Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ciorcia Meloni: İtaliya Livanda atəşkəsi dəstəkləmək öhdəliyinə sadiqdir

Ciorcia Meloni: İtaliya Livanda atəşkəsi dəstəkləmək öhdəliyinə sadiqdir

15.12.2024 [17:14]

İtaliyanın Baş naziri Ciorcia Meloni ölkəsinin Livanda atəşkəsi dəstəkləmək öhdəliyinə sadiq olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, Ciorcia Meloni Romada səfərdə olan livanlı həmkarı Nəcib Mikati ilə görüş keçirib.

Ciorcia Meloni BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin oynadığı rolun vacibliyini qeyd edib, hərbçilərin təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini bildirib.

Görüşdə Suriyadakı vəziyyət də müzakirə olunub. İtaliyanın Baş naziri Suriya birliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasının, azlıqların müdafiəsinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31