Korsikada azadlıq mübarizəsinin yeni mərhələsi
26.10.2024 [10:17]
Dördüncü sənaye inqilabına keçid etdiyimiz XXI əsrin inkişaf səviyyəsi, baxışları və çağırışları müstəmləkəçilik təzahürləri ilə daban-dabana ziddiyyət təşkil edir. Biri müasirlik və gələcəkdir, digəri isə tarixin zibilliyində qalası keçmişdir. Ancaq Fransa müasirliyi, inkişafı simvolizə edən demokratiya, bərabərlik, insan haqları kimi prinsipləri bəyan etsə də, yüzilliklər ərzində öz nəzarətində saxladığı ayrı-ayrı Afrika və dənizaşırı ərazilərdə müstəmləkəçilik siyasətini hələ də ən eybəcər formada davam etdirir. Yelisey Sarayından verilən mesajlardan o qənaət hasil olur ki, rəsmi Paris qeyd olunan ərazilərdə sümürmə siyasətindən əl çəkmək niyyətində deyil ki, bu da ciddi etirazlar doğurur. Fransa müstəmləkəçiliyindən əziyyət çəkən getdikcə daha çox ölkə öz müstəqilliyi uğrunda azadlıq mübarizəsinə qalxır. Təkcə son vaxtlarda Nigerdə, Qabonda, Martinikada, Yeni Kaledoniyada və digər ünvanlarda baş verənlər bunun aydın ifadəsidir.
Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan ölkələr sırasında, həmçinin Korsika da yer alır. Bu ölkədə azadlıq mübarizəsi dönməz prosesə çevrilib. Prezident E. Makron vədlərlə, dilətutmalarla, bunlar nəticə vermədikdə isə sərt təzyiq vasitələri ilə Korsikada etirazları səngitməyə çalışsa da, onun səyləri bir nəticə vermir.
“Fransa Konstitusiyasının bizə rəva bilmədiyini beynəlxalq hüquqda və Birləşmiş Millətlər Təşkilatında axtarmaq niyyətindəyik”. Bu sözləri “Nazione” partiyası adından Petr’Anto Tomasi Ayaççoda keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanatında deyib.
Avropaya demokratiya gətirən ilk ölkələrdən biri
Bu gün Fransa dünyada ən sərt müstəmləkəçilik siyasəti aparan ölkə kimi tanınır. Yelisey Sarayının sümürməçiliyinin, aboroigen xalqların hüquqlarını tapdalamasının, bölücü xətlər çəkməsinin sərhədi yoxdur. Fransanın qatı müstəmləkəçilik siyasəti Korsikada da öz kədərli izlərini buraxıb. Xatırladaq ki, Korsika zamanında Avropaya demokratiya gətirən ilk müstəqil dövlətlərdən biri olub. Müstəqil Korsikanın əsası Paskal Paoli tərəfindən 1755-ci ildə qoyulub. Bu, xalqın uzun illər davam etdirdiyi azadlıq mübarizəsinin nəticəsində mümkün olub.
Əslində, müstəqil Korsika Respublikasının konstitusiyası müasir tipli ilk Avropa konstitusiyası idi. Burada dünya tarixində ilk dəfə qadınlara seçki hüququ tanınırdı. Jan Jak Russo və Volter kimi maarifçi filosofların azadlıq, müstəqillik və demokratiya haqqında fikirlərini özündə ehtiva etdən bu sənəd sonradan avropalıların ilham mənbəyinə çevrilib. Korsika Respublikası qısa müstəqillik tarixində, həmçinin öz hökumətini qurub, dövlət bayrağını və digər atributlarını təsis edib, ordu formalaşdırıb...
İki əsr ərzində boğulan azadlıq mübarizəsi
Lakin bütün bunlar tezliklə keçmiş olub. Belə ki, cəmi 14 il sonra, 1769-cu ildə Fransa adanı işğal altına alaraq Korsikanı özünün müstəmləkəsi elan edib. Bu işğal korsikallılara böyük məhrumiyyətlər gətirib. İki əsrdən çoxdur ki, adada azadlıq mübarizəsi Fransa hökuməti tərəfindən amansızlıqla boğulur, ictimai fəallar uydurma ittihamlar əsasında həbsə alınırlar. Bir qayda olaraq müstəmləkəçiliyə qarşı mübarizə aparan korsikalılılar Fransa həbsxanalarında saxlanılır və burada onlara ən ağır formada işgəncələr verilir.
Təxminən 200 ili əhatə edən müstəmləkəçilik dövründə Fransa Korsikanı öz ənənələrindən və tarixindən uzaqlaşdırmaq siyasəti apararıb. Adanın “fransızlaşdırılması” hazırda da davam etdirilir. Verilən məlumatlara görə, hər il minlərlə Fransa vətəndaşı hökumətin dəstəyi ilə Korsikada daşınmaz əmlak alır ki, bu da adanın demoqrafik vəziyyətini dəyişdirməyə xidmət edir. Yerli əhalinin müstəqilliklə bağlı referendum istəklərinə məhəl qoyulmur, referendum təşkil olunduqda isə nəticələr açıq-aşkar saxtalaşdırılır.
Yelisey Sarayının bəhanələri işə yaramır
Son vaxtlarda müşahidə edilən proseslər onu deməyə əsas verir ki, artıq Korsikada Fransa müstəmləkəçiliyindən qopmaq, geniş status almaq uğrunda təxminən 200 illik azadlıq mübarizəsinin yeni və geriyə dönməz mərhələsi başlayıb. 2022-ci ildə Korsikada 1998-ci ildə bir prefektin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilmiş İvan Kolonnanın həbsxanada öldürülməsindən sonra yeni etirazlar dalğasına start verilib. İvan Kolonna adanın müstəqilliyi uğrunda mübarizənin simvolu kimi qəbul edilirdi. Korsikanın statusu məsələsi daha sonra Fransada ictimai müzakirələrin bir hissəsi oldu. Adada artan gərginliyə və kütləvi anti-hökumət etirazlarına cavab olaraq, Daxili İşlər Naziri Korsikanın statusunun dəyişdirilməsi ilə bağlı danışıqlar aparıldığını elan edib. Amma hökumət hələ də getdikcə kəskinləşən siyasi böhrandan çıxış yolu tapma bilmir. Əslində, mərkəzi hakimiyyətlə korsikalı siyasətçilər arasında adanın gələcəyi ilə bağlı aparılan danışıqlar dalana dirənib. Ortaq məxrəcə gəlinməməsi adanın statusu ilə bağlı ciddi mövqe fərqləri ilə bağlıdır. Korsikanın solçu millətçiləri “Korsika millətinin” tanınmasını, Korsika dilinə rəsmi status verilməsini tələb edirlər. Adanın təhsil, səhiyyə və vergi siyasətinin müstəqil idarə edilməsi də tələblər sırasındadır.
Prezident E.Makron Korsikada sabitliyi təmin etmək və Fransaya etimad yaratmaq üçün son illərdə bir neçə dəfə adaya şəxsən səfərə gedib və parlamentdə çıxış edərək yenə də korsikalıların başının altına yastıq qoymağa çalışıb. Lakin onun “geniş status”baxışları və vədləri ada sakinlərinin istəyindən çox uzaqdır. Fransanın dövlət başçısı Korsikanın millət və dillə bağlı tələblərindən ehtiyat edir və buna görə də manevrlərə əl atır. Ancaq Korsikada müşahidə edilən son proseslər ondan xəbər verir ki, Makronun belə imkanları çox məhduddur. Belə görünür ki, artıq Yelisey Sarayının bəhanələri bir işə yaramır və adanın Fransanın təsir dairəsindən çıxacağı gün uzaqda deyil.
Korsika xalqının gələcəyi və torpaqlarında yaşamaq hüququ üçün həlledici element
P. Tomasi yuxarıda bəhs etdiyimiz bəyanatı Korsika Assambleyası tərəfindən bu adanın özünüidarə etməyən ərazilər siyahısına (müstəmləkəsizləşdiriləcək qeyri-muxtar ərazilər) daxil olunmasını tələb edən vəsatətin araşdırılmasından bir gün əvvəl verib. Bu vəsatət cari ilin yanvarında Korsika Assambleyasının deputatı Jozefa Ciakometti-Piredda tərəfindən irəli sürülüb. O bildirib ki, institusional ardıcıllıq Korsika xalqının gələcəyi və torpaqlarında yaşamaq hüququ üçün həlledici elementdir. Bununla o, vətənpərvərlərin onilliklər boyu davam edən mübarizə ilə ödədikləri ağır nəticələri, hətta Aleria Edmond Simeoninin sözlərini xatırladaraq, özlərini millətin bir hissəsi olduqlarını iddia edən bütün seçilmiş rəsmiləri bu yanaşmaya sahib çıxmağa, Birləşmiş Millətlər Təşkilatı qarşısında tutduğu yolu davam etdirməsinə səs verməklə onu dəstəkləmələrini istəyib.
“Nazione” partiyasına görə, Korsikanın BMT-nin müstəmləkəsizləşdiriləcək qeyri-muxtar ərazilər siyahısına daxil olunmasını hazırda davam edən muxtariyyət prosesi ilə müqayisə etmək əbəsdir.
Jozefa Ciakometti-Pireddanın fikrincə, Korsikanın müstəmləkə olduğunu və beləliklə, dekolonizasiya edilməli olduğunu söyləmək suverenliyə və müstəqilliyə dair qərar vermək hüququ baxımından dövlətlə müzakirə üçün vacib amildir.
Korsika BMT-nin özünüidarə etməyən ərazilər siyahısına daxil olmaq üçün bütün hüquqi və siyasi tələblərə cavab verir. Aralıq dənizində yerləşən Malta da İkinci dünya müharibəsinin sonundan 1964-cü ilədək, yəni, müstəqillik əldə edənə qədər bunu yaşayıb. Birləşmiş Millətlər Təşkilatı “bütün insanlar özünüidarə hüququna malikdir” prinsipini təsbit edib və bu hüquq çərçivəsində onlar öz siyasi statuslarını azad şəkildə müəyyənləşdirir, iqtisadi, sosial və mədəni sahələrdə inkişaflarını sərbəst həyata keçirirlər.
“Nazione” partiyası adanın “müstəmləkəsizləşdiriləcək ərazi” olmasına səs vermək üçün Korsika Assambleyasına çağırış edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

