Uzunmüddətli inkişaf strategiyası
28.09.2026 [11:51]
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxış edərək Azərbaycanın iqtisadi inkişaf perspektivləri, investisiya imkanları, enerji siyasəti, nəqliyyat və logistika potensialı, rəqəmsal transformasiya və insan kapitalının inkişafı ilə bağlı mühüm fikirlər səsləndirdi.
Dövlət başçısı qeyd etdi ki, son illərdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və genişmiqyaslı layihələr ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Sabit iqtisadiyyatın və müstəqil maliyyə sisteminin formalaşdırılması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm şərtlərindən biri kimi diqqətə çatdırıldı.
Ölkə başçısı uzunmüddətli və dayanıqlı iqtisadi artıma nail olmaq üçün neft-qaz sektorundan kənarda mövcud potensialdan daha geniş istifadə edilməsinin vacibliyini vurğuladı. Bu baxımdan bərpaolunan enerji, nəqliyyat və logistika, rəqəmsal infrastruktur və digər qeyri-neft sahələri Azərbaycanın gələcək inkişafında mühüm istiqamətlər kimi önə çıxır.
Bərpaolunan enerji xüsusi perspektivli sahələrdən biri kimi qeyd edildi. Azərbaycanın Xəzər dənizində böyük külək enerjisi potensialına malik olduğu bildirildi. Quruda Günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi də ölkənin yaşıl enerji imkanlarını genişləndirir. Qarşıdakı illərdə bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, elektrik enerjisi istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi və əldə olunan qaz ehtiyatlarının daha çox ixrac məqsədilə yönəldilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev enerji istehsalı ilə yanaşı, elektrik enerjisinin ötürülməsi və saxlanılması məsələlərinin də mühüm əhəmiyyət daşıdığını vurğuladı. Azərbaycan regionun enerji təchizatında rolunu artırmaqla yanaşı, Avropa enerji bazarlarına çıxış imkanlarını da genişləndirməyə çalışır. Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi, eləcə də Azərbaycanı Gürcüstan və Rumıniya vasitəsilə Avropa enerji bazarları ilə birləşdirəcək layihələr bu istiqamətdə mühüm addımlardır.
Çıxışda Azərbaycanın iqtisadi inkişafının digər mühüm istiqaməti kimi nəqliyyat, logistika və regional bağlantılar da xüsusi qeyd edildi. Ölkənin tranzit imkanlarının artırılması məqsədilə son illərdə dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına və hava nəqliyyatına böyük həcmdə investisiyalar yatırılıb.
Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşməsi ölkəyə mühüm tranzit üstünlüyü qazandırır. Dövlət başçısı Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin sürətlə artdığını və qarşıdakı illərdə bu göstəricinin daha da yüksəldilməsinin qarşıya məqsəd qoyulduğunu bildirdi.
Azərbaycanın dənizə birbaşa çıxışı olmayan ölkə olmasına baxmayaraq, regional əməkdaşlıq, müasir infrastruktur və əlverişli biznes mühiti hesabına tranzit imkanlarını genişləndirməsi diqqətə çatdırıldı. Eyni zamanda, nəqliyyat sektorunda yalnız fiziki infrastrukturun yaradılmasının kifayət etmədiyi, rəqəmsallaşma və gömrük inzibatçılığının da müasir tələblərə uyğunlaşdırılmasının vacibliyi vurğulandı.
Bu baxımdan Azərbaycanın regional logistika və rəqəmsal bağlantı mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. Ölkənin coğrafi mövqeyi, enerji imkanları və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və kommunikasiya xətləri rəqəmsal infrastrukturun inkişafı üçün əlavə üstünlüklər yaradır. Xəzər dənizinin dibi ilə yeni fiber-optik kabel layihələrinin həyata keçirilməsi də Azərbaycanın regional rəqəmsal bağlantı imkanlarını daha da genişləndirəcək.
Bütün bunlar göstərir ki, Azərbaycanın qarşıdakı dövr üçün inkişaf strategiyası yalnız mövcud iqtisadi imkanların qorunmasına deyil, həm də yeni və perspektivli sahələrin inkişaf etdirilməsinə əsaslanır. Enerji, logistika, rəqəmsal texnologiyalar və insan kapitalına yatırımlar ölkənin iqtisadi potensialının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32

