Azərbaycan Respublikasının dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar tarixlərdən biridir. Qeyd edib ki, bu gün Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının rəmzi kimi xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qarşısında duran tarixi vəzifələrin reallaşdırılmasına möhkəm zəmin yaradıb.
Gündüz Bayramov bildirib ki, 2020-ci ildə əldə olunan Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etsə də, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpası təmin olunub. Bununla da Azərbaycan Respublikasının Konstitusiya quruluşu Qarabağ bölgəsində də bərqərar edilib. 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm hadisənin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Vurğulayıb ki, bu tarixi qələbənin əldə olunmasında Azərbaycan Ordusunun şəxsi heyətinin göstərdiyi qəhrəmanlıq, şəhidlərimizin fədakarlığı və qazilərimizin şücaəti əvəzsizdir.
Dəyirmi masada iştirak edən 44 günlük Vətən müharibəsində şəhid olmuş leytenant Elvin Məmmədzadənin atası İlham Məmmədov çıxış edərək bildirib ki, şəhid ailələri üçün Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası böyük qürur mənbəyidir. Qeyd edib ki, Elvin Məmmədzadə kimi Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Şəhidlərin müqəddəs irsinin qorunması və onların göstərdiyi qəhrəmanlığın gənc nəslə aşılanması hər birimizin mənəvi borcudur.
Daha sonra dəyirmi masada iştirak edən 44 günlük Vətən müharibəsi iştirakçısı ehtiyatda olan polkovnik Aydın Şıxəliyev çıxış edərək Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı göstərdiyi yüksək peşəkarlıq və qəhrəmanlıqdan, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərinin ölkəmizin dövlət suverenliyinin tam bərpasında mühüm rolundan bəhs edib. O, 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının milli qürurunu və dövlətçilik əzmini ifadə edən əlamətdar tarix olduğunu vurğulayıb.
Sonra Samux rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Elnaz Cəfərova, Samux rayon 3 saylı tam orta məktəb ərazi partiya təşkilatının üzvləri Samir Qurbanov və Zahirə Hüseyinova çıxış edərək20 Sentyabr – Dövlət Suverenliyi Gününün tarixi və siyasi əhəmiyyətindən, Azərbaycanın əldə etdiyi tarixi Zəfərin mühüm nəticələrindən danışıblar. Çıxışlarda qeyd olunub ki, dövlət suverenliyinin tam bərpası Azərbaycanın müstəqil dövlətçilik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Bildirilib ki, bu tarixi Qələbə şəhidlərimizin qanı, qazilərimizin şücaəti və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı sayəsində əldə edilib. Həmçinin gənc nəslin milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə və vətənpərvərlik ruhuna bağlı şəkildə tərbiyə olunmasının vacibliyi vurğulanıb. Çıxışlarda, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, Böyük Qayıdış proqramının uğurla icra olunmasından bəhs edilib. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması Azərbaycanın əldə etdiyi tarixi Zəfərin davamı olmaqla, ölkəmizin iqtisadi və sosial inkişafının yeni mərhələsini nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

