Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Martinikada qiymətlərin ucuzlaşmasına dair ilkin razılıq əldə edilib

Martinikada qiymətlərin ucuzlaşmasına dair ilkin razılıq əldə edilib

20.10.2024 [10:36]

Fransanın dənizaşırı Martinika departamentində ərzaq qiymətlərinin aşağı salınması ilə bağlı ilkin razılıq əldə edilib.

AZƏRTAC “Le Matin” nəşrinə istinadla xəbər verir ki, Departamentin idarəetmə orqanları ilə aparılan yeddimərhələli danışıqlardan sonra 20 faiz ucuzlaşma ilə bağlı şifahi razılaşma əldə edilib.

Karib Regionu Xalqlarının Müdafiəsi Təşkilatı razılaşmanın hələ ki, rəsmiləşdirilmədiyini bildirib. Buna görə də, qiymətlərin bahalığına görə sentyabrın əvvəllərində başlayan etiraz aksiyaları səngimir.

Statistikaya görə, Martinika departamentində qiymətlər Parislə müqayisədə 40 faiz bahadır. Ümumilikdə metropoliya ilə bütün dənizaşırı departamentlərdə qiymətlər arasında ciddi uçurum mövcuddur.

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31