XİN rəsmisi: Azərbaycan Bonn İqlim Sessiyasında tərəflər arasında körpü rolunu oynadı
26.06.2025 [23:21]
Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyasının - SB62-nin ən vacib tərəfi ondan ibarətdir ki, ilk gün proqramı necə razılaşdırılmalıdırsa, sonuncu gündə də həmin o proqram təsdiq olunmalıdır. Bu il ilk gün proqramının razılaşdırılmasında ciddi problemlər oldu. Hətta iki gün tədbirin açılışı gecikdi və bunun da səbəbi, gündəliyə yeni təkliflərin irəli sürülməsi idi. O təkliflərin qəbul edilməsi mümkün görünmürdü. Hazırda iclası idarə edən köməkçi orqanların rəhbərləri məsələnin artıq çıxılmaz vəziyyətdə olduğunu anladılar. Braziliya Sədrliyi və BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının rəhbərliyi birlikdə bizə müraciət etdilər ki, Azərbaycan COP29 Sədrliyi danışıqlara rəhbərlik edək. Azərbaycan diplomatları danışıqlarda rəhbərliklə bərabər yer aldı. Tərəflər arasında körpü rolunu oynaya bildik.
Bu barədə AZƏRTAC-a müsahibəsində Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi, COP29 üzrə danışıqlar qrupunun üzvü Elçin Allahverdiyev Bonn İqlim Sammitinin son günündə deyib.
“Biz COP29-da etimad qazanmışıq və bizə inam var. Tərəflər bizimlə daha rahat anlaşdılar. Nəticədə biz gündəliyi müəyyənləşdirdik. Bu gün isə, xüsusilə bu saatlarda artıq plenar sessiya başlamalı idi və tədbir yekunlaşmalı idi, amma təəssüfər olsun ki, bir neçə və ən vacib sahələr üzrə anlaşma yoxdur. Bizdən də xahiş edirlər ki, müdaxilə edək. Biz də çalışırıq ki, prosesi müsbət istiqamətə yönləndirək. Bizim əlimizdən nə gəlirsə, töhfə verməyə çalışırıq. Bəzi istiqamətlərdə proqres var, ümid var ki, nəticə əldə olsun.
Əsas problem COP30-dək qəbul olunacaq ən vacib qərarlarla bağlıdır. Bu, Qlobal Uyğunlaşma indikatorlarının müəyyənləşdirilməsidir. Bu gün irəliləyiş əldə oluna bilər, bizim əməkdaşlar bu istiqamətdə də çalışırlar. Digər istiqamət, Birləşmiş Ərəb Əmirliklərinin Qlobal İcmal Sənədinin dialoqu ilə bağlıdır. Orada da vəziyyət ürəkaçan deyil. Digər bir-iki sahədə də gərginlik var. Böyük ehtimalla, bunlar kompleks şəkildə həll olunacaq. Biz də bunun çözülməsi üçün dəstəyə ehtiyac olduğu an danışıqlar prosesinə qatılacağıq”, - deyə Elçin Allahverdiyev əlavə edib.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

