Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ulu Öndər Heydər Əliyevin siyasi irsi

Ulu Öndər Heydər Əliyevin siyasi irsi

30.09.2026 [11:45]

Elmin Məmmədov

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Məlum olduğu kimi 1993-cü ilin əvvəllərində hakimiyyət böhranı yaşayan Azərbaycan dövlətçiliyini və milli kimliyini itirmək təhlükəsini yaşayırdı. Bir tərəfdən erməni işğalçıları tərəfindən torpaqlarımızın zəbt edilməsi, digər tərəfdən ölkə daxilindəki xaos hakimiyyət böhranını getdikcə dərinləşdirirdi. Belə çətin bir zamanda xalq öz xilaskarına üz tutdu. Beləliklə, 1993-cü ilin iyunun 9-da xalqın təkidi və tələbi ilə ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və xalqı bu təhlükədən xilas etmək üçün mühüm addımlar atmağa başladı. 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və bütün çətinliklərə baxmayaraq Ulu öndər xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu.
Ömrünün böyük hissəsini xalqına və Azərbaycanın müstəqilliyinə, tərəqqisinə həsr edən Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti və uzaqgörənliyi sayəsində doğma Azərbaycanımız dünyanın inkişaf etmiş ölkələri ilə bu gün bir sırada dayanır. Bu gün dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun dövlətçilik konsepsiyası əmin əllərdədir. Eyni zamanda ölkəmizdə mövcut olan Prezident-Xalq, Xalq-Prezident birliyi məhz Ulu öndər Heydər Əliyev irsinin və siyasi kursunun məntiqi nəticəsidir.
1993-cü ilin iyunun 24-də ölkədə yaranmış mürəkkəb proseslərlə bağlı Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlayan Ulu öndər Heydər Əliyev qısa müddət ərzində sosial-iqtisadi, siyasi və ordu quruculuğu istiqamətində mühüm addımlar atmağa başladı. Bu günki çiçəklənən və inkişaf edən müasir, müstəqil Azərbaycan dövləti Ümummilli lider Heydər Əliyevin şah əsəridir!
Milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Ulu öndər Heydər Əliyev dühasına arxalandı, öz müstəqilliyini qorudu və möhkəmləndirdi.

Göründüyü kimi, Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən- qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Heç bir şübhə yoxdur ki, ölkəmizin hərtərəfli inkişafı üçün Umummilli liderimizin hazırladığı və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən hazırda inamla inkişaf etdirilən strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edir. Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir.
Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib.

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31