Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Polşanın hakim koalisiyası ABŞ-dakı həmvətənlərini Harrisi dəstəkləməyə çağırıb

Polşanın hakim koalisiyası ABŞ-dakı həmvətənlərini Harrisi dəstəkləməyə çağırıb

08.10.2024 [15:09]

Polşa müdafiə nazirinin müavini və Donald Tuskun hakim “Vətəndaş” koalisiyasının nümayəndəsi Sezari Tomçik ABŞ-dakı həmvətənlərini prezident seçkilərində Demokratlar partiyasının namizədi Kamala Harrisə səs verməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, siyasətçi demokratları Ukrayna və Polşaya davamlı dəstəyin təminatçısı adlandırıb.

“Düşünürəm ki, ABŞ-dakı Polşa diasporu Kamala Harrisə səs verəcək. O, Ukraynaya, eləcə də Polşaya davamlı dəstəyin təminatıdır”, - deyə Sezari Tomçik bildirib.

Bu ərəfədə Respublikaçılar partiyasının namizədi Donald Tramp da ABŞ-dakı Polşa diasporundan səs istəyib. O, həmçinin demokratların polyakları sevmədiyini deyib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Respublikaçılar partiyasını ölkənin sabiq prezidenti Donald Tramp, Demokratlar partiyasını isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.

Paylaş:
Baxılıb: 613 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31