Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

23.09.2026 [11:33]

Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin avqust ayının sonuna 6,3 milyard manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb.

AZƏRTAC Mərkəzi Bankın yaydığı məlumata istinadən xəbər verir ki, bu şəraitdə təminatsız pul bazarı üzrə bençmark faizlər bir qədər azalmağa meyil edib.

“Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin iyul ayında 6,39 faiz, avqust ayında 6,28 faiz, sentyabr ayının ötən dövründə isə 6,02 faiz olub. Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Mərkəzi Bank likvidliyin idarə edilməsində əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir. Bu əməliyyatların payı avqust ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 70,8 faiz təşkil edib. Bununla yanaşı, Mərkəzi Bankın not portfelinin həcmi də avqust ayının sonuna ötən ilin sonu ilə müqayisədə 4 dəfədən çox artıb”, - deyə məlumatda qeyd olunur.

Paylaş:
Baxılıb: 241 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30