Azərbaycan-Laos tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur
15.10.2026 [16:18]
Ölkəmiz müstəqil və çoxvektorlu xarici siyasət kursu həyata keçirərək dünyanın müxtəlif regionları, xüsusilə Asiya qitəsinin ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrini ardıcıl şəkildə genişləndirir. Bu xəttin tərkib hissəsi kimi Azərbaycan ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər qarşılıqlı hörmət, suverenliyə riayət və beynəlxalq platformalarda faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuşdur. İki dövlət BMT və Qoşulmama Hərəkatı daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyir, siyasi dialoqun, ticarət-iqtisadi tərəfdaşlığın və humanitar sahədə təcrübə mübadiləsinin inkişafına böyük önəm verirlər. Məhz bu dostluq və tərəfdaşlıq münasibətlərinin məntiqi davamı olaraq oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkə rəhbəri bu rəsmi səfərin ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasında mühüm rol oynadığını diqqətə çatdıraraq, qəbul edilən Birgə Bəyanatın gələcək birgə fəaliyyət üçün aydın yol xəritəsi olduğunu vurğulayıb. Prezident İlham Əliyev həm məhdud, həm də geniş tərkibdə aparılan danışıqlarda strateji məsələlərin nəzərdən keçirildiyini və görüləcək konkret işlərin razılaşdırıldığını qeyd edib. Bütün bunlar tərəflərin mövcud tərəfdaşlığı real və nəticəyönümlü müstəviyə keçirmək əzmində olduğunu aydın şəkildə nümayiş etdirir.
İki ölkə arasında diplomatik əlaqələrin 30 ildən artıq tarixi var. Dövlət başçısı qeyd edib ki, geridə qalan illər ərzində Azərbaycan və Laos qlobal platformalarda hər zaman qarşılıqlı dəstək və həmrəylik sərgiləyiblər. Qanunverici hakimiyyətlər arası təmaslar, dostluq qruplarının fəal işi və hakim siyasi partiyalar arasında qurulan dialoq da ikitərəfli tərəfdaşlığın əsas sütunları sırasındadır.
Görüşdə iqtisadi münasibətlərin mövcud potensialı tam əks etdirmədiyi diqqətə çatdırılıb. Ticarət dövriyyəsinin həcmini yüksəltmək, investisiya əlaqələrini şaxələndirmək və reallaşdırılması mümkün olan konkret layihələrə imza atmaq üçün geniş imkanların olduğu bildirilib. Bu baxımdan, Bakıda təşkili planlaşdırılan Laos-Azərbaycan biznes-forumu tərəfdaşlığın inkişafına mühüm təkan verəcək platforma kimi qiymətləndirilir. Dövlət başçısı Laos tərəfindən Azərbaycan sərmayədarlarına konkret layihə təklifləri təqdim olunacağı təqdirdə, onların böyük maraqla dəyərləndiriləcəyini vurğulayıb.
Tərəfdaşlığın önəmli sahələrindən birini də təhsil sektoru təşkil edir. Keçmiş sovet illərində iki mindən artıq laoslu gəncin Azərbaycanda ali təhsil aldığını xatırladan ölkə rəhbəri bu zəngin ənənənin yenidən canlandırılmasını təklif edib. Bu məqsədlə xüsusi təqaüd proqramının və mexanizminin formalaşdırılması da planlaşdırılır.
Bəyanatda həmçinin mina təhlükəsi ilə mübarizə, nəqliyyat və logistika, energetika, mədənçilik, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları geniş müzakirə olunub. Hər iki ölkə üçün ciddi problem olan mina təhlükəsizliyi istiqamətində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, qabaqcıl texnologiyaların cəlb edilməsi və zəruri təlimlərin təşkili vacib bilinib. Bundan əlavə, nəqliyyat sektorunda gerçəkləşdirilən təşəbbüslərin gələcəkdə yükdaşıma həcminin daha da artmasına real zəmin yaradacağı diqqətə çatdırılıb.
Bu bəyanat Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlərin strateji inkişaf istiqamətlərini aydın şəkildə müəyyən edir. İki ölkə arasındakı əməkdaşlıq xətti yalnız siyasi dialoqun intensivləşdirilməsini deyil, həmçinin konkret iqtisadi layihələrin, təhsil sahəsindəki təşəbbüslərin və qarşılıqlı maraq kəsb edən digər tərəfdaşlıq mexanizmlərinin reallaşdırılmasını əhatə edir. Bütün bu amillər Azərbaycan-Laos münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və qarşılıqlı faydalı tərəfdaşlığın daha da möhkəmlənəcəyini şərtləndirir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30
Gündəm
14 Oktyabr 12:25
MEDİA
14 Oktyabr 12:19
YAP xəbərləri
14 Oktyabr 12:00
İqtisadiyyat
14 Oktyabr 11:49
YAP xəbərləri
14 Oktyabr 11:37
YAP xəbərləri
14 Oktyabr 11:32
Siyasət
14 Oktyabr 11:26
Siyasət
14 Oktyabr 11:25
Gündəm
14 Oktyabr 11:19

