Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29,3 milyard manatı ötüb
14.10.2026 [11:49]
Büdcədə 4 milyard manata yaxın profisit yaranıb
2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 29 milyard 312,1 milyon manat təşkil edib ki, bu da proqnozu 787,7 milyon manat və ya 2.8 faiz üstələyib. Dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 169,7 milyon manat və ya 0.6 faiz çoxdur. Büdcədə fiskal yığımların əsas mənbəyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə daxilolamlar olub. Vergi orqanları dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi ödənişini təmin edib ki, bu da proqnoza nisbətən 913,4 milyon manat çoxdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz artıb.
Büdcənin fiskal yığımlarında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10 milyard 332,6 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 292,6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 1 milyard 159,3 milyon manat və ya 12,6 faiz artıb.
Yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri isə 25 milyard 348,2 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 680 milyon manat və ya 2.8 faiz çoxdur.
Ötən 9 ayda icmal büdcənin gəlirləri 36 milyard 730,8 milyon manat, xərcləri isə 30 milyard 089,9 milyon manat məbləğində icra edilib.
Xəzinədarlıq orqanları tərəfindən 984 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Yenilənmiş büdcə göstəriciləri
Büdcə göstəriciləri ölkədə maliyyə-fiskal siyasətin uğurlu nəticələrini göstərir. İlin əvvəlindən müşahidə edilən bu müsbət meyilləri nəzərə alan Maliyyə Nazirliyi bir neçə gün əvvəl 2026-cı il üzrə yenilənmiş makroiqtisadi proqnozları açıqlayıb ki, yeni ssenarilər fonunda dövlət büdcəsinin gəlirlərində ilin əvvəlində tərtib edilən proqnozlarla nisbətdə daha çox artım gözlənilir. Yeni gözləntilərə əsasən, 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365 milyon manat təşkil edəcəyi gözlənilir. Büdcə gəlirlərinin 43,4 faizi və ya 17 milyard 85 milyon manatı neft-qaz sektorunun, 56,6 faizi və ya 22 milyard 280 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. İlin əvvəlində təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərdə 650 milyon manat və 4 faiz, qeyri-neft-qaz sektoru üzrə gəlirlərdə isə 106 milyon manat və ya 0,5 faiz artım gözlənilir. Dövlət büdcəsinin gözlənilən gəlirlərinin 17 milyard 760 milyon manatı və ya 45,1 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 762 milyon manatı və ya 17,2 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 12 milyard 835 milyon manatı və ya 32,6 faizi Dövlət Neft Fondundan transfertin, 1 milyard 21 milyon manatı və ya 2,6 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin, 987 milyon manatı və ya 2,5 faizi sair gəlirlərin payına düşəcək. Vergi və rüsumlar üzrə daxilolmaların məbləği cəmi 17 milyard 760 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 850 milyon manat və yaxud 5 faiz çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 250 milyon manatı və ya 23,9 faizi neft-qaz sektorunun, 13 milyard 510 milyon manatı və ya 76,1 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcək. Dövlət Neft Fondundan transfert 12 milyard 835 milyon manat gözlənilir.
Büdcə xərcləri 40 milyard manatı üstələyəcək
Yenilənmiş proqnozlara görə, 2026-cı il dövlət büdcəsinin xərcləri 40 milyard 862,6 milyon manat səviyyəsində olacaq. Bu, təsdiq olunmuş göstəriciyə nisbətən 2 faiz azdır. Ümumilikdə, 2026-cı il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,5 faizi həcmində və ya 24 milyard 713,1 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 488,5 milyon manat və ya 1,9 faiz az), əsaslı xərclərə ümumi xərclərin 33,5 faizi həcmində və ya 13 milyard 691,8 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 352,6 milyon manat və ya 2,5 faiz az) olacağı ehtimal edilir. Cəmi xərclərdə dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 6 faizi həcmində və ya 2 milyard 457,6 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.
Xarici borc azalır
2026-cı ilin dövlət büdcəsində xarici dövlət borcu üzrə 1 milyard 400 milyon manat, daxili dövlət borcu üzrə isə 1 milyard 057,6 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Büdcə kəsirinin 2026-cı ilin sonuna 1 milyard 497,6 milyon məbləğində olacağı gözlənilir. Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına təmin edilməsi nəzərdə tutulub. Kəsir cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbətdə 1,1 faiz olacaq, eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2026-cı ilin əvvəlindəki 18,8 faiz proqnoza qarşı mövcud gözləntilər əsasında ilin sonunda 17,5 səviyyəsində olacağı gözlənilir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53
YAP xəbərləri
13 Oktyabr 13:51
Gündəm
13 Oktyabr 13:47
Siyasət
13 Oktyabr 13:07
YAP xəbərləri
13 Oktyabr 12:50
Siyasət
13 Oktyabr 12:23
YAP xəbərləri
13 Oktyabr 12:19
Siyasət
13 Oktyabr 12:04
Siyasət
13 Oktyabr 11:57
Dünya
13 Oktyabr 11:52
Gündəm
13 Oktyabr 11:50
Dünya
13 Oktyabr 11:48
Siyasət
13 Oktyabr 11:43
Dünya
13 Oktyabr 11:38
YAP xəbərləri
13 Oktyabr 11:31
İdman
13 Oktyabr 11:30
Gündəm
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:22
İqtisadiyyat
13 Oktyabr 11:18
Siyasət
13 Oktyabr 11:15
Dünya
13 Oktyabr 11:11
Gündəm
13 Oktyabr 10:59
Gündəm
13 Oktyabr 10:45
İqtisadiyyat
13 Oktyabr 10:41
Sosial
13 Oktyabr 10:38
İdman
13 Oktyabr 10:32
İqtisadiyyat
13 Oktyabr 10:19
Sosial
13 Oktyabr 10:07
İqtisadiyyat
13 Oktyabr 10:03
Mədəniyyət
13 Oktyabr 09:51
Sosial
13 Oktyabr 09:48
Sosial
13 Oktyabr 09:43
Analitik
13 Oktyabr 09:27
Gündəm
13 Oktyabr 09:05
Analitik
13 Oktyabr 08:59
Sosial
13 Oktyabr 08:37
Sosial
13 Oktyabr 08:10
Turizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46

