Tarixi Zəfərin 44 günlük salnaməsi
25.09.2026 [15:06]
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna yer tutan, regionun geostrateji mənzərəsini köklü şəkildə dəyişən tarixi hadisədir. Otuz ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi yalnız hərbi qarşıdurma deyil, həm də beynəlxalq hüquq norma və prinsiplərinin sınaqdan keçirildiyi mürəkkəb bir geopolitik proses olmuşdur. Beynəlxalq təşkilatların "ikili standartlar" siyasəti, həmçinin BMT Təhlükəsizlik Şurası tərəfi 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən sənədlərin icrası üçün heç bir təzyiq və sanksiya mexanizminin tətbiq olunmaması, eləcə də ATƏT-in Minsk Qrupunun nəticəsiz fəaliyyəti münaqişənin diplomatik yolla ədalətli həlli imkanlarını sıfıra endirmişdir.
Buna baxmayaraq atəşkəs rejiminin bərpasından sonra Azərbaycan Respublikası uzun illər boyunca münaqişənin qan tökülmədən, beynəlxalq hüquq normaları çərçivəsində və dinc yolla həlli üçün ardıcıl sülhyönümlü siyasət yürütmüşdür. Azərbaycanın diplomatik strategiyası münaqişənin mərhələli həllinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına və ölkənin ərazi bütövlüyünün tanınması prinsipinə söykənirdi. Bu illər ərzində Azərbaycan beynəlxalq platformalarda – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası kimi mötəbər qurumlarda məsələnin ədalətli həlli üçün hüquqi səylərini davam etdirmişdir. Lakin Azərbaycanın sülh yönümlü mövqeyinə və diplomatik səylərinə baxmayaraq, vasitəçilik missiyasını yürüdən ATƏT-in Minsk Qrupu həmsədrlərinin neytrallığı qoruya bilməməsi sülh prosesini mahiyyətcə uğursuz edirdi. Azərbaycan dövləti dəfələrlə sülh danışıqlarının sonsuz xarakter daşıya bilməyəcəyini və diplomatik yollar tükəndiyi təqdirdə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək hüququnu özündə saxladığını bəyan etmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu ərazilərdə törətdiyi növbəti genişmiqyaslı hərbi təxribatlara cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatına – Vətən Müharibəsinə başladı. XXI əsrin hərbi standartlarına cavab verən, yüksək texnologiyalara və pilotsuz uçuş aparatlarına əsaslanan bu unikal əməliyyatlar nəticəsində düşmənin otuz il ərzində qurduğu dərin mühəndis-istehkam xətləri qısa müddətdə darmadağın edildi. Azərbaycan Ordusunun yüksək döyüş ruhu, peşəkarlığı və mütəşəkkilliyi sayəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və yüzlərlə kənd işğaldan azad olundu. Noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin relyef baxımından mürəkkəb şəraitdə yerləşməsinə baxmayaraq, yalnız yüngül silahlar və əlbəyaxa döyüş taktikası ilə azad edilməsi müharibənin taleyini həll etdi. Şuşanın azad olunması düşmənin hərbi və psixoloji müqavimətini tamamilə qırdı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiya aktına imza atdı. Sənədə əsasən hərbi əməliyyatlar dayandırıldı; Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan, diplomatik müstəvidə Azərbaycana təhvil verildi. Bu Zəfər Azərbaycanın hərbi, siyasi və diplomatik gücünün təntənəsinə çevrildi.
44 günlük Vətən Müharibəsindən sonra Ermənistanın 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi, qanunsuz erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılmaması və mina təxribatlarının davam etdirilməsi regionda təhlükəsizlik üçün ciddi təhdid olaraq qalırdı. Xüsusilə, 2023-cü ilin sentyabrında mülki şəxslərin və polis əməkdaşlarının mina partlayışları nəticəsində həlak olması cavab tədbirlərinin görülməsini zəruri etdi.
2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda mülki əhalini və hərbçiləri qorumaq, konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli anti-terror tədbirləri başladı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində separatçı rejim təslim olmaq məcburiyyətində qaldı. Qanunsuz hərbi birləşmələr tərksilah edildi və separatçı qurum ləğv olundu. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Əsgəran və Xocavənd şəhərlərində Azərbaycan bayrağını ucaltması ilə ölkənin bütün ərazisində dövlət suverenliyi tam şəkildə bərpa olundu.
Zəfərdən dərhal sonra Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” layihəsinə start verildi. Qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda beynəlxalq aeroportlar tikildi, müasir magistral yollar çəkildi, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları uğurla reallaşdırıldı, yenidən qurulan yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlər qaytarıldı, eyni zamanda, regionun “Yaşıl Enerji” zonasına çevrilməsi istiqamətində iri layihələr icra olundu.
Bütün bunlar göstərir ki, Azərbaycan bölgədə yeni reallıqları öz hərbi-siyasi gücü və iradəsi ilə yaradan qüdrətli dövlətdir. Bu gün işğaldan azad edilmiş torpaqlarda yenidən başlayan həyat, ucaldılan binalar və dalğalanan üçrəngli bayrağımız Azərbaycanın bütövlüyünün, sarsılmazlığının və əbədi suverenliyinin ən möhtəşəm nümunəsidir.
Aygül Xəlilova
Naxçıvan Heydər Əliyev Muzeyinin əməkdaşı,
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07

