Dağ-mədən və metallurgiyanın inkişafına yönələn Dövlət Proqramı
24.09.2026 [14:05]
Azərbaycan iqtisadiyyatının qarşıdakı inkişaf mərhələsində diqqəti yalnız mövcud istehsal imkanlarının genişləndirilməsinə deyil, ölkənin təbii resurslarının daha yüksək əlavə dəyərə çevrilməsinə yönəltmək xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə 22 sentyabr 2026-cı ildə keçirilən və “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunan müşavirə ölkənin sənaye siyasətinin növbəti mərhələsinə dair mühüm istiqamətləri ortaya qoyub. Rəsmi məlumatda qeyd edildiyi kimi, proqramın icra və nəzarət mexanizmlərinin də hazırlanması nəzərdə tutulub.
Bu proqramın mahiyyətini yalnız yeni mədənlərin istismara verilməsi və hasilatın artırılması ilə məhdudlaşdırmaq düzgün olmazdı. Müşavirədə səsləndirilən yanaşmanın əsas fərqləndirici cəhəti mineral xammalın hasilatından başlayaraq onun emalına, hazır və ya daha yüksək əlavə dəyərli məhsula çevrilməsinə qədər uzanan vahid sənaye zəncirinin formalaşdırılmasıdır. Prezident İlham Əliyevin çıxışında da əsas məqsədin daha çox xammal hasil etməkdən çox, xammalı ölkə daxilində emal etməklə daha yüksək əlavə dəyər yaratmaq olduğu vurğulanıb.
Bu yanaşma Azərbaycanın iqtisadi strukturunda qeyri-neft sənayesinin rolunun artırılması baxımından ayrıca əhəmiyyət daşıyır. Ölkə iqtisadiyyatının əvvəlki mərhələsində neft-qaz sektorunun yaratdığı maliyyə imkanları genişmiqyaslı infrastruktur və sosial layihələrin həyata keçirilməsinə şərait yaradıb. İndi isə həmin imkanların formalaşdırdığı iqtisadi bazadan istifadə etməklə sənayenin yeni istiqamətlərinin inkişaf etdirilməsi gündəmdədir. Prezidentin müşavirədə qeyd etdiyi kimi, qeyri-neft sənayesində artımın təmin edilməsi və qəbul edilən dövlət proqramlarının bu artımı uzunmüddətli xarakterə gətirməsi əsas məsələlərdən biridir.
Dağ-mədən sənayesi təbii ehtiyatların mövcudluğu ilə avtomatik olaraq yüksək iqtisadi gəlir yaratmır. Əsas məsələ həmin ehtiyatların hansı səviyyədə araşdırılması, çıxarılması, emal edilməsi və iqtisadi dövriyyəyə daxil edilməsidir. Yeni Dövlət Proqramında məhz bu zəncirin bütün həlqələrinin inkişaf etdirilməsi nəzərdə tutulur.
Rəsmi təqdimata əsasən, 2027–2030-cu illər ərzində proqramın icrası üçün ümumilikdə 5,3 milyard manat investisiya tələb olunur. Bunun 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəl vəsait hesabına formalaşdırılması planlaşdırılır. Beləliklə, investisiyaların böyük hissəsinin büdcədənkənar mənbələr hesabına cəlb edilməsi nəzərdə tutulur.
Bu rəqəmlər proqramın miqyasını göstərməklə yanaşı, dövlət və özəl sektor arasında əməkdaşlığın sənaye siyasətində artan roluna da işarə edir. Burada dövlətin əsas funksiyalarından biri əlverişli institusional və investisiya mühiti yaratmaq, strateji layihələri müəyyənləşdirmək və onların icrası üçün zəruri infrastruktur və tənzimləmə mexanizmlərini təmin etməkdir. Özəl sektorun iştirakı isə investisiya resurslarının genişləndirilməsi və yeni istehsal imkanlarının formalaşdırılması baxımından nəzərdə tutulur.
Proqramın qarşıya qoyduğu iqtisadi hədəflər də kifayət qədər genişdir. Rəsmi təqdimatda 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur.
Bu hədəflərin reallaşması Azərbaycanın ixrac strukturunda sənaye məhsullarının payının artırılması üçün əlavə imkan yarada bilər. Xüsusilə metal filizlərinin yalnız xammal formasında deyil, emal edilmiş məhsul kimi xarici bazarlara çıxarılması ixrac gəlirlərinin və yerli əlavə dəyərin yüksəldilməsinə xidmət edə bilər.
Dağ-mədən sektorunun davamlı inkişafı üçün mövcud yataqların istismarı qədər yeni ehtiyatların müəyyənləşdirilməsi də vacibdir. Bu səbəbdən Dövlət Proqramında geoloji kəşfiyyat istiqamətinin genişləndirilməsi xüsusi yer tutur.
Müşavirədə bildirilib ki, Azərbaycanın dəmir filizi, alüminium, mis və qızıl üzrə əhəmiyyətli potensialı mövcuddur. Eyni zamanda, ilkin geoloji tədqiqatların və gələcək araşdırmaların nəticələrinə uyğun olaraq bu siyahının genişlənməsi imkanları da nəzərdən keçirilir.
Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur. Bu istiqamət həmin ərazilərin yalnız bərpası və yenidən qurulması ilə deyil, həm də onların gələcək iqtisadi potensialının öyrənilməsi ilə bağlıdır. Təbii ehtiyatların elmi əsaslarla araşdırılması yeni istehsal sahələrinin yaranması və uzunmüddətli sənaye planlaşdırılması üçün ilkin baza formalaşdıra bilər.
Müasir texnologiyaların geoloji kəşfiyyata tətbiqi də bu prosesin mühüm elementidir. Təqdimatda hiperspektral peyk çəkilişləri və aeroelektromaqnit tədqiqatlar kimi üsullardan istifadə olunması qeyd edilib. Bu, ənənəvi kəşfiyyat üsullarını müasir texnologiyalarla tamamlamaq və perspektivli sahələrin daha dəqiq müəyyənləşdirilməsi baxımından əhəmiyyətli istiqamət kimi təqdim olunur.
Dövlət Proqramının diqqət çəkən tərəflərindən biri konkret yataqlar və istehsal layihələri üzrə gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.
Təqdimata əsasən, “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqlarının istismara hazırlanması nəzərdə tutulur. “Filizçay” üzrə mis, sink və qurğuşunun tamhəcmli emalı, “Söyüdlü”də flotasiya üsulu ilə qızılın emalı, “Daşkəsən” layihəsində isə polad istehsalı üçün ildə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması planlaşdırılır.
Burada diqqət çəkən əsas məqam müxtəlif mineral resursların vahid sənaye strategiyası çərçivəsində nəzərdən keçirilməsidir. Dəmir filizi qara metallurgiyanın, mis, sink və qurğuşun əlvan metallurgiyanın, qızıl isə qiymətli metallar sektorunun inkişafı üçün xammal bazası kimi çıxış edir. Bu istiqamətlərin paralel şəkildə inkişaf etdirilməsi sənaye strukturunun daha da şaxələndirilməsinə imkan verə bilər.
Digər tərəfdən, metallurgiyanın inkişafı yalnız mədən sənayesinə aid məsələ deyil. Hasilatın genişlənməsi nəqliyyat və logistika xidmətlərinə, avadanlıq və texniki xidmət sahələrinə, podratçı şirkətlərə, mühəndislik xidmətlərinə və ixtisaslı kadrlara tələbatı artıra bilər. Dövlət Proqramının təqdimatında da sektorun inkişafının yerli podratçı və təchizatçı şirkətlər üçün yeni imkanlar, həmçinin regionlarda məşğulluq və iqtisadi fəallıq yaratması gözləntisi ifadə olunub.
Azərbaycanın sənaye siyasətində regional inkişaf məsələsi uzun müddətdir ayrıca istiqamət kimi müəyyənləşdirilib. Müşavirədə də yeni Dövlət Proqramının regionların sosial-iqtisadi inkişafı gündəliyi ilə əlaqələndirildiyi bildirilib. Əvvəlki regional inkişaf proqramları çərçivəsində əsas infrastruktur layihələrinin həyata keçirildiyi, lakin əhali və iqtisadiyyat artdıqca bu prosesin davamlı xarakter daşımasının zəruri olduğu vurğulanıb.
Dağ-mədən və metallurgiya sənayesinin xüsusiyyəti ondan ibarətdir ki, yataqlar əsasən müəyyən coğrafi ərazilərdə yerləşir. Bu isə sənaye investisiyalarının regionlarda iqtisadi fəallığın artmasına birbaşa təsir göstərə biləcəyi anlamına gəlir. Yeni istehsal müəssisələri ilə yanaşı, yol, enerji, su, logistika və digər xidmət infrastrukturunun inkişafına ehtiyac yarana bilər.
Bununla yanaşı, sənayenin böyüməsi insan kapitalına olan tələbi də artırır. Mədən mühəndisləri, metallurqlar, geoloqlar, texnoloqlar, mexaniklər, elektrik mütəxəssisləri və digər peşə sahiblərinə tələbatın yüksəlməsi peşə təhsili və texniki hazırlığın əhəmiyyətini daha da artıracaq. Beləliklə, proqramın iqtisadi nəticələri yalnız istehsal və ixrac göstəriciləri ilə deyil, əmək bazarında yaradacağı yeni imkanlarla da ölçülə bilər.
Prezident İlham Əliyevin müşavirədəki çıxışı və Dövlət Proqramının təqdimatı göstərir ki, 2027–2030-cu illər üçün qarşıya qoyulan hədəflər Azərbaycan iqtisadiyyatında xammal yönümlü yanaşmadan daha yüksək əlavə dəyər yaradan istehsal modelinə keçidi sürətləndirməyə hesablanıb. Burada əsas xətt mineral ehtiyatların müəyyənləşdirilməsi, hasilatı, emalı, metallurgiya məhsullarının istehsalı və onların xarici bazarlara çıxarılmasını bir-birindən ayrı deyil, vahid iqtisadi zəncir kimi qurmaqdır.
Bu istiqamətin mühüm nəticələrindən biri Azərbaycanın sənaye xəritəsinin genişlənməsi ola bilər. Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın artması, Daşkəsəndə qara metallurgiya üzrə yeni imkanların formalaşdırılması, Filizçay kimi yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi və əlvan metallurgiya istiqamətində yeni istehsal zəncirlərinin yaradılması ölkənin sənaye potensialının müxtəlif sahələr üzrə inkişaf etdirilməsini nəzərdə tutur.
2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun qarşısında yeni mərhələnin konturlarını müəyyənləşdirir. Proqramın miqyası, nəzərdə tutulan investisiya həcmi, geoloji kəşfiyyata verilən önəm, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi və emal güclərinin artırılması bu sahənin iqtisadiyyatdakı rolunun genişləndirilməsi məqsədini ortaya qoyur.
Ən mühüm məsələ isə qarşıya qoyulan hədəflərin real və ardıcıl icra mexanizmləri ilə təmin edilməsidir. Dövlət Proqramının növbəti dörd il ərzində həyata keçirilməsi nəticəsində əldə olunacaq göstəricilər Azərbaycanın mineral resurs potensialının nə dərəcədə səmərəli şəkildə iqtisadi dəyərə çevriləcəyini müəyyənləşdirəcək. Bu baxımdan qarşıdakı dövr yalnız yeni yataqların istismarı deyil, Azərbaycanın öz xammalını öz sənaye gücü ilə daha yüksək dəyərə çevirə bildiyi yeni iqtisadi mərhələnin formalaşması baxımından da əhəmiyyət daşıyır.
Aydın Rəşidli
YAP Füzuli rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

