Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniyada 100-dən çox daşqın xəbərdarlığı edilib

Britaniyada 100-dən çox daşqın xəbərdarlığı edilib

21.10.2024 [14:04]

Böyük Britaniyada Eşli qasırğası bəzi bölgələri təsir altına alıb, nəticədə 100-dən çox daşqın xəbərdarlığı edilib.

AZƏRTAC xəbər verir ki, İngiltərədə, o cümlədən Cənubi Kornuol sahillərində və Severn çayı boyunca yerləşən bir çox bölgələrdə 45 daşqın xəbərdarlığı (daşqının gözlənildiyi yerlər) qüvvədədir. Severn çayı öz məcrasından çıxdığı üçün Uster şəhərini su basıb.

Böyük Britaniyada daşqın riski yüksək olan daha 96 bölgə gecə ərzində yüksək həyəcan vəziyyətində saxlanılıb. Şotlandiyada isə Ətraf Mühit və Daşqın Agentliyi tərəfindən 47 daşqın xəbərdarlığı verilib, Uelsdə isə 8 xəbərdarlıq elan olunub. İrlandiyada on minlərlə ev bazar günü axşam elektrik enerjisiz qalıb. Mövsümün ilk qasırğası gün ərzində 53 minə qədər ev təsərrüfatını elektrik enerjisiz qoyub.

Eşli qasırğası həftəsonu nəqliyyat sistemində də xaosa səbəb olub. Belfast, Edinburq və Qlazqo daxil olmaqla, bir sıra hava limanlarında onlarla uçuş ləğv edilib və ya yönləndirilib. Dəmir yolu şəbəkəsinin bəzi hissələrində dağıntılar və kökündən çıxmış ağaclar ciddoki fəsadlar yaradıb.

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30