Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib
12.10.2024 [14:33]
Vaşinqtonda yerləşən Cons Hopkins Universitetində ABŞ-Azərbaycan Ticarət Palatası, Beynəlxalq Ticarət Administrasiyası və ABŞ Ticarət Departamentinin birgə təşkilatçılığı ilə COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri, ABŞ-ın dövlət və özəl sektorunun və akademik dairələrin təmsilçiləri iştirak edib.
Açılışda çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd yaşıl maliyyənin cəmiyyətin bütün təbəqələri tərəfindən inkişafı və elmi dairələrin araşdırmalarına əsasən yaşıl maliyyə sahəsində qərarvermə mexanizmlərinin təşviqinin müzakirəsini aparmaqdır. Onun sözlərinə görə, bu müzakirələr Azərbaycanın COP29-a sədrlik etdiyi bir vaxtda həm Azərbaycan, həm də qlobal ictimaiyyət üçün aşağı karbonlu, davamlı gələcək naminə zəruri olan tərəfdaşlıq və strategiyaların qurulmasına kömək edəcək.
Daha sonra çıxış edən ABŞ Ticarət katibinin köməkçisinin müavini Hezar Evans bildirib ki, Ticarət Departamenti və ABŞ-Azərbaycan Ticarət Palatası arasında uzunmüddətli əməkdaşlıq mövcuddur. ABŞ Azərbaycanla 30 ildən artıq davam edən əməkdaşlığı yüksək qiymətləndirir və COP29 bu baxımdan ikitərəfli iqtisadi əməkdaşlıqda müsbət bir mərhələ ola bilər. ABŞ şirkətləri Azərbaycanın inkişafının bütün mərhələlərində vacib rol oynayaraq enerji, nəqliyyat və texnologiyalar sahəsində iqtisadiyyatının inkişafına və şaxələndirilməsinə kömək etmək üçün mühüm texnologiya və xidmətlər təqdim edib.
Ticarət Departamenti rəsmisi yaşıl maliyyə sahəsində ABŞ rəhbərliyinin gördüyü işlərdən danışaraq bildirib ki, ABŞ gələn ay Bakıda keçiriləcək COP29-u ABŞ sənayesinin yeniliklərini vurğulamaq, dövlət və özəl sektor arasında tərəfdaşlıqları inkişaf etdirmək, qlobal iqlim böhranının həllinə kömək etmək, Azərbaycan da daxil olmaqla, qlobal tərəfdaşlarla ticarət əməkdaşlığını dərinləşdirməyə davam etmək baxınmından fürsət kimi nəzərdən keçirir.
Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim son zamanlar ABŞ-ın bir neçə ştatında baş verən qasırğaların iqlim dəyişikliyinin real nümunəsi olduğunu bildirib. O, iqlim dəyişikliyindən daha çox kiçik ada dövlətlərinin əziyyət çəkdiyini və bunun üçün beynəlxalq ictimaiyyətin birgə hərəkət etməli olmasının əhəmiyyətinə diqqəti çəkib. Səfir bu günlərdə Bakının uğurlu şəkildə Pre-COP tədbirinə ev sahibliyi etdiyini xatırladıb və Azərbaycanın COP29 Sədrliyinin əsas mövzusunun iqlim maliyyəsi ilə bağlı olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov Azərbaycanın COP29-un əsas mövzusu olan iqlim maliyyəsinin cəlb olunması, Kyoto Protokolu və Paris Sazişinin müddəalarının icrası istiqamətində görülən işlərdən danışıb. O, qlobal istiləşmənin iqlim dəyişikliyi və böyük təbiət hadisələrinin əsas səbəbkarı olmasını vurğulayaraq, 1,5 dərəcə Selsi hədəfinə nail olmağın əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, iqlim fəaliyyətlərinin səmərəli olması üçün qlobal səylər, dövlət və özəl sektorun birgə irəliləməsi vacibdir.
Konfrans panel müzakirələri ilə davam edib. ABŞ Enerji Departamenti, ABŞ İxrac-İdxal Bankı, “Goldman Sachs”, “Boston Consulting Group”, “Carlyle”, “Boeing”, “Honeywell”, “Leidos” və digər təşkilat və şirkətlərin təmsilçiləri, kiçik və orta biznes nümayəndələri və ekspertlər dayanıqlı layihələr üçün maliyyə resurslarının səfərbər edilməsi, dayanıqlılığın artırılması və maliyyə risklərinin azaldılması ilə aşağı karbon iqtisadiyyatına keçid və yaşıl keçiddə elmi əsaslı qərarvermə mövzularına istiqamətində müzakirələrdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

