Azərbaycan və Qazaxıstan rəqəmsal Orta Dəhliz formalaşdırır
17.10.2026 [11:59]
İlham Əliyev: Biz qlobal layihəyə start verdik
Oktyabrın 15-də Prezident İlham Əliyev və Kasım-Jomart Tokayevin iştirakı ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışı olub. Qazaxıstanın dövlət başçısı vurğulayıb ki, bu hadisə beynəlxalq səviyyədə əks-səda doğuracaq çox vacib layihədir. Ən əsası odur ki, yeni dəhliz növüdür. “Bu, həqiqətən də sadəcə nəqliyyat dəhlizi deyil, müasir dövrə, rəqəmsallaşma dövrünə uyğun yenilikdir və tamamilə yeni əməkdaşlıq növüdür. Bu, rəqəmsal formatda Orta Dəhlizdir”.
Prezident İlham Əliyev isə qeyd edib ki, bu hadisə Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində daha bir addımdır. “Bu, əməkdaşlığın gücləndirilməsi işinə növbəti töhfədir. Çünki bu kabeldən Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafiyanın ölkələri istifadə edəcək”.
Qeyd edək ki, açılışı mərasimində dövlət başçılarının iştirakı ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı üzrə əməkdaşlıq haqqında imzalanmış Saziş mübadilə edilib.
Transxəzər Fiber-Optik Kabel Xətti Şərq və Qərb arasında körpüyə çevriləcək
Transxəzər Fiber-Optik Kabel Xətti adlanan layihəni 2018-ci ildə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkəti irəli sürüb. 19 mart 2019-cu ildə “Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında Azərbaycanın və Qazaxıstanın rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası saziş imzalanıb və daha sonra hər iki ölkə rəhbərliyi tərəfindən təsdiq edilib və işlər nəzərdə tutulan qrafik üzrə həyata keçirilib.
Region üçün strateji əhəmiyyət daşıyan Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi Sumqayıt və Aktau şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda kabel infrastrukturunu əhatə edir. Kabel xətti saniyədə 400 terabitdən çox ötürücülük qabiliyyətinə malikdir. Xəttin istismara buraxılması ilə Orta Dəhlizin təkcə nəqliyyat deyil, həm də rəqəmsal baxımdan strateji əhəmiyyəti artacaq. Yeni marşrut Çin və Mərkəzi Asiyadan məlumatların Azərbaycan, Qazaxıstan və Gürcüstan, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək. Bu, beynəlxalq məlumat mübadiləsi imkanlarını genişləndirəcək və rəqəmsal kommunikasiyaların dayanıqlılığını artıracaq. Eyni zamanda, Azərbaycan və Qazaxıstan strateji rəqəmsal infrastruktur və xidmətlərin tədarükçülərinə çevrilir.
Yeni xətt investisiyaların cəlb edilməsi, süni intellekt üçün məlumatların emalı mərkəzlərinin, bulud xidmətlərinin və hesablama gücünün inkişafına əlavə şərait yaradır. Bu, böyük əlavə dəyərə malik yeni yüksəktexnologiyalı sahələrin və xidmətlərin inkişafı üçün perspektivlər açır. Növbəti mərhələdə rəqəmsal infrastrukturun inkişafına töhfə verəcək və data mərkəzlərinin, eləcə də beynəlxalq “Big Tech” şirkətlərinin cəlb olunması nəzərdə tutulur. Bu isə nəhəng rəqəmsal infrastruktur şəbəkəsi olmaqla, məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edəcək, ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.
Yeraltı peyk rəqabəti
Hazırda süni intellektin iqtisadi sektorun və tranzitin əsas seqmentlərindən birinə çevrilməsi yerüstü rabitə xətləri ilə yanaşı, sualtı rəqəmsal tranzitin qurulmasını da aktuallaşdırıb. Hazırda dünya üzrə internet rabitəsinin 99 faizi məhz yerüstü və sualtı kabellər vasitəsilə verilir. İnternetin peyk üzərindən, yəni yerüstü kabellə verilməsi xidmətindən isə az istifadə olunur. Çünki peykdən məlumat ötürülməsi gecikmə ilə müşayiət olunur və iri həcmli məlumatların verilməsində çətinlik yaranır. Peyk üzərindən bağlantı internet rabitəsinin qurulmasının coğrafi cəhətdən çətin olduğu və mümkün olmadığı ərazilər üçün əvəzedilməz xidmətdir. Sualtı (okean və dənizaltı) magistral kabellər isə indiki şəraitdə daha dayanıqlı və əlverişlidir.
Hazırda dünyada ən müxtəlif dövlətlər və şirkətlər tərəfindən çəkilən sualtı kabel xətlərinin sayı artır, internetə olan tələbat iri internet operatorları və kontent provayderlərini qitələr arasında uzunluğu minlərlə kilometr olan infrastruktur şəbəkəsi yaratmağa sövq edir. Məsələn, “Google” şirkətinin sahibi olduğu “Curie” kabel xəttinin uzunluğu 10 min 476 km-dir. Kabel xətti ABŞ-ın Los-Anceles şəhərindən Panamanın Bilbao şəhəri və Çilinin Valparaiso şəhərləri arasında çəkilib. Məlumat ötürmə gücü 72 terabit/s.dır. “Facebook”, “Microsoft” və “Telxius” şirkətlərinin birgə sahib olduqları və 2018-ci ildə istismara verilmiş 6605 km uzunluğunda olan “MAREA” kabeli isə ABŞ-ın Virciniya sahilindən İspaniyanın Bilbao şəhərinə qədər uzanır. Məlumat ötürmə gücü 160 terabit/s təşkil edir. “Amazon”, “Facebook”, “NTT Communications”, “PLDT”, “PCCW Global” və “SoftBank” şirkətlərinin birgə sahibi olduqları “JUPITER” magistral kabelinin uzunluğu 14 min 557 km, məlumat ötürmə gücü isə 60 terabit/s təşkil edir. Həmçinin ölkələri birləşdirən qısa kabel xətləri də var. Məsələn, 2012-ci ildə istismara verilmiş, 131 km uzunluğunda olan “Celtix-Connect-1” dənizaltı kabel xətti Böyük Britaniya ilə İrlandiyanı birləşdirir.
Kabel xəttinin TRIPP təşəbbüsünə qoşulması gözlənilir
Azərbaycanla Orta Asiya ölkələri arasında Transxəzər Fiber Optik kabellərinin inteqrasiyası nəzərdə tutulur. Kabel xəttinə qoşulma məsələsi üzrə Türkmənistan və regionun digər dövlətləri ilə danışıqlar aparılır. Digər razılaşmalar əldə edildikdən sonra regionda nəhəng rəqəmsal infrastruktur qurulacaq. Bu isə Xəzərin Şərq və Qərb sahillərində yerləşən dövlətləri deyil, ümumilikdə Avropa ilə Asiyanı Azərbaycan vasitəsilə birləşdirəcək və tarixi İpək Yolunun üzərində “Rəqəmsal İpək Yolu”nu formalaşdıracaq. Bu, Azərbaycanın regionun rəqəmsal mərkəzinə (Digital Hub) çevrilməsinə şərait yaradacaq.
Transxəzər Fiber Optik Kabel Xətti layihəsinin Orta Dəhliz təşəbbüsünə və “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) təşəbbüsünə daxil edilməsi də müzakirə olunur. Layihənin reallaşmasında maraqlı tərəf olan beynəlxalq şirkətlər qrupu “NEQSOL Holding”in nümayəndəsi Kirill Rubinski bildirib ki, birgə layihələrin inkişaf perspektivləri böyükdür və beynəlxalq telekommunikasiya şirkətləri bu təşəbbüsü dəstəkləyir. Belə ki, şirkətin rəhbərliyi regionda marşrutlarının genişləndirilməsini və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edərkən fibermarşrutun Orta Dəhlizə inteqrasiyasının vacibliyinə toxunublar.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Mədəniyyət
16 Oktyabr 10:04
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
16 Oktyabr 01:20
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06

