Yeni növ təxribatın köhnə ünvanı...
16.10.2024 [11:01]
COP29 öncəsi ölkəmizə qarşı böhtan kampaniyasında “hüquqi yalan” ifşa edildi
Tarixən mühüm nüans kimi qiymətləndirilən təhlükəsizlik amili son dövrlərdə daha qabarıq şəkildə təzahür etməyə başlayıb. Bu da səbəbsiz deyil. Dünyanın əksər regionlarında artan xətlə inkişaf edən distabillik, artıq lokal çərçivədən qlobal qarşıdurmaya çevrilən kataklizmlər, radikal qruplaşmaların yaratdığı xaos, reliqiyafobiya, antisemitizm, nihilizm kimi məsələlər təhlükəsizliyin təmini məsələsini ilk sıralara “daşıyıb”. Hətta illərlə təhlükəsizlik indeksinə görə ön sıralarda yer alan Qərb dövlətləri belə bu gün terror və ya təhdidlərdən sığortalanmayıb.
Paralel olaraq, hüquqsuzluq məsələsi də təhlükəsizlik amilinin əsas predmetlərindən biri kimi ortaya çıxır. Bir sıra dövlətlərdə hüquqa skeptik yanaşma, başqa sözlə hüquqsuzluq fərdi təhlükəsizliyi təhdid altına salır. Bu kimi ölkələrdə beynəlxalq konvensiyalara barmaqarası yanaşmalar, hüquqi razılaşmaların kobudcasına pozulması halları yaşanır ki, bu da nəticə etibarı ilə mənfi tendensiyalara yol açır.
Azərbaycan isə həm regional, həm də qlobal miqyasda sabitlik identikliyinə görə yüksək yer tutur. Kiçik və ya böyük həcmli kataklizmlərdən uzaq olan, dini-milli müstəvidə qarşıdurmaların yaşanmadığı, hər hansı bir formada reliqiyafobiyanın qeydə alınmadığı və ən əsası hüqüqun aliliyinə hörmət və sadəqət nümayiş etdirən ölkəmiz beynəlxalq qanunvericilik prinsiplərinə hər zaman riayət edib. Azərbaycan hər zaman haqqın, ədalətin, hüququn tərəfində dayanıb. Ölkəmizdə hər zaman hüququn aliliyi əsas prioritet kimi çıxış edib.
Fransa XİN-in yalanı...
Bu kimi addımlar isə Azərbaycanın beyəlxalq imicinə müsbət təsirlər göstərir. Bu isə ölkəmizin düşmənlərini qıcıqlandırır - bunun nəticəsidir ki, bütün kontekstlərdə ölkəmizə qarşı qarayaxma, şər-böhtan kampaniyası yürüdən Fransa bu dəfə ölkəmizə qarşı “hüquqi yalanlar”la yadda qalıb. Belə ki, bu il sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının illik konfransını pozmaq üçün Fransa Xarici İşlər Nazirliyi səviyyəsində təxribata əl atıbmış.
KİV-ə məlum olub ki, tədbirdə Fransadan 10-a yaxın nümayəndənin iştirakı nəzərdə tutulsa da, Fransanın Xarici İşlər Nazirliyi onlara yazılı şəkildə xəbərdarlıq edərək, Azərbaycana səfər edəcəkləri təqdirdə guya Bakıda həbs təhlükəsi ilə üzləşə biləcəklərini iddia edib. Bu iddianı əsas gətirən Fransa XİN onlara Azərbaycana getməməyi tövsiyə edib. Nəticədə Fransadan cəmi 3 nəfər - bu ölkənin baş prokurorunun müavini Gilles Charbonnier, Frankofoniya Assosiasiyasının katibi İvanni Bulvar və Sirakuza Beynəlxalq İnsan Hüquqları Universitetinin prezidenti Jan-Franko Toni tədbirdə iştirak edib, səfərdən də məmnun qalıblar. Həmçinin məlum olub ki, Fransa XİN konfransda iştirak üçün qeydiyyatdan keçmiş fransızdilli ölkələrin nümayəndələrinə də ölkəmizə səfər etməməyi tövsiyə edibmiş.
Əsassız bəyanat, təhrif olunan reallıq...
Əslində, bu yöndə təxribatçı addım ilk deyil - bu ilin avqustunda Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız fikirlər səsləndirmişdi. Qurum bu iddiaları səbəb gətirirək, Azərbaycana dair sərt səyahət xəbərdarlığı etmişdi. Məsələyə Azərbaycanın reaksiyası da sərt olmuşdu - ölkə XİN-i səviyyəsində bildirilmişdi ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir. Qeyd olunmuşdu ki, Fransa vətəndaşlarının əsassız olaraq saxlanıldığı və həbs edildiyi barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır.
Qeyd edək ki, indiyə qədər Azərbaycanda Fransa vətəndaşlarının həbs edilməsi faktı qeydə alınıb - ötən ilin dekabrında Fransa Respublikasının vətəndaşı Martin Rian Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqo Bakı Metrosunda törətdiyi əmələ görə saxlanılıb. Yəni hər iki hal törədilmiş əməlin qarşılığıdır - bunların hansısa fərqli siyasi izahı ola bilməz. Azərbaycanda insan hüquqlarının “pozulması” kimi yalan bəyanatlar səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur - Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olar.
Azərbaycandakı təhlükəsizlik mühiti beynəlxalq səviyyədə təsdiqlənir...
Tək Fransa deyil, Azərbaycana səfər edən bütün ölkələrin vətəndaşlarının, hətta adi turist məqsədilə ölkəmizə gələn insanlardan diplomatik səfərə gələn nümayəndələrə qədər hər kəsin təhlükəsizliyi və hüquqlarının qorunması ən yüksək səviyyədə həyata keçirilir. Hətta 30 ilə yaxın təcavüzkar siyasət aparan, Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistan vətəndaşları belə bəzi istisna hallarda Azərbaycana səfər edib ki, onların da təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunub. Bu baxımdan Fransanın bu tip yalanlar üzərindən manipulyasiya aparması cəhdi əbəsdir. COP29 qabağı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi sayılan bu kimi yalanlar isə ilk addımdaca ifşa edilir. Çünki bu cür iddiaların əsası yoxdur - Azərbaycanın hüquqa baxışı Fransadan fərqli olaraq fundamental əsaslara söykənir. Fransa hətta öz vətəndaşlarının belə hüquqlarını qorumadığı halda, Azərbaycan dövləti ölkəmizə səfər edən hər kəsin rahatlığına və təhlükəsizliyinə cavabdeh olur. Bu fakt dünyanın aparıcı şirkətləri və beynəlxalq institutları tərəfindən də təsdiqlənir, Azərbaycan Qlobal Terrorizm İndeksinə (QTİ) görə dünyanın ən təhlükəsiz ölkələrindən biri sayılır. Xatırladaq ki, Qlobal Terrorizm İndeksi dünya əhalisinin 99,7 faizinin məruz qaldığı terrorun təsirini təhlil edən hərtərəfli araşdırmadır. Bu fakt özlüyündə Makron hökumətinin xəbis niyyətini ifşa edir - Azərbaycanda hansısa bir saxlanılma və ya qeyri-qanuni həbs faktı qeydə alına bilməz. Hüquqi dövlət olan Azərbaycanda qanunun tələbləri ən yüksək səviyyədə qorunur. Beləliklə, Fransanın bu gülünc iddiası özünüifşadan uzağa getmir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59

