COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
23.11.2024 [22:58]
Noyabrın 23-də COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsi çərçivəsində yüksəkkeyfiyyətli karbon bazarları ilə bağlı 10 ildir ki, davam edən danışıqlara nəhayət yekun vurulduğunu elan edib.
AZƏRTAC COP29-un saytına istinadla bildirir ki, Tərəflər COP29 Sədrliyinin il ərzində əsas prioritetlərindən biri olan bu nailiyyət naminə həm texniki, həm də siyasi danışıqlar çərçivəsində yorulmadan çalışıblar. Onların səyi nəticəsində illərlə davam edən danışıqlar başa çatıb və Paris Sazişinin yekun müddəası öz həllini tapıb.
6-cı maddə ölkələrin öz iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə biləcəyi yüksəkkeyfiyyətli və şəffaf karbon bazarlarının fəaliyyətə başlamasını təmin edir. Bu beynəlxalq əməkdaşlıq sayəsində milli iqlim planlarının (NDC) icra məsrəflərinin illik 250 milyard ABŞ dolları həcmində azalacağı gözlənilir.
COP29 Sədrliyi Tərəfləri qənaət olunan bu vəsaitləri yüksək iqlim ambisiyalarına yönəltməyə çağırır. Fevral ayında keçiriləcək Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) növbəti mərhələsi qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq hədəfini qoruyub saxlamaq baxımından mühüm əhəmiyyətə malikdir. Ölkələrə iqlim planlarının ambisiyalarını artırmaq üçün vaxtında dəstək verən bu mühüm nailiyyət kritik məqamda əldə edilib.
“Biz on ildir ki, davam edən danışıqlara yekun vurduq və qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq hədəfini qorumaq üçün vacib mexanizmi işə saldıq”, - deyə COP29-un Prezidenti Muxtar Babayev bildirib: “İqlim dəyişməsi transmilli problemdir və 6-cı maddə də transmilli həllərə yol açır, belə ki, atmosfer üçün emissiyaların harada azaldıldığı önəmli deyil”.
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qeyd edib: “Bu gün biz iqlim diplomatiyasında ən mürəkkəb və texniki məsələlərdən birini həll etdik. 6-cı maddə mürəkkəb görünsə də, onun təsirləri gündəlik həyatımızda hiss olunacaq. Onun icrası kömür zavodlarının dayandırılması, külək stansiyalarının tikilməsi və meşələrin salınmasını nəzərdə tutur. Bu, inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşunun yeni dövrünü bildirir”.
Bugünkü nailiyyət çətin əldə olunub. Qlazqo və Şarm əl-Şeyxdə keçirilən COP konfransları karbon bazarları üçün əsas qayda, çərçivə və prosedurları uğurla müəyyən etdiyi halda, 6-cı maddənin yekun komponentləri natamam qalmışdı. COP29-dan əvvəl bu danışıqlarda yaşanan durğunluq daha geniş beynəlxalq iqlim əməkdaşlığının tam potensialının reallaşdırılmasında baha başa gələn gecikməyə səbəb olurdu.
COP29 Sədrliyi keçmiş çoxtərəfli problemləri həll etmək üçün xüsusi strategiya qəbul edib. Sədrlik il ərzində Tərəflər arasında konstruktiv dialoqa kömək etmiş və konsensusa nail olmaq üçün texniki və siyasi müzakirələri birləşdirərək irəliləyişə nail olmuşdur. Bu, COP29-un ilk günündə 6.4-cü maddə standartlarının erkən qəbuluna zəmin yaratmaqla, bugünkü əlamətdar nailiyyətə yol açıb.
COP29 Sədrliyi bu nailiyyətə çatmaq üçün təxminən on ildir ki, yorulmadan çalışan bir çox insana, o cümlədən ayrı-ayrı təşkilatlara öz səmimi minnətdarlığını bildirir. Onların illərlə göstərdikləri səy nəticəsində əldə olunan irəliləyişsiz bugünkü konsensus da mümkün ola bilməzdi.
Bu gün 6-cı maddə üzrə qəbul edilən yekdil qərarlar real, əlavə, təsdiqlənmiş və ölçülə bilən emissiyaların azaldılması və kənarlaşdırılması yolu ilə ekoloji bütövlük və şəffaflığın, eləcə də karbon bazarlarının etibarlılığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edəcək və eyni zamanda, qlobal iqlim sərmayəsini idarə etmək üçün bu bazarların böyük potensialını üzə çıxaracaqdır.
Qəbul edilmiş təlimat və qaydalar karbon layihələrinin praktiki və inklüziv qalması, insan hüquqlarının müdafiəsi və dayanıqlı inkişafa töhfə verməsini təmin etmək məqsədi daşıyır və həm ölkələr, həm də layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etməyə imkan verən konsepsiyanı təmin edir. Bu qərarların qəbul edilməsi son deyil. Tərəflər qazandıqları təcrübə əsasında 6-cı maddənin qaydalarını davamlı olaraq tənzimləyə biləcəklər.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17

