Fransa baş nazir axtarışında...
04.09.2024 [09:28]
Paris hazırda diplomatiya böhranı da yaşayır
Fransada daxili siyasi gərginlik artmaqda davam edir. Prezident Emmanuel Makronun yarıtmaz siyasəti ölkəni dərin böhrana sürükləyib. Xüsusilə, son parlament seçkiləri siyasi böhranı daha da stimullaşdırır. Çünki seçkilərdən sonra parlamentdə təmsilçilik qazanan üç əsas blok bir-birinə güzəştə getmək niyyətində deyil. Konstitusiya tərəfdarları ölkədə davam edən siyasi vəziyyətlə bağlı narahatlıqlarını yerli televiziya kanallarında ifadə ediblər. Bildirilir ki, Milli Assambleyanı buraxaraq, ölkədə qeyri-sabitliyi yaradan elə E.Makron özüdür. Qanunverici orqana seçkilərin nəticəsində de-fakto institusional qeyri-sabitlik yaranıb və Assambleya üç bloka bölünüb. Makron öz institusional missiyasında parlamentin etimadından yararlana bilən və çoxluq tərəfindən qəbul olunan baş nazir təyin etməlidir. Lakin yeni formalaşmış parlament müstəvisində baş nazir seçimi hələ də dalana dirənib.
Makronun yaratdığı siyasi xaos
İndi Makron özünün yaratdığı xaosdan çıxış yolu tapa bilmir və çətinliklərlə üzləşib. Ölkə prezidenti Konstitusiyaya əməl olunmasını, dövlət hakimiyyəti orqanlarının müntəzəm fəaliyyətini, eləcə də dövlətin davamlılığını təmin etməlidir. Bugünkü siyasi vəziyyətdə Makron dövləti idarə edə bilmək üçün alternativ əksəriyyət tapmalıdır. Məsələ Assambleyada hansı çoxluğun meydana çıxa bilməsidir. Çünki bu çoxluqdan asılı olaraq, Fransa hökuməti islahatlar keçirə, büdcəni qəbul edə və ölkəni irəli apara bilər. Yeni çoxluğun sabitliyi məsələsi təmin edildikdə institusional dövlət çevrilişindən danışmağa heç bir əsas olmur.
Lakin 48 gündür Baş nazir axtarışında olan Fransa bütün sahələrdə olduğu kimi xarici siyasət sahəsində də problemlərlə üzləşir. 1993-cü ildən hər il avqustun sonu və ya sentyabrın əvvəlində keçirilən Fransa diplomatik missiyalarının rəhbərləri ilə görüş ləğv edilib. Bu qərarın 2022-ci ildə Yelisey və Quai d’Orsay (Fransa XİN nəzərdə tutulur) arasında başlayan ziddiyyətin narahatlığı daha da artıra biləcəyi qeyd olunur. Sabiq səfirlərin sözlərinə görə, Fransa diplomatiyası üçün vacib olan bu görüş məhdud formatda da keçirilə bilərdi. Görüşdə ən önəmli məqam respublika prezidentinin nitqidir və əsas məqsəd xarici siyasətin əsas istiqamətlərini, prioritetlərini müəyyənləşdirmək, aktual çağırışları müzakirə etməkdir.
Prezident diplomatlarla görüşdən niyə qaçır?
Xarici KİV-lər bildirir ki, diplomatik missiyaların rəhbərləri ilə görüş Fransanın xaricdəki və beynəlxalq təşkilatlardakı nümayəndələrinin işini istiqamətləndirən illik oriyentasiyalar vermək imkanı yaradır. Yerlərdə diplomatiya kursunun müəyyənləşdirilməsi, əsas prioritetləri dinləmək üçün hakimiyyət orqanları ilə mütəmadi fikir mübadilələri aparılması baxımından bu görüşün baş tutması vacibdir. 2022-ci ildə diplomatik korpusun islahatından sonra sarsılmış Fransa XİN-də diplomatların əksəriyyəti görüşün rəsmi ləğvini hakimiyyətin onların işinə maraq göstərməməsinin yeni bir əlaməti kimi görürlər. Sabiq xarici işlər naziri Dominik de Vilpen görüşün ləğvini tarixi səhv adlandıraraq, gələcək illərdə bunun müstəqillik, səriştə və yaddaşın itirilməsi kimi ağır təsirləri olacağı barədə xəbərdarlıq edib. Bildirilib ki, artıq karyera diplomatları olmadığı üçün Xarici İşlər Nazirliyi “dostlar” legionuna çevrilib. Fransada və xaricdə E.Makronun dostları səfir təyin olunub. Yəni ölkədə heç bir faydası olmayan hiper-prezidentlik mövcuddur. Prezidentlər vəzifəyə başlayanda diplomatlara qarşı adətən qərəzli mövqedə olsalar da, zamanla etimad mühiti yaranır, ancaq E.Makronla belə bir mühit yaranmayıb.
Fransız diplomatlar ötən il “Səfirlərin E. Makrona məktubu” adlı nota göndərərək, ölkənin mövqeyinin xaricdə səhv başa düşüldüyünü, ənənəvi balanslaşdırma siyasəti ilə ziddiyyət təşkil etdiyini bildirsələr də, nəticə əldə edilməyib. Beləliklə, Fransa diplomatiyası tənəzzülə uğrayıb. Son vaxtlar təyin olunduqları ölkənin, regionun coğrafi ərazisini mükəmməl mənimsəyən diplomatların mütəmadi olaraq analitik kimi özəl sektora qoşulduqları müşahidə edilir.
Dövlət büdcəsinin 0,7 faizi həcmində maliyyələşən Fransa XİN
Diplomatların üçdəbiri dövlət büdcəsinin cəmi 0,7 faizi həcmində maliyyələşən XİN-dən həmişəlik ayrılmağı düşünür. Avstraliyanın “The Lowy Institute” analitik mərkəzinin məlumatına görə, 249 səfirliyi və konsulluğu, eləcə də beynəlxalq təşkilatlar yanında 16 daimi nümayəndəliyi ilə Fransa diplomatik şəbəkəsi bir ildə iki yer itirərək hazırda dünyada beşinci yerdədir.
Ölkədə qeyri-stabil daxili vəziyyət və beynəlxalq böhranların çoxalması fransız diplomatiyasının getdikcə daha dərin tənəzzülə uğradığını göstərir. Sabiq diplomatlar hesab edirlər ki, Fransa strateji kompasını yeniləməlidir. Onlar Fransanın strateji baxımdan təkləndiyini, dünyada istiqaməti itirdiyini qeyd edirlər. Vurğulanır ki, Fransa prezident administrasiyasının XİN-in və digər aidiyyəti orqanların fundamental məsələlərdə təcili konsensus yaratmaq iqtidarında olmaması təəssüf doğurur.
Xüsusilə, XİN-in dövlət büdcəsindən cəmi 0,7 faiz maliyyələşməsi acınacaqlı göstəricidir. Bu, Makronun ölkə diplomatiyasına laqeyd yanaşmasını ifadə edir. Məhz bütün bunların, yəni ölkədə yaratdığı siyasi böhranın nəticəsidir ki, Fransanın solçu “Əyilməz Fransa” partiyası prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması prosedurunu başladıb. Partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano bir neçə gün öncə bildirmişdi ki, Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq respublika prezidentinə qarşı impiçment prosedurunun başlanması haqqında qərar layihəsi birgə imzalanma üçün parlament üzvlərinə göndərilib. Bu maddə prezidentin səlahiyyətlərini pozduğu təqdirdə onun vəzifədən kənarlaşdırılması imkanını nəzərdə tutur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

