Dağ-mədən və metallurgiya sənayəsinin inkişafına dair Dövlət Proqramı
23.09.2026 [15:29]
Prezident İlham Əliyev bildirib ki, aprel ayında imzaladığı sərəncam əsasında hazırlanmış "2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayəsinin inkişafına dair Dövlət Proqramı" ölkə iqtisadiyyatı, xüsusən qeyri-neft sektoru üçün böyük perspektivli sahə olub, beş mindən çox daimi iş yeri yaradacaq və dörd il ərzində – 2027–2030-cu illərdə – tam icra olunacaq. Dövlət başçısı ümumi iqtisadi artımın "Azəri-Çıraq-Günəşli" yatağının 30 ilə yaxın istismarda olması səbəbindən neft hasilatının azalması ilə məhdudlaşdığını, buna qarşılıq qeyri-neft sənayəsində son 8 ayda 5,4 faiz artım əldə edildiyini vurğulayıb.
Dağ-mədən sənayəsinin lazımi səviyyədə inkişaf etməməsinin səbəblərini iki qrupda izah edib: obyektiv səbəb kimi sovet dövründə aşkarlanmış bir çox yatağın işğal altında olan ərazilərdə yerləşməsini və Ermənistanın işğal dövründə təbii sərvətləri (qızıl, mis, molibden) talan etməsini, subyektiv səbəb kimi isə sovet hökumətinin bu sahəni prioritet saymayaraq əsas diqqəti neft sənayəsinə yönəltməsini göstərib. Bu baxımdan Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarındakı yataqların işə salınması, mövcud ehtiyatların müasir üsullarla yenidən dəqiqləşdirilməsi və Naxçıvanda yeni geoloji-kəşfiyyat işlərinin başlanması prioritet elan edilib.
İş dövlət xətti ("AzerGold") və özəl sektorun (o cümlədən xarici investorların) iştirakı ilə iki istiqamətdə aparılacaq; Balakəndəki "Filizçay" yatağı, Qərb Sənaye Parkı çərçivəsində "Daşkəsən" layihəsi əsasında zənginləşdirmə, pelet və briketləşdirilmiş dəmir zavodlarının qurulması, həmçinin maksimum ekoloji nəzarətin təmin olunması əsas istiqamətlər kimi qeyd olunub. Metallurgiya sahəsində 2030-cu ilədək alüminium istehsalının 100 min tona çatdırılması hədəflənir. Prezident proqramın maliyyə təminatının artıq müəyyənləşdirildiyini, dövlətin investor iştirakından asılı olmayaraq onu icra edəcəyini, lakin yerli və xarici investorlar üçün əlverişli şəraitin yaradıldığını bildirib. Yekun olaraq proqramın yeni sənaye istiqaməti formalaşdıracağını, işğaldan azad olunmuş ərazilərdə məşğulluğu artıracağını, ixrac potensialını gücləndirəcəyini və gözlənilən illik müsbət maliyyə effektinin 1 milyard manatdan çox olacağını vurğulayıb.
Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxMEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17

