Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

24.09.2026 [11:02]

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 27-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə) keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün 668 (KOSS - 69, MHBS - 416, İSMUBS - 183) nəfər müraciət edib. İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhərində 4 nömrəli orta məktəbdə kompüter vasitəsilə təşkil olunacaq.

İmtahan saat 10:00 və 16:00-da başlayacaq. Namizədlər müvafiq olaraq saat 09:45 və 15:45-dən sonra imtahan binasına buraxılmayacaqlar. İmtahanın müddəti 3 saatdır. Namizədlərə 40 test tapşırığı təqdim ediləcək. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si isə 10 balla qiymətləndiriləcək.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in saytında “Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı” xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər. İmtahanın demo versiyası ilə də DİM-in internet saytından tanış olmaq mümkündür.

Namizədlər imtahan günü şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər. İmtahan binasına mobil telefon, ağıllı saat, digər rabitə vasitələri və elektron cihazlar, kalkulyator, konspekt, lüğət, cədvəl, çanta və digər yardımçı vasitələrin gətirilməsi və istifadəsi qadağandır.

İmtahanın keçirilməsinə 6 zal admini, 42 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı cəlb olunub.

 

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30