Makron Avropanı məhvə sürükləyir
05.03.2025 [08:51]
ABŞ-ın Qərb koalisiyasının təhlükəsizliyinin təminatında oynadığı rol öz mahiyyətini dəyişir. Belə ki, Münhendə keçirilən son təhlükəsizlik konfransında çıxış edən ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bəyan edib ki, “köhnə qitə” öz təhlükəsizlik arxitekturasını qurmalıdır və daha ABŞ-a arxayın olmamalıdır. Bu nöqteyi-nəzərdən Aİ-də son zamanlar ABŞ-ın nəzarətindən kənar hərbi-müdafiə gücünün formalaşdırılması ilə bağlı müxtəlif versiyalar irəli sürülür.
Fransa bu versiyanı ortaya atıb
Makron Avropanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə ölkənin nüvə çəkindirmək qabiliyyətinin Avropa ölkələri ilə bölüşülməsi təklifini irəli sürüb. Qərb KİV-lərinin məlumatında qeyd olunur ki, Fransanın dövlət rəhbəri Avropanın “daha böyük muxtariyyətə” doğru irəliləməsi üçün müdafiə və nüvə çəkindiriciliyi məsələləri ilə bağlı geniş müzakirələr təşkil etmək niyyətindədir.
Qeyd edək ki, Fransa Avropa İttifaqında nüvə silahına sahib olan yeganə ölkədir - Paris hazırda təxminən 290-300 nüvə başlığına malikdir. Fransa öz nüvə silahlarını həm hərbi təyyarələr, həm də sualtı qayıqlar vasitəsilə digər regionlara daşıya bilər.
Makronun komandasına yaxın olan ekspertlər bəyan edirlər ki, ölkə prezidentinin belə bir təklif irəli sürməkdə məqsədi Avropanın müdafiə qabiliyyətini artırmaq və qitənin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Fransanın müdafiə naziri Sebastyan Lekornu da Makronun mövqeyini dəstəkləyib, ancaq nüvə silahının daşınması ilə bağlı hər hansı addımın yalnız prezidentin qərarından asılı olduğunu da bildirib. Makronun bu təklifi həm ölkənin daxilində, həm də Avropanın siyasi ictimaiyyətində ciddi reaksiyaya səbəb olub. Fransanın müxalifət lideri Marin Le Pen nüvə silahının milli suverenliyin əsas elementi olduğunu əsas gətirərək bu silahın paylaşılmasının və ya ötürülməsinin yolverilməz olduğunu vurğulayıb.
Avropaya gəlincə, Aİ-nin bəzi üzv ölkələri Makronun təklifini Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. Digərləri isə nüvə silahının paylaşılmasının Avropanın təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyini düşünərək ehtiyatla yanaşıblar.
Əsas hədəf Avropada hərbi-siyasi güc mərkəzi olmaqdır?
Bir çox ekspertlər Makronun təklifi ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Bəziləri iddia edir ki, Makronun bu təklifinin arxasında geosiyasi ambissiyalar dayanır. Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Makron bu məsələdə öz siyasi maraqlarını güdür: “Bu məsələ yeni deyil. Bu məsələ 2020 və 2022-ci illərdə də gündəmə gəlmişdi. Prezident Makronun bu təklifi Avropanın ümumi təhlükəsizliyini Fransanın çətiri altına almaq və Avropa regionunda ABŞ-ın dayaqlarını zəiflətməkdir. İstər regional, istərsə də beynəlxalq səviyyədə yenidən xüsusi güc mərkəzinə çevrilmək Fransa xarici siyasətinin prioritetlərindən biridir. Hesab edirəm ki, Tramp administrasiyasının Aİ-ni Rusiya-Ukrayna müzakirəsinin nizamlanması üzrə danışıqlar prosesindən kənarlaşdırmağa çalışması və Avropanın təhlükəsizliyinə biganə yanaşması Fransanın bu istiqamətdə öz ambissiyalarını həyata keçirməsinə yol açır. Təbii ki, bu günə kimi Avropanın hərbi-müdafiə və hərbi-təhlükəsizliyinin təmin olunmasında ABŞ çox əhəmiyyətli rol oynayıb. Bu, danılmaz faktdır. Amma hazırki proseslər fonunda, yəni ABŞ-ın bundan sonra Avropanın təhlükəsizliyinə cavabdeh olmayacağı ilə bağlı mövqe sərgiləməsi Avropada ciddi narahatlıq doğurub. Fransa da bu şəraitdən istifadə edib Vaşinqtonun funksiyasını öz üzərinə götürmək niyyətindədir”. Politoloq, həmçinin bu təklifi Rusiyanı Avropaya hücumdan çəkindirmək addımı kimi də qiymətləndirib: “Ancaq bunun nə qədər çəkindirici rol oynayacağı sual altındadır. Fransanın təxmini 300-ə yaxın nüvə başlığı var. Bu, Rusiya və ABŞ ilə müqayisədə kifayət qədər aşağıdır”. A.Nərimanlı bir məqamı da əlavə edib ki, Makronun təklifi ABŞ-a ünvanlanan mesaj kimi də xarakterizə oluna bilər: “Paris bununla demək istəyir ki, Avropa İttifaqı ABŞ-ın təhlükəsizlik çətirindən imtina edə bilər. ABŞ Avropaya artıq lazım deyil. Amma ABŞ-dan imtina etmək o qədər də asan olmayacaq və bu, ciddi nəticələrə gətirib çıxarar”.
Makronun planı baş tutmayacaq
Hərbi ekspert Ramin Məmmədli isə bildirib ki, Qərbi Avropa ölkələri Fransa ilə bu istiqamətdə ortaq məxrəcə gələ bilməyəcəklər: “Avropada elə ölkələr var ki, onlar ABŞ ilə hərbi-təhlükəsizlik sahəsində əməkdaşlıq etməkdə maraqlıdırlar. Bəzi Avropa ölkələri isə Rusiya ilə normal münasibətləri var və Ukraynada müharibə bitdikdən sonra Moskva ilə əlaqələri genişləndirmək niyyətindədirlər. Bu baxımdan Fransanın Avropaya hakim olmaq iddiası o qədər də uğurlu olmayacaq”.
Bir qrup ekspertin fikrincə, Makronun təşəbbüsləri Avropanın təhlükəsizliyinə deyil, regionda qeyri-sabitliyin yaranmasına xidmət edir. Onlar belə qənaətə gəliblər ki, Makronun təklifinin arxasında duran əsas məqsəd Avropada gələcək təhlükələrin məsuliyyətini öz ölkəsinin boynundan atmaq və region ölkələrini özünün təhlükəli oyunlarının ortağına çevirməkdir. Bu baxımdan nüvə silahından istifadənin paylanması Avropanı nüvə müharibəsi təhlükəsi ilə üz-üzə qoya bilər. Nəinki Almaniya və Britaniyanın ekspertləri, hətta Fransanın hərbi ekspertləri Makronun təklifini irrasional və qeyri-peşəkar hesab edirlər. Məhz buna görə də Aİ-nin bir çox üzv ölkələri Parisin yanaşmasına müsbət baxmırlar.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 23:46

İqtisadiyyat
27 Mart 22:31

Dünya
27 Mart 21:20

Sosial
27 Mart 20:38

Dünya
27 Mart 19:34

Sosial
27 Mart 19:04

Dünya
27 Mart 18:31

Dünya
27 Mart 17:28

Dünya
27 Mart 16:47

Gündəm
27 Mart 15:46

Elm
27 Mart 15:26

Gündəm
27 Mart 14:38

Dünya
27 Mart 14:38

Dünya
27 Mart 13:45

Dünya
27 Mart 12:54

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41
