Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukrayna XİN başçısı Polşanın Aİ Şurasına sədrliyi dövrü üçün gözləntilərini açıqlayıb

Ukrayna XİN başçısı Polşanın Aİ Şurasına sədrliyi dövrü üçün gözləntilərini açıqlayıb

01.01.2025 [23:28]

Polşa növbəti altı ay ərzində Aİ Şurasına sədrlik edəcək. Ukrayna Avrointeqrasiya məsələlərini irəlilətmək üçün əməkdaşlıq gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” səhifəsində yazıb.

Nazir qeyd edib ki, Ukrayna Polşanın liderliyinə, bütövlüyünə və qətiyyətinə arxalanır.

“Biz Ukraynaya hərbi dəstəyi gücləndirmək üçün yeni təşəbbüslər və təcavüzkara qarşı sanksiyaların tətbiq edilməsini gözləyirik”, - deyə Sibiqa əlavə edib.

Xatırladaq ki, Polşadan əvvəl Macarıstan 2024-cü ilin ikinci yarısında Aİ Şurasına sədrlik edib. Polşadan sonra Danimarka Aİ-yə sədrlik edəcək.

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Seçim tələsi

13 Yanvar 15:13

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31