Prezident Ərdoğan Türkiyədə səfərdə olan Almaniya Kansleri ilə birgə mətbuata açıqlama verib
19.10.2024 [22:38]
NATO müttəfiqimiz olan Almaniya ilə iki böyük dövlət arasında hər sahədə sıx əlaqələrimiz var. Son dövrdə ölkələrimiz arasındakı yüksək səviyyəli ziyarətlər bunun açıq göstəricisidir. Bu əlaqələrin lokomotivi insan bağlarımız və ortaq maraqlarımızdır. Almaniyada 3,5 milyondan çox insanı əhatə edən bir türk cəmiyyəti yaşayır. Hər il ölkəmizi 6 milyondan çox alman turist ziyarət edir. Təbii ki, biz bu sayın daha da artmasını arzulayırıq. Bugünkü görüşlərimizi bu kimi əhatəli gündəm məsələləri üzərində qurduq. Ölkələrimiz arasındakı əlaqələri bütün ölçüləri ilə geniş şəkildə müzakirə etdik. İki ölkə arasında ticarət həcmi 50 milyard dollara çatıb. Hədəfimiz bu rəqəmi 60 milyard dollara çatdırmaqdır. Bu hədəfi həyata keçirmək üçün səylərimizi artırmışıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Almaniyanın Federal Kansleri Olaf Şolts ilə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında bildirib.
Avropada islamofobiya və irqçiliyin artdığına diqqət çəkən Türkiyə Prezidenti bu məsələnin xaricdə yaşayan soydaşlarını narahat etdiyini vurğulayıb.
Almaniyanın da dövlət təhlükəsizliyinə ciddi təhdidlər yaradan PKK və FETÖ başda olmaqla bütün terror təşkilatları ilə birgə mübarizə istiqamətində razılığa gəldiklərini qeyd edən Ərdoğan bu sahədə atılacaq konkret addımlara dair gözləntilərini Federal Kansler ilə bir daha bölüşdüyünü deyib.
Olaf Şolts Türkiyə Prezidenti ilə görüşdə ikitərəfli, regional və qlobal məsələləri müzakirə etdiklərini bildirərək, regionda baş verən son hadisələrə toxunub.
İsrail ilə Fələstin arasında davam edən münaqişəyə diqqət çəkən Şolts mövcud gərginliyin azaldılması və atəşkəsin bu münaqişənin yayılmasının qarşısını almaq üçün şərt olduğunu bildirib və qarşıdurmada ikidövlətli həllin zəruriliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45

