Azərbaycanın yenilməz gücü - milli birlik!
16.10.2026 [09:30]
Bu gün dünyadakı kataklizmlər, alovlanan müharibələr, vətəndaş qarşıdurmaları, iğtişaşlar fonunda Azərbaycanın sabitlik və inkişaf adası kimi fərqlənməsi bir möcüzə təsiri bağışlayır. Necə ola bilər ki, qlobal miqyasda siyasi, iqtisadi, sosial zəmində təlatümlər yaşandığı bir şəraitdə respublikamızda həyat normal axarı ilə davam edir?
Burada əlbəttə ki, müxtəlif faktorlar sadalamaq mümkündür. Əsas amillərdən biri kimi isə cəmiyyətimizin monolitliyini qeyd edə bilərik. İqtidar xalq həmrəyliyi, milli birlik dövlətlərin gücünü artıran mühüm faktor qismində çıxış edir. Azərbaycan qısa müstəqillik tarixində müxtəlif mərhələlərdən keçib və bir sıra çətin sınaqlarla üzləşib. Otuz illik işğal, xarici güclərin ssenariləri əsasında qurulan dövlət çevrilişi planları, müstəqilliyimizə yönələn təhdidlər və s. bu sırada yer alır. Lakin çətinliklər qarşısında iradəmizi itirməmişik, bir xalq olaraq ümummilli ideyalar ətrafında birləşərək sınaqlardan keçməyi, Vətənimizi, suverenliyimizi, dövlətçiliyimizi qorumağı bacarmışıq. Bəli, haradakı milli maraqlar var, orada xalqın iradəsi ortadadır. Bu isə Azərbaycanı yenilməz və güclü edir!
Kövrək müstəqilliyimizin xilas edilməsi - xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gəlməsini istədi
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində hələ çox kövrək olan müstəqilliyimizin məhz xalqın iradəsi ilə xilas edilməsi yeni tariximizdə Azərbaycan cəmiyyətinin milli ideyaya sadiqliyinin və monolitliyinin ilk təsdiqi və möhtəşəm qələbəsi idi. Xatırlayaq. Həmin dövrdə XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyin itirilməsi tam real idi. Bir tərəfdən elan olunmamış müharibə, Ermənistanın havadarlarının dəstəyi ilə respublikamıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, ərazi itkiləri, digər tərəfdən isə daxildə böyüyən problemlər. AXC-”Müsavat” iqtidarının səriştəsiz rəhbərliyi Azərbaycanı çıxılmaz duruma salmışdı. Ölkə “olum, ya qalım” dilemması ilə üz-üzə idi.
Müxtəlif qüvvələr Azərbaycanı fərqli istiqamətlərə çəkmək istəyirdilər. Belə son dərəcə ziddiyyətli durumda əsas məsələ müstəqilliyin və Vətənin qorunması idi. Cəmiyyətimiz məhz bu çağırışla ayağa qalxdı. O dövrdə, necə deyərlər, meydan sulayan “liderlər” tamam nüfuzdan düşmüşdülər. Xalq müdriklik, inam və yekdil iradə otaya qoymaqla üzünü böyük siyasətçi Heydər Əliyevə tutaraq Onun Azərbaycanın rəhbərliyinə gəlməsini təkidlə tələb etdi. Məhz xalqın iradəsi və təkidi ilə Heydər Əliyevin Azərbaycanın idarəçilik sükanının arxasına keçməsi müstəqilliyimizi xilas etdi. Bu, Liderin dahiliyi və xalqın iradəsi, milli birliyi ilə yazılan qurtuluş tarixidir. Bu birlik sonrakı illərdə də dövlətçiliyimizə və müstəqilliyimizə xaincəsinə edilən qəsd cəhdlərinin qarşısında keçilməz sipərə çevrildi.
Vətən müharibəsinin simvollarından biri - xalqın səfərbərliyi və həmrəyliyi
Vətən müharibəsi kimi səciyyələndirilən İkinci Qarabağ müharibəsi son 200 illik tariximizin ən şanlı səhifəsidir. Azərbaycan həmin müharibədə cəmi 44 gün ərzində düşməni tam kapitulyasiyaya məruz qoymaqla ərazi bütövlüyünün bərpasına hərbi-siyasi yolla nail oldu. Bu Qələbə həmçinin ölkəmizdə üç il sonra separatizmin kökünün kəsilməsinə və suverenliyimizin bərpasına da yol açdı. Möhtəşəm Zəfərin əldə olunmasında, heç şübhəsiz ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradə və uzaqgörənlik nümayiş etdirməklə güclü ordu quruculuğuna nail olması, ardıcıl diplomatik səylər göstərməsi və düzgün zamanlama aparması həlledici rol oynadı. Tarixdə əbədi qalacaq Qələbənin əsas memarı İlham Əliyevdir!
Eyni zamanda, çox doğru olaraq Azərbaycan cəmiyyətinin səfərbərliyi və həmrəyiyi Vətən müharibəsinin simvollarından biri kimi dəyərləndirilir. Müharibə ölüm-itim, qan-qada, göz yaşları, nisgil, ana fəryadı, talelərin pozulması, puça çıxan ümidlər deməkdir. Ancaq təzada bir baxın. Altı il bundan əvvəl sübh tezdən gələn müharibə xəbərini eşidən hər bir azərbaycanlı göz yaşlarını saxlaya bilməyərək “o gün gəldi, nəhayət, başladı” deyə öz-özünə pıçıldadı. Bu, ümummilli bir əhval-ruhiyyə idi. Əlinə silah alıb döyüşlərə gedəcək gənc də, oğlunu cəbhəyə yola salacaq ana-ata da, barmağında nişan üzüyü daşıyan, sevgi həsrəti çəkəcək qızlar da eyni hissləri keçirirdilər. Yaşanacaq fəsadlara, ağrı-acılara rəğmən, cəmiyyətimizin müharibə ovqatına köklənməsi isə təsadüfi deyildi. Bu, qəfil başlayan yox, gözlənilən bir müharibə idi. Hər bir azərbaycanlı otuz il idi ki, düşmən tapdağında qalan torpaqların nisgilini qəlbinin başında daşımışdı, Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Ağdam xəyalları bir an da olsun bizləri tərk etməmişdi. Qanadlanan ruhumuz daim o yerlərdə gəzib dolaşırdı. Buna görə də müharibənin başlaması xəbəri heç kəsi sarsıtmadı, əksinə bizləri cəsarətləndirdi, hər birimizi daxilən ön xəttə , Ordumuza yardıma səfərbər etdi. Bu, bütövlükdə Azərbaycan cəmiyyətinin yüksək vətənpərvərliyinin bariz ifadəsi idi.
Müharibənin ilk günündən Azərbaycan xalqı Prezidentə, Ordumuza güclü dəstək nümayiş etdirdi. Sentyabrın 27-də xarici ölkələrdə yaşayan azərbaycanlılar bəyanat yayıblar. Qeyri-hökumət təşkilatlarınin qəbul etdikləri müraciətdə vətəndaş cəmiyyəti təsisatlarının təmsilçiləri Ali Baş Komandanımızın və Ordumuzun yanında olduqlarını bildiriblər. Eyni zamanda, 500-dən çox QHT beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Həmin gün Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar. Beləliklə, düzgün strategiya, Ordunun gücü və xalqın həmrəyliyi böyük Qələbəni təmin etdi.
Cəmiyyətin idarə olunan “hicab təxribatı”na həssas yanaşması
Son günlərdə daha bir təxribat cəhdi ilə üzləşmişik. Azərbaycanın uğurlarını sinirə bilməyən, ölkəmizə qarşı düşmənçilik etmək üçün fürsət gözləyən qüvvələr - təəssüf ki, belələri sırasında yaxın qonşu dövlətlərin ayrı-ayrı dairələri də yer alırlar - yenidən fəallaşıblar. Söhbət idarə olunan “hicab təxribatı”ndan gedir.
Məlumat üçün bildirək ki, hicab məsələsi hökumətin müvafiq qərarlarının icrasına başlanılması fonunda gündəmə gətirilib. Nazirlər Kabinetinin sentyabrın 21-də və oktyabrın 6-da qəbul etdiyi qərarlar ölkəmizdə təhsilalanların və təhsilverənlərin vahid geyim formalarını müəyyənləşdirir. Bu qərarların verilməsində məqsəd məktəblərdə təhsil mühitini daha da optimallaşdırmaq, şagirdlər arasında sosial bərabərliyi təmin etmək, nizam-intizamı möhkəmlətməkdir. Yəni müxtəlif sosial təbəqələri təmsil edən şagirdlər məktəbə gedərkən geyim, bəzək əşyaları taxmaq seçimi qarşısında qalmırlar. Onlar ümumi qaydalara riayət eməyin zəruri olduğunu hələ məktəb yaşlarından anlamağa başlayırlar ki, bu da gələcək həyat üçün çox vacibdir. Eyni zamanda, müəllimlər üçün də tələblər müəyyənləşdirilib. Onların geyimi pedaqoji fəaliyyətə adekvat olmalıdır. Burada söhbət ölkəmizdə hicaba hansısa bir qadağa qoyulmasından yox, məktəblərdə vahid geyim formasına keçid edilməsindən gedir. Azərbaycana düşmən mövqeyində dayanan qüvvələr isə bəhs olunan qərarlara əsasən müəllimlərin və şagirdlərin fərqli geyimlərdə məktəblərə buraxilmamasını ajiotaj mövzusuna çevirməyə çalışaraq dövlətimizə çamur atırlar. Onlar öz düşüncələrində hicab məsələsində “zəif həlqə” tapmaqla Azərbaycanda inanclı kəsimin hüquqlarının pozulduğunu iddia edirlər. Sual olunur: Niyə yalnız hicab mövzusu qabardılır? Axı qanunlar ayrı-seçkiçiliyi istisna edir. Yəni digər dinlərin də təmsilçilərindən məktəblərə vahid geyim formasında gəlmək tələb olunur.
Düşmənlərimizin oxu bu dəfə də daşlara dəyərək çilik-çilik olmaqdadır. Elə ilk gündən Azərbaycan cəmiyyəti kənar qüvvələrin süni şəkildə qızışdırdıqları “hicab təxribatı”na həssas yanaşma ortaya qoydu. Bu günlərdə tanınmış ictimai-siyasi xadimlər, veteranlar, elm adamları, dini qurumların və vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri ard-arda bəyanatlar yayaraq ölkəmizdə dini zəmində hansısa bir ayrı-seçkiçilik olmadığını və hökumətin məlum qərarlarını dəstəklədiklərini bildirirlər. Eyni zamanda, xüsusilə də gənc nəslin nümayəndələri sosial şəbəkələrdə çoxlu sayda paylaşımlar edərək dünyəvi təhsillə din məsələsini süni şəkildə qarşı-qarşıya qoyulmasının əleyhinə olduqlarını vurğulayırlar. Bu, bütövlükdə Azərbaycan xalqının vətəndaş mövqeyidir. Xalqımız öz etiqadı ilə qürur duymaqla, İslam dininə dərin hörmət bəsləməklə yanaşı, dövlətçiliyin təməl prinsiplərinin qorunmasında da qətiyyət və milli birlik nümayiş etdirir. Azərbaycan cəmiyyəti təhsilə böyük önəm verən cəmiyyətdir. Çünki təhsil xalqımız, ölkəmiz üçün gələcəyə açılan qapılardır. Hesab edirik ki, xalqımızın hicab məsələsinə həssas yanaşması, yekdil mövqe sərgiləməsi şər qüvvələrə qarşı ən güclü silahdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
15 Oktyabr 20:16
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46

