Makron istefanın bir addımlığında
21.09.2024 [06:13]
İmpiçmentlə bağlı təşəbbüs petisiyasını 311 min insan imzalayıb
Emmanuel Makron Fransa tarixində mənfi tendensiyalı bir “ilk” yaşayacaq. Belə ki, prezident Makronun istefası ilə bağlı irəli sürülən impiçment prosedurunun məqbul olduğuna qərar verilib - qətnamə layihəsi 81 deputat tərəfindən imzalanıb.
Qeyd edək ki, Fransa V Respublika tarixində bu ilk dəfə baş verir - deputatlar prezidentin vəzifədən potensial kənarlaşdırılmasını müzakirə etməli olublar. Sentyabrın 17-də Milli Assambleyanın ali icraedici orqanı olan Bürosu “Əyilməz Fransa” (La France insoumise-LFİ) siyasi partiyasının Emmanuel Makronun istefası ilə bağlı irəli sürdüyü impiçment prosedurunun məqbul olduğuna qərar vermək üçün toplaşıb. Sosialist deputatlar bu təklifə baxılmasına qarşı çıxmayacaqlarını bildirsələr də, bunun əleyhinə səs verəcəkləri ilə bağlı xəbərdarlıq ediblər. Solçular hesab edirlər ki, E.Makron prezident səlahiyyətlərini aşıb, öz vəzifəsini yerinə yetirmir.
Milli Assambleyada (MA) “Əyilməz Fransa” partiyasının deputat fraksiyasının rəhbəri Matilda Pano bu təklifin Makronun güc işlədərək demokratiyaya qarşı etdiyi çevrilişinə cavab olduğunu bildirib. Əgər Milli Assambleyanın Bürosu icazə verərsə, E.Makronun mühakimə edilməsi üçün Ali Məhkəmənin çağırılmasının mümkünlüyü hüquq komitəsində, sonra isə Milli Assambleyanın sessiyasında müzakirə olunacaq.
Parlamentarilərin 2/3 dəstəkləyəcəyi halda...
Makronun apardığı “özbaşına” siyasi xətt onun başını bəlaya salıb - ortadakı impiçment məsələsinin kökü isə bir sıra səbəblərlə əlaqələndirilir. Təşəbbüsün səbəblərindən biri Makronun parlament seçkilərində qalib gələn Milli Xalq Cəbhəsi partiyasının namizədi Lüsi Casteti baş nazir postuna təyin etməməsi olub. “Le Parisien”in yazdığına görə, təşəbbüsü növbəti mərhələdə Qanunvericilik Komitəsi tərəfindən araşdırılacaq. Komitə təşəbbüsü dəstəkləyəcəyi halda bu, parlament gündəliyinə salınacaq - yalnız Assambleya və Senat (parlamentin aşağı və yuxarı palataları) üzvlərinin üçdə ikisinin səsisnin toplanacağı halda isə impiçment reallaşacaq. Prosesdə təşəbbüs üzvlərin üçdə ikisi, yəni 925 parlamentaridən 617-si tərəfindən dəstəklənməlidir və bir ay ərzində impiçment elan edilməlidir.
Makron pis vəziyyətdə...
Atılan ilkin addım isə çox şeydən xəbər verir - mövcud Respublika dövründə ilk dəfə prezidentə qarşı impiçment təşəbbüsünün qaldırılması Parisin yaşadığı siyasi böhranın açıq təzahürüdür. Təbii ki, səbəb yalnız ölkədaxili siyasi proseslər deyil - Fransanın Makron dövründə adının qeyri-demokratik, neokolonialist sıralarda hallanması, separatizmə verilən açıq dəstək, Aİ daxilində Fransanın nüfuzdan düşməsinin real görüntüləri bu istefa tələbini gündəmə gətirib.
Siyasi şərhçilərin fikrincə, Makron impiçmentlə bağlı növbəti mərhələnin reallaşmaması üçün parlamentdə çoxluğa malik fraksiyanı dağıtmağa çalışacaq - onun buna şansı böyükdür. Səbəb isə təşəbbüsü irəli s?rən solçu blokun vahid mövqeyə malik olmamasıdır. Bu vəziyyətdən isə prezident Makron yararlanacaq.
“Le Parisien” impiçmentlə bağlı sol partiyaların fikir ayrılığı ilə yanaşı, mərkəz və sağ partiyaların da məsələyə bitərəf qalacağını yazır “Fransa üçün bu, olduqca qeyri-adi vəziyyətdir, ona görə də solçuların bu təşəbbüsünün uğurla nəticələnməsinə ümid azdır. Bu, ölkəni pis vəziyyətdə qoya bilər”, - deyə ekspertlər bildiriblər.
Növbəti hədəf 400 mindir...
“Əyilməz Fransa” nın bu təşəbbüsü isə petisiya şəklində yüz minlərlə insan tərəfindən dəstəklənib. Petisiyanın yer aldığı internet saytının məlumatına görə, on? 311 min 458 nəfər imza atıb. “Növbəti hədəf 400 min imzadır”, - sayt qeyd edib.
Paralel olaraq media diqqəti” sağ mərkəzçi “Respublikaçılar”ın nümayəndəsi Mişel Barnyenin Fransanın baş naziri təyin edilməsinə qarşı sentyabrın 21-nə planlaşdırılan nümayişə çəkib. Əgər bu aksiya genişlənərsə, petisiyaya imza atan insanlar real olaraq təşəbbüslərinin arxasında durarlarsa, Yelisey sarayı daha bir ilkin - impiçmentlə prezidentin öz vəzifəsindən kənarlaşırılmasının da şahidi ola bilər.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

