BƏƏ Dünya Hökumətlər Sammitinə ev sahibliyinə hazırlaşır
09.02.2025 [17:46]
Fevralın 11-də Dubayda “Gələcəyin hökumətlərini düşünərkən” devizi altında Dünya Hökumətlər Sammiti işinə başlayacaq.
AZƏRTAC xəbər verir ki, Dünya Hökumətlər Sammiti Fondu tədbirin gündəliyini açıqlayıb.
Sammit dünyanın şahidi olduğu böyük dəyişiklikləri, eləcə də bu dəyişikliklərdən doğan əsas imkan və çağırışları araşdırır, müxtəlif sahələrdə dövlət fəaliyyətini yüksəltmək və dünya hökumətləri arasında əməkdaşlığı gücləndirmək, həmçinin ölkələrin, cəmiyyətlərin inkişafını və rifahını sürətləndirmək üçün ortaq strategiyalar və baxışlar formalaşdırmağa kömək edir.
Bu sammitə dünya miqyasında rekord sayda iştirakçının qatılması gözlənilir. Tədbirdə 30-dan çox ölkə və hökumət başçısı iştirak edəcək, 140 hökumətin, 80-dən çox beynəlxalq və regional təşkilatın təmsilçiləri, eləcə də məşhur beynəlxalq mütəxəssislər və 6000-dən çox iştirakçı bir araya gələcək. Sammitdə dünyanın böyük şirkətlərinin rəhbərləri və təmsilçiləri də iştirak edəcək. İştirakçı şirkətlərdən 40-nın (Alfabet, Tesla, Visa, Orakl, Alibaba, Samsung, IBM, Booking, HP və s.) qlobal bazar qiyməti 6.5 trilyon dollardan çoxdur.
Fevralın 13-dək davam edəcək sammit çərçivəsində 6 əsas mövzu üzrə 21 qlobal forum təşkil ediləcək. Burada 200-dən çox panel iclası və interaktiv sessiya keçiriləcək. 300-dən çox nüfuzlu lider, o cümlədən prezidentlər, nazirlər, ekspertlər və gələcəyin qurucuları bu müzakirələrdə çıxış edərək fikirlərini bölüşəcəklər. Bundan əlavə, 400-dən çox nazirin iştirakı ilə 30-dan çox iclas və dəyirmi masa təşkil olunacaq.
Sammitdə müxtəlif sahələrdə qlobal tendensiyaları araşdırmaq və icra oluna bilən dövlət strategiyalarını təqdim etmək məqsədilə akademik dairələrin və beyin mərkəzlərinin əməkdaşlığı ilə 30 strateji hesabat hazırlanacaq.
Eyni zamanda, nazirlərin dünya miqyasında fikir mübadiləsi aparmalarına şərait yaratmaq üçün ikinci Qlobal Nazirlər Sorğusu təqdim ediləcək. Bu sorğu qlobal məsələlərə dair fikirləri paylaşmağa və əməkdaşlıq yönümlü həllərin təşviqinə yönəlib.
Sammitdə hökumət işlərində innovasiyaları təşviq edən və cəmiyyətlərin inkişafına böyük töhfələr vermək məqsədini güdən qlobal mükafatlar da təqdim ediləcək.
Dünya Hökumətləri Sammiti Fondunun sədri, Nazirlər Kabineti işləri üzrə nazir Məhəmməd bin Abdullah əl-Qarqavi bildirib ki, hazırda müşahidə edilən köklü və sürətli dəyişikliklər yeni imkanlar və çağırışlarla dolu bir dünyanın formalaşacağından xəbər verir. Bu dəyişikliklər fonunda hökumətlər daim zamanla yarışır. Onlar çevikliyini və effektivliyini gücləndirmədən gələcəyə keçid edə bilməzlər. Dünya Hökumətləri Sammiti bu baxımdan qlobal bir platforma kimi, gələcəkdə yaranacaq yeni imkan və çətinlikləri araşdırır, innovativ həllər hazırlayır, qlobal tərəfdaşlıqları gücləndirir və cəmiyyətlərin bundan maksimum faydalana bilməsinə çalışır.
Sammitin hazırlıq günü fevralın 10-da başlanır. Həmin gün ərəb dövlətləri Ümumi Maliyyə Forumunun, Ərəb Gənc Liderlər İclasının, Ərəb Gəncləri Forumunun keçirilməsi planlaşdırılır. Bu çərçivədə iqtisadi inkişaf, iqlim dəyişikliyi, struktur islahatları və vergi sistemlərinin yenidən qurulması mövzularında xüsusi sessiyalar keçiriləcək, gənc nəslin hökumət və qərar qəbulu proseslərində daha fəal iştirakını dəstəkləmək üçün müxtəlif müzakirələr aparacaq.
Fevralın 11-də sammitin ilk rəsmi günündə “Dünyanın ən yaxşı naziri” mükafatı təqdim olunacaq. Həmçinin “Süni intellekt dövründə hökumətlər”, “Gələcəyimiz necə olacaq?” və “Daha sıx birləşmiş bir dünyanı necə qurmaq olar?” və s. mövzularda sessiyalar keçiriləcək.
Sammitin ikinci günü “Texnologiya şirkətləri gələcəyin nüvə enerjisini idarə edəcəkmi?” adlı əsas sessiya keçiriləcək. Həmçinin həmin gün panel iclaslarında turizmdə gözlənilən çağırışlar, səhiyyənin gələcəyi, mədəniyyət diplomatiyası, media, “yumşaq güc”, investisiyalar, demoqrafik vəziyyət, gənc iqtisadiyyatlar mövzuları müzakirə ediləcək.
Sammitin sonuncu, üçüncü günündə müzakirələrdə rəqəmsal texnologiyalar və onların bəşəriyyətin taleyinə təsiri, kənd təsərrüfatı və qida təhlükəsizliyi, enerji sahələrində transformasiyalar, iqlim dəyişikliyi və onunla mübarizə yolları və s. mövzular diqqət mərkəzində olacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 Yanvar 13:20
Dünya
15 Yanvar 12:47
YAP xəbərləri
15 Yanvar 12:38
İqtisadiyyat
15 Yanvar 12:25
Sosial
15 Yanvar 12:25
İqtisadiyyat
15 Yanvar 12:18
Hadisə
15 Yanvar 12:16
İqtisadiyyat
15 Yanvar 12:15
Hərbi
15 Yanvar 11:53
Dünya
15 Yanvar 11:48
Dünya
15 Yanvar 11:48
Sosial
15 Yanvar 11:47
YAP xəbərləri
15 Yanvar 11:40
Sosial
15 Yanvar 11:28
İqtisadiyyat
15 Yanvar 11:13
Siyasət
15 Yanvar 10:58
YAP xəbərləri
15 Yanvar 10:49
İqtisadiyyat
15 Yanvar 10:45
İqtisadiyyat
15 Yanvar 10:36
Analitik
15 Yanvar 10:12
Siyasət
15 Yanvar 09:55
Analitik
15 Yanvar 09:33
Analitik
15 Yanvar 09:15
Ədəbiyyat
15 Yanvar 08:51
Sosial
15 Yanvar 08:33
Gündəm
15 Yanvar 08:10
Dünya
15 Yanvar 07:47
İqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57

