Ölkə iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi
24.09.2026 [11:28]
Məlum olduğu kimi, Avropanın enerji təminatında böyük pay sahibi olan ölkəmiz regionda iqtisadi imkanlarını ardıcıl şəkildə genişləndirir. Bütün sahələrdə iqtisadi artımın müşahidə olunduğu bir şəraitdə dağ-mədən və metallurgiya sənayesinin inkişafı qarşıdakı dövr üçün prioritet istiqamətlərdən birini təşkil edir.
Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səslənən fikirlər bu sahənin ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsində strateji istiqamətlərdən birinə çevrildiyini göstərdi. Müşavirədə çıxış edən ölkə başçısı ölkəmizin iqtisadi göstəricilərini qeyd etdi və konkret tapşırıqlarını verdi. Prezident dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətini diqqətə çatdıraraq bildirdi ki, təbii resurslardan səmərəli istifadə, istehsal zəncirinin yaradılması və beş mindən çox yeni daimi iş yerinin açılması iqtisadiyyatın güclənməsinə xidmət edəcək. Dövlət başçısı son illərdə həyata keçirilən dövlət proqramlarının, infrastruktur layihələrinin və enerji siyasətinin Azərbaycanın iqtisadi imkanlarını genişləndirdiyini qeyd etdi. Azərbaycanın bu gün daxili enerji tələbatını təmin etməklə yanaşı enerji ixrac etdiyini və bir sıra ölkələr üçün mühüm tərəfdaşa çevrildiyini bildirdi. Prezident maliyyə, vergi və gömrük sahələrində aparılan islahatların da iqtisadi inkişaf üçün yeni imkanlar yaratdığını diqqətə çatdırdı.
Onu da qeyd edək ki, Prezident müşavirədə dağ-mədən sənayesinin uzun müddət lazımi səviyyədə inkişaf etməməsinin səbəblərini açıqlayaraq bəyan etdi ki, sovet dövründə aşkar edilmiş bir sıra yataqların işğal altında qalan ərazilərdə yerləşməsi, işğal illərində isə Ermənistanın Azərbaycanın qızıl, mis və molibden yataqlarını talaması bu sahənin inkişafına ciddi təsir göstərib. Mövcud yataqların müasir geoloji üsullarla yenidən araşdırılması, işğaldan azad edilmiş ərazilərdəki yataqların istismara verilməsi və yeni ehtiyatların aşkarlanması qarşıdakı əsas istiqamətlərdəndir. Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqları üzrə işlər genişləndiriləcək, Naxçıvanda da geoloji kəşfiyyat aparılacaq. Dövlət və özəl sektorun iştirakı ilə həyata keçiriləcək layihələrə xarici investorların cəlb olunmasının nəzərdə tutulduğunu söyləyən Prezident “Filizçay” polimetal yatağının istismara hazırlanmasının və yeni sənaye parklarının yaradılmasının da bu siyasətin əsas istiqamətləri sırasında olduğunu bildirdi. Əsas hədəf təbii sərvətlərin xammal kimi ixracı ilə kifayətlənməyərək zənginləşdirmə və emalı əhatə edən tam istehsal zəncirinin yaradılmasıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizdə 2027–2030-cu illərdə dağ-mədən, metal filizləri və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə qarşıdakı dövrdə bu sahələrin inkişafına ciddi təkan verəcək. Bu proqram çərçivəsində yeni istehsal sahələrinin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi və sənaye potensialından daha səmərəli istifadə üçün geniş imkanlar açılacaq. Müşavirədə qarşıya qoyulan məqsəd məhz bu istiqamətlərin müəyyənləşdirilməsi və onların ardıcıl şəkildə həyata keçirilməsidir.
Ən əsası, dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri qarşıya qoyulub və bu sahələr ölkəmizin iqtisadi gücünün artırılmasında mühüm rol oynayacaq.
Şahin Abbasov,
YAP Göygöl rayon təşkilatı üzrə Qızılca kənd ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

