Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pakistan nümayəndə heyətinin Əfqanıstana səfəri ləğv olunub

Pakistan nümayəndə heyətinin Əfqanıstana səfəri ləğv olunub

13.05.2024 [14:05]

Əfqanıstan hökuməti Pakistanın hərbi nümayəndə heyətinin mayın 12-də Qəndəhar şəhərinə planlaşdırılan səfərini ləğv edib.

AZƏRTAC “Dawn” qəzetinə istinadla xəbər verir ki, səfərin ləğvi Pakistan ordusunun mayın 12-də Əfqanıstanın Paktika əyalətinə endirdiyi raket zərbələri ilə bağlı ola bilər.

Nəşrin məlumatına görə, Kabil səfərin ləğvinin səbəblərini hələ ki, rəsmən açıqlamayıb. Nümayəndə heyəti Əfqanıstan kəşfiyyatının rəis müavini Molla Şirin Axundla “Təhrik-i-Taliban” qruplaşmasının Əfqanıstandakı fəaliyyəti və Pakistana hücumların qarşısının alınması məsələsini müzakirə etməli idi.

Xatırladaq ki, martın 18-də Pakistan Hərbi Hava Qüvvələri “Təhrik-i-Taliban” silahlılarının hərbi bazaya hücumuna cavab olaraq ilk dəfə qruplaşmanın Paktika və Xost əyalətlərindəki mövqelərinə hava zərbələri endirmişdi. Bazaya hücum nəticəsində 7 əsgər həlak olmuşdu.

Pakistanda hücumlar həyata keçirən “Təhrik-i-Taliban” qruplaşmasına Əfqanıstanın dəstəyi İslamabad və Kabil arasında münasibətləri korlayıb.

Paylaş:
Baxılıb: 806 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30