Azərbaycanın təbii sərvətləri müasir sənaye siyasətinə inteqrasiya olunur
23.09.2026 [17:57]
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri yeni istiqamətlərlə genişlənməkdədir. Bu ərazilərin zəngin təbii ehtiyatlarının iqtisadi proseslərə cəlb olunması qarşıdakı dövrdə regional inkişafın əsas istiqamətlərindən birinə çevriləcək. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə təqdim edilən 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurun mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması üçün yeni perspektivlər açır. Uzun illər işğal altında saxlanılan ərazilərimizdə təbii sərvətlərdən Azərbaycan xalqının maraqlarına uyğun şəkildə yararlanmaq mümkün olmayıb. Əksinə, işğal dövründə bu torpaqların təbii ehtiyatlarının qanunsuz şəkildə mənimsənilməsi, meşələrin məhv edilməsi və sərvətlərin talan olunması həm ekoloji, həm də iqtisadi baxımdan ciddi nəticələrə səbəb olub.
Prezident İlham Əliyev çıxışında qızıl, mis və molibden yataqlarının da işğal illərində talana məruz qaldığını diqqətə çatdırıb. Bu gün isə həmin ərazilərdə tamamilə fərqli reallıq formalaşıb.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından sonra Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəaliyyətin müxtəlif istiqamətləri üzrə yeni inkişaf mərhələsi başlayıb. Dağ-mədən sənayesinin inkişafı da bu genişmiqyaslı prosesin mühüm hissələrindən biridir. Dövlət Proqramında əsas diqqət Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara hazırlanmasına və istifadəyə verilməsinə yönəldilir. Ağdərədə artıq müvafiq işlərin başlanması bu istiqamətdə konkret addımların atıldığını nümayiş etdirir. Bununla belə, qarşıya qoyulan vəzifələr yalnız mövcud yataqların istismarı ilə məhdudlaşmır. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, yataqların ehtiyatlarının müasir geoloji metodlardan istifadə etməklə yenidən qiymətləndirilməsi vacibdir. Sovet dövründən qalmış məlumatların zaman keçdikcə aktuallığını itirməsi və geoloji tədqiqat texnologiyalarının yenilənməsi daha dəqiq araşdırmaların aparılmasını zəruri edir. Müasir texnologiyaların tətbiqi Qarabağın mineral-xammal potensialının daha obyektiv və dəqiq müəyyənləşdirilməsinə imkan verəcək.
Bu prosesdə yeni yataqların müəyyənləşdirilməsi də mühüm yer tutur. Regionun təbii sərvətlərinin tam şəkildə öyrənilməsi məqsədilə geniş geoloji kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Yeni ehtiyatların aşkarlanması istehsal imkanlarının genişlənməsi ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda yeni sənaye müəssisələrinin və layihələrinin formalaşmasına da şərait yaradacaq. Digər tərəfdən, bu istiqamətdə dövlət və özəl sektorun imkanlarının birləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Dövlət tərəfindən “AzerGold” vasitəsilə həyata keçirilən işlərlə yanaşı, özəl sektorun, o cümlədən xarici investorların prosesə cəlb olunması üçün də geniş imkanlar yaradılır. Belə yanaşma layihələrin maliyyələşdirilməsi və müasir texnologiyaların tətbiqi baxımından əlavə imkanların formalaşmasına xidmət edir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək dağ-mədən layihələrinin əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Yeni istehsal sahələrinin yaradılması məşğulluğun genişlənməsinə, əhalinin doğma yurdlarına qayıdış prosesinin sürətlənməsinə və regionlarda sosial-iqtisadi fəallığın yüksəlməsinə mühüm töhfə verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, proqramın mühüm nəticələrindən biri də işğaldan azad edilmiş ərazilərin inkişaf tempinin daha da sürətlənməsi olacaq. Beləliklə, işğal dövründə qanunsuz şəkildə istismar edilən və talanan mineral ehtiyatlar artıq Azərbaycanın milli iqtisadi inkişafına yönəldiləcək. Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə yanaşı, onların zəngin təbii resurslarının müasir sənaye siyasətinə inteqrasiyası da ardıcıl şəkildə həyata keçirilir. Bu yanaşma regionun gələcək sənaye potensialının formalaşdırılması və davamlı iqtisadi inkişafının təmin edilməsi üçün mühüm əsas yaradır.
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

