Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Trampa qarşı məhkəmə hökmü yanvarın 10-na təyin olunub

Trampa qarşı məhkəmə hökmü yanvarın 10-na təyin olunub

04.01.2025 [15:49]

Nyu-York Məhkəməsi Donald Trampın vəkillərinin rüşvət işindən imtina edilməsinə dair qaldırdığı vəsadəti rədd edib. AZƏRTAC-ın məlumatına görə, hakim Xuan Merçan Donald Trampa 47-ci prezident kimi andiçmə mərasimindən on gün əvvəl, yanvarın 10-da hökm oxunacağını açıqlayıb.

Hakim əlavə edib ki, Tramp məhkəməyə şəxsən gələ və ya virtual olaraq qoşula bilər. Bildirilib ki, hökmə əsasən o, Trampın həbs olunmasına göstəriş verməyəcək.

Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31