Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyənin Malatya vilayətində zəlzələ baş verib

Türkiyənin Malatya vilayətində zəlzələ baş verib

16.10.2024 [13:40]

Oktyabrın 16-da Türkiyənin Malatya vilayətində zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 5,9-a bərabər olub.

AZƏRTAC xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 10:46-da qeydə alınıb. Zəlzələnin episentri Kale bölgəsində, ocağı isə 10,07 kilometr dərinlikdə olub.

Zəlzələ qonşu əyalətlərdə də hiss olunub.

İlkin məlumatlara görə, itki yoxdur.

Malatya rəhbərliyi əyalətdəki bütün təhsil müəssisələrində bir günlük tətil elan edib.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya Malatyada zəlzələ nəticəsində dəymiş ziyanla bağlı vəziyyətin ətraflı təhlil edildiyini açıqlayıb.

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31