Avropa Komissiyasının nümayəndəsi Orta Dəhlizin potensialından danışıb
16.10.2024 [12:42]
Bu ay Türkmənistanda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Koordinasiya Platformasının açılışı olub. Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıqlar üzrə Baş direktorluğunun müşaviri Henrik Hololey jurnalistlərə müsahibəsində bu hadisənin Avropa və Mərkəzi Asiya arasında nəqliyyat dəhlizinin inkişafına təsirindən danışıb.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Hololey layihənin əhəmiyyətini qeyd edərək bildirib ki, son 16 ay ərzində görülən işlər olduqca diqqətəlayiqdir. O əlavə edib: “Düşünməzdik ki, belə böyük uğurlar əldə olunacaq, çünki hər şey AYİB tərəfindən Trans-Xəzər nəqliyyat dəhlizində darboğazlar və investisiya ehtiyacları ilə bağlı Aİ tərəfindən maliyyələşdirilən araşdırmanın nəşri ilə başlayıb. Bu ilin yanvarında 600-dən çox iştirakçının iştirak etdiyi çox uğurlu investorlar forumunda Mərkəzi Asiya ölkələri də investisiyalarla bağlı təkliflərini irəli sürdülər. Bu tədbirdə beynəlxalq maliyyə institutları və özəl sektor da iştirak edib”.
Avropa Komissiyasının nümayəndəsi əlavə edib ki, Koordinasiya Platformasının işə salınması ilə bağlı tədbirdə təkcə Mərkəzi Asiya ölkələri deyil, dəhlizin keçdiyi Cənubi Qafqaz dövlətləri və Türkiyə də iştirak ediblər. “Artıq praktiki işə başlamışıq, investisiya layihələri üçün konkret prioritetləri müzakirə etmək məqsədilə maliyyə institutlarını, özəl sektoru, üstəlik investisiyaları layihəyə cəlb edirik. Əvvəla, bu, Mərkəzi Asiyanı birləşdirən dəhlizdir, lakin mən deyərdim ki, Çin Cənub-Şərqi Asiyadan Mərkəzi Asiyadan keçərək Cənubi Qafqaz və ya Türkiyə vasitəsilə Avropaya yükdaşımaları həyata keçirəcək. İndi Avropa şirkətləri geosiyasi gərginlik səbəbindən yalnız Orta Dəhlizdən istifadə etmək niyyətindədir”.
Henrik Hololey bildirib ki, beynəlxalq dəniz ticarətinə təsir edən husi üsyançıları səbəbindən Qırmızı dənizə çıxış üzrə çox çətin vəziyyət yaranıb. Bu ticarətin 40 faizi Qırmızı dəniz və Süveyş kanalı vasitəsilə həyata keçirilirdi. İndi böyük beynəlxalq Avropa gəmi şirkətlərinin heç biri Qırmızı dənizdən istifadə etmir, əksinə, Afrikanın qərb sahilindəki Ümid burnundan keçir ki, bu da səyahətə orta hesabla daha 12 gün əlavə edir.
Avropa Komissiyası nümayəndəsinin sözlərinə görə, Trans-Xəzər marşrutu şəraitə uyğunlaşa bilən, sərfəli və əlbəttə ki, dayanıqlı, müasir, effektiv, rəqabətədavamlı, multimodal nəqliyyat dəhlizinə çevrilməlidir. Əsas məqsəd Çin sərhədindən Avropaya malların çatdırılma müddətinin 15 gündən çox olmamasıdır. Eyni zamanda,
həll edilməli olan daha bir məsələ gömrük prosedurları və sərhəd keçidi ilə bağlıdır. Bunun üçün ölkələrin rəqəmsal əsaslarda koordinasiyası zəruridir.
“Araşdırmalar göstərib ki, Orta Dəhlizin tam funksional olması üçün 16,5 milyard avro vəsait lazımdır. Amma bu proses uzun sürə bilər, hərçənd bizim vaxtımız azdır. Bu səbəbdən Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri, habelə Türkiyə ilə birgə qarşılıqlı fəaliyyətimizi gücləndirməliyik. Nəzərə almaq lazımdır ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinin tam faydasını 5-10 ildən sonra daha aydın şəkildə görəcəyik”, -deyə Hololey sözlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45

