Fransada yeni hökumət hədəfdə
24.09.2024 [08:46]
Fransada Makronun rəhbərlik etdiyi mərkəzçi “İntibah” koalisiyası əvvəlcə Avropa Şurası Parlament Assambleyasına (AŞPA), bunun ardınca isə Milli Assambleyaya seçkilərdə acınacaqlı məğlubiyyətə uğradıqdan sonra ölkə daha ciddi kataklizmlərlə üz-üzə qalıb. Əslində, seçkilərdəki məğlubiyyət bütövlükdə, Fransa cəmiyyətinin Makronun apardığı siyasətə etimadsızlığının əyani göstəricisidir. Makronun səriştəsiz idarəçiliyi ölkə daxilində problemlərə yol açdığı kimi, beynəlxalq səviyyədə də Fransanın imicini ciddi şəkildə zədələyib. Bunun fərqində olan xalq da hakim komandanın iqtidardan getməsini istəyir və öz iradəsini seçkilərdə ortaya qoyub. Makron isə məğlubiyyət acısı yaşamasına rəğmən, hakimiyyətdən getmək istəmir və müxtəlif manevrlərlə özünün və komandasının reabilitasiyasına nail olmağa çalışır. Makron əvvəlcə manipulyasiyalara əl atmaqla Milli Assambleyaya növbədənkənar seçkilərdən qalib çıxmağa çalışdı. Bu, baş tutmadıqda isə “B” planına əl atmaq məcburiyyətində qaldı. Söhbət onun qanunvericiliyə zidd olaraq özünə yaxın hökumət formalaşdırmaq cəhdindən gedir. Ümumi qənaət belədir ki, Makron yeni hökumətin formalaşdırılması prosesində qanunvericiliyi pozmaqla əslində, seçkilərin nəticələrini iqnor edib.
İki cəhddə formalaşan hökumət
Yelisey Sarayının sahibi seçkilərin nəticələrinə hörmətsizlik etməklə parlament çoxluğunun mövqeyini nəzərə almadı və bu çoxluğun baş nazir postuna irəli sürdüyü namizədi təsdiqləməkdən imtina etdi. Nəticədə, o, sentyabrın 5-də sabiq Avropa komissarı və Fransanın sabiq xarici işlər naziri Mişel Barnyeni yeni baş nazir postuna gətirməyə nail oldu. 73 yaşlı Mişel Barnye hökumət başçısı postunda 2024-cü ilin yanvarında bu vəzifəyə təyin edilmiş və Fransa tarixində ən gənc baş nazir olmuş 35 yaşlı Qabriel Attalı əvəzləyib. Yeni hökuməti formalaşdırmaq da ona həvalə edilmişdi. Lakin burada da ziddiyyətlər yaşandı. Belə ki, Makron Mişel Barnyenin təklif etdiyi ilk siyahını təsdiqləmədi. Bildirilir ki, 16-sı tam ştatlı nazir olmaqla 38 namizəddən ibarət hökumət siyahısında Emmanuel Makronun xoşuna gəlməyən namizədlər olub. Bu baxımdan “son düzəlişlər”ə ehtiyac yaranıb. Məlumata görə, prezidentin yaxın ətrafı Barnyenin təklif etdiyi namizədlərin siyahısında baş nazirin özünün də mənsub olduğu Respublikaçılar Partiyasının nümayəndələrinin çoxluq təşkil etdiyini bildirib. Makronun təqdim olunan ilk siyahını təsdiqləməməsi də məhz bundan qaynaqlanıb.
Nəhayət, ikinci cəhddən sonra Fransanın yeni hökumətini formalaşdırmaq mümkün olub. Nazirlərin siyahısını Fransa prezident administrasiyasının rəhbəri Aleksi Koler açıqlayıb. Demokratik Hərəkat Partiyasından Avropa məsələləri üzrə keçmiş nazir nümayəndəsi Jan-Noel Barro yeni xarici işlər naziri təyin edilib. O, Fransa prezidenti Emmanuel Makronun təklifi ilə Aİ-nin rifahı və sənaye strategiyasına cavabdeh olan Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş prezidentin “İntibah” partiyasından olan Stefan Sejourneti əvəz edəcək. 41 yaşlı Barro Ali Ticarət Məktəbində və Siyasi Araşdırmalar İnstitutunda təhsil alıb, Fransız-Amerika Fondunun Gənc Liderlər proqramının üzvü olub. 2013-2017-ci illərdə Massaçusets Texnologiya İnstitutunda dərs deyib. O, mərkəzçi Demokratik Hərəkat Partiyasının üzvüdür və 2018-2022-ci illərdə partiyanın baş katibi olub.
Yeni hökumətdə Sebastien Lekornu öz postunu qoruya bilib. Ona yenidən Fransanın Silahlı Qüvvələr və Veteranların İşləri üzrə nazir vəzifəsi həvalə edilib. Fransada qəbul olunmuş qaydalara əsasən, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi rəhbərlərinin vəzifələri ənənəvi olaraq qorunur və həmin vəzifələrə prezident tərəfindən irəli sürülən namizədlər təyin edilir. Fransa üçün heç də az əhəmiyyət kəsb etməyən, qeyri-leqal miqrasiya məsələsi ilə bağlı genişlənən müzakirələr kontekstində Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsinin Respublikaçılar Partiyasının Senatdakı fraksiyasının rəhbəri Bruno Retaylota həvalə edilməsi diqqət çəkir. Solçu partiyaların nümayəndələri onu immiqrasiya məsələlərində həddən artıq mühafizəkar olduğuna görə tənqid edirlər - o, əvvəllər əcnəbilərin qəbulu üçün kvotaların tətbiqini və ailələrin birləşməsi üçün şərtlərin sərtləşdirilməsini müdafiə edib, həmçinin radikal islamizmlə mübarizədə mütəmadi olaraq sərt mövqe nümayiş etdirir. Yeni formalaşan hökumətdə İctimai Həyatda Şəffaflıq üzrə Ali Komitənin rəhbəri Didye Miqot ədliyyə naziri təyin edilib. Medianın gözləntilərinin əksinə olaraq, Barnier İqtisadiyyat, Maliyyə və Sənaye Naziri postunu saxlayaraq iqtisadi şöbəni bölməyib. Həmin nazirliyə Milli Assambleyanın iqtisadi məsələlər komitəsinin keçmiş sədri Antuan Armand rəhbərlik edəcək. Raçida Dati də mədəniyyət naziri vəzifəsini qorumağa müvəffəq olub. Ölkənin Silahlı Qüvvələr Nazirliyinin keçmiş dövlət katibi Genevieve Dariessec isə bundan sonra səhiyyə naziri postunu tutacaq.
Verilən məlumata görə, yeni təyin olunmuş baş nazir Mişel Barnyenin şənbə günü axşam açıqladığı yeni hökumətin tərkibində erməni əsilli iki nazir də var. Belə ki, Astrid Panosyan-Buve əmək və məşğulluq naziri təyin olunub. Qiyom Kasparyan isə dövlət qulluğu işləri, dövlət fəaliyyətinin sadələşdirilməsi və transformasiyası naziri vəzifəsini icra edəcək.
Bütün ölkəni bürüyən kəskin etirazlar
Gözlənildiyi kimi, yeni hökumətin mövcud qanunvericiliyin pzulması yolu ilə formalaşdırılması bütün ölkə boyunca ciddi etirazlara səbəb olub. Daha dəqiq desək, etirazlar yeni hökumətin siyahısı təsdiqlənməzdən əvvəl baş qaldırıb. 38 namizəddən ibarət olan yeni hökumətin tərkibinin əsasən mərkəzçi və sağçılardan ibarət olması solçuları qəzəbləndirib. Yeni hökumət elan edilməmiş Fransanın bir çox böyük şəhərlərində Makron-Barnye tandeminə qarşı etiraz nümayişləri elan olunub. Ekoloqlar, Əyilməz Fransa Partiyasının üzvləri, solçular, Makron-Barnye tandeminə qarşı assosiasiyalar, tələbə, ətraf mühit və feminist təşkilatların xüsusi fəallıq göstərdikləri bildirilir. “Mişel Barnye hökuməti qurulmamış fransızlar artıq onu istəmirlər. Xüsusilə üç həmkarlar ittifaqı təşkilatının (Tələbələr İttifaqı, Liseylər İttifaqı və Attac) çağırışı ilə bütün Fransada Makron-Barnye hökumətinə qarşı etiraz nümayişləri keçiriləcək”, - deyə Attac Assosiasiyası bildirib.
Bordo, Mulhouse, Annecy, Rennes, Niort və Fransanın bir çox başqa şəhərlərində təyin olunan etiraz nümayişlərinə “Greenpeace Fransa”, “Nous toutes”, “la Jeune Garde antifasciste”, “Action justice climat”, “le Planning familial”, “le collectif national” kimi assosiasiyalar da qoşulduqlarını bəyan ediblər. Həmçinin vətəndaş cəmiyyəti təşkilatları və tələbə birlikləri oktyabrın 1-də əməkhaqqı, pensiya və ictimai xidmətlər üçün böyük səfərbərlik günü ilə əlaqədar Makronun güc tətbiqini pisləmək üçün səfərbər olmağa çağırıb. Əyilməz Fransa Partiyası öz saytında “Prezidenti xalqın seçiminə hörmət göstərməyə məcbur etmək” üçün çağırış edib.
O cümlədən Makronun yürütdüyü siyasət və sağ mərkəzçi Respublikaçılar Partiyasının nümayəndəsi Mişel Barnyeni baş nazir təyin etmək qərarı ilə razılaşmayan 1 000-dən çox insan Parisdə Bastiliya meydanı yaxınlığında etiraz nümayişinə çıxıb. Manifest iştirakçıları “Makron, istefa!”, “Lənət olsun Barnye hökumətinə!”, “Seçkilər bizdən oğurlandı!” şüarları səsləndiriblər. Onların əksəriyyəti aksiyaya solçu siyasi partiyaların, o cümlədən “İtaətsiz Fransa” və solçu qüvvələrin “Yeni Xalq Cəbhəsi” koalisiyasının bayraqları ilə gəlib. Nümayişçilərin daşıdıqları pankartlar arasında “Beşinci respublikaya son” çağırışları da var. Aksiyada iştirak edənlərin çoxu nazirlərin sağçı siyasətçilərdən və “Respublika naminə birlikdə” prezidentyönlü koalisiya üzvlərindən ibarət olmasından da narazılıqlarını bildiriblər. Bütövlükdə, ölkə üzrə gün ərzində 50-yə yaxın nümayiş keçirildiyi bildirilir.
Bu arada Fransa sakinlərinin dörddə üçü ölkə prezidenti Emmanuel Makrondan narazılığını bildirib. Bu barədə “Ifop”un “Journal du Dimanche” qəzeti üçün keçirdiyi sorğunun nəticələrində göstərilib. Nəşr qeyd edib ki, 2018-ci ilin dekabrında “Sarı jiletlilər” böhranının pik nöqtəsində Zəfər tağı talan edildikdən sonra heç vaxt prezidentin populyarlıq reytinqi 25 faizə enməyib və ya ondan imtina reytinqi 75 faizə yüksəlməyib.
“Journal du Dimanche”nin yazdığına görə, Makron əsasən “onu korlayan qeyri-mütənasib eqosunda”, eləcə də parlamentin “dağıdılması fiaskosunda” günahlandırılır.
Rəy sorğusu, həmçinin göstərib ki, fransızların 55 faizi baş nazir Mişel Barnyedən narazıdır, baxmayaraq ki, onun hökuməti materialda qeyd olunduğu kimi, hələlik heç bir tədbir görməyib. Sentyabrın 11-dən 20-dək aparılan sorğuda 2098 nəfər iştirak edib.
Fransızların gözləntilərindən uzaq hökumət
“Milli Birlik” parlament fraksiyasının rəhbəri Marin Le Pen Fransanın yeni hökumətini “keçid hökuməti” və fransızların gözləntilərindən uzaq hesab edir. O, bununla bağlı fikrini “X” sosial şəbəkəsində yayıb. “Son seçkilərdə iki dəfə makronizmin yeddi illik uğursuzluq dövrünü pozmaq istədiyini ifadə edən fransız xalqı, bu axşam iyun ayında ifadə etdikləri təbəddülat və dəyişkənlik istəyindən uzaq, yenidən qurulmuş bir hökumət qarşısında qaldı”, - deyə o yazıb.
Siyasətçi vurğulayıb ki, bu hökuməti “keçid hökuməti” sayır. Onun fikrincə, bu, növbədənkənar parlament seçkiləri zamanı yaranmış “qeyri-təbii ittifaqlar”ın bağlanması nəticəsində yaranıb. “Biz Fransanın ayağa qalxmasına imkan vermək üçün çağırdığımız böyük dəyişikliklərə hazırlaşmağa davam edəcəyik”, - deyə siyasətçi vurğulayıb. Eyni zamanda, Marin Le Pen yaxın vaxtlarda hökumətə etimad səsverməsinin mümkünlüyünü şərh etməyib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
14 Oktyabr 09:38
Hadisə
14 Oktyabr 09:17
MEDİA
14 Oktyabr 08:34
Sosial
14 Oktyabr 07:40
İdman
13 Oktyabr 23:34
Din
13 Oktyabr 22:19
İqtisadiyyat
13 Oktyabr 21:32
Mədəniyyət
13 Oktyabr 20:18
Dünya
13 Oktyabr 19:35
Sosial
13 Oktyabr 18:21
Sosial
13 Oktyabr 17:24
Hadisə
13 Oktyabr 16:31
Dünya
13 Oktyabr 15:38
İdman
13 Oktyabr 14:26
Siyasət
13 Oktyabr 13:47
Diaspor
13 Oktyabr 13:35
Siyasət
13 Oktyabr 13:11
Hərbi
13 Oktyabr 12:48
Dünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08