Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Çempionlar Liqası: “Sabah”ın futbolçusu bombardirlik yarışında ilk pilləyə yüksəlib

Çempionlar Liqası: “Sabah”ın futbolçusu bombardirlik yarışında ilk pilləyə yüksəlib

12.08.2026 [16:22]

“Sabah”ın futbolçusu Velko Simiç bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində bombardirlər siyahısında ilk pilləyə yüksəlib.

AZƏRTAC xəbər verir ki, III raundun Danimarka “Orxus”u ilə Bakıdakı cavab oyununda fərqlənən serbiyalı yarımmüdafiəçi qollarının sayını 5-ə çatdırıb. Bununla da 31 yaşlı oyunçu zirvəni ələ keçirib.

Hazırda Simiçi hərəyə 4 qolla “Fənərbağça”dan Anderson Taliska və “Selye”dən Mario Kvesiç izləyir.

Qeyd edək ki, iki oyunun nəticəsinə (5:2) əsasən “Orxus”u mübarizədən kənarlaşdıran “Sabah” pley-off mərhələsində İsrailin “Hapoel” (Ber-Şeva) komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyununu avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab matçını isə 25-də Bakıda keçirəcək.

Paylaş:
Baxılıb: 384 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31