/ / Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
14.10.2026 [19:17]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə görə minnətdarlığını bildirən qonaq bu mötəbər tədbirin Bakıda keçirilməsi, həmçinin Azərbaycanın uğurlu sədrliyi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Zirvə Görüşünün iştirakçı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyi ilə əlaqədar qərarı dəstəklədikləri üçün üzv ölkələrə, həmçinin Şri-Lankaya təşəkkürünü bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu, ölkəmizin təşkilata uğurlu sədrliyinin, həmçinin Azərbaycana olan hörmət və etimadın göstəricisidir.
Azərbaycan Prezidenti Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirinin ölkəmizə səfərinin, eyni zamanda, ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün də yaxşı imkan yaratdığını dedi.
Vicita Herat son təbii fəlakətlər zamanı ölkəmizin Şri-Lankaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını ifadə etdi.
Görüşdə Azərbaycanın və Şri-Lankanın beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində yaxşı əməkdaşlığının olduğu vurğulandı.
Siyasi əlaqələrin səviyyəsinə uyğun olaraq iqtisadiyyat, ticarət, turizm sahələrində də münasibətlərimizin genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparıldı. Şri-Lankadan olan tələbələrin Azərbaycanda təhsil aldıqları qeyd edilərək, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olundu.
Xəbər lenti
Hamısına baxGündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30
Gündəm
14 Oktyabr 12:25
MEDİA
14 Oktyabr 12:19
YAP xəbərləri
14 Oktyabr 12:00
İqtisadiyyat
14 Oktyabr 11:49
YAP xəbərləri
14 Oktyabr 11:37
YAP xəbərləri
14 Oktyabr 11:32
Siyasət
14 Oktyabr 11:26
Siyasət
14 Oktyabr 11:25
Gündəm
14 Oktyabr 11:19
Dünya
14 Oktyabr 11:12
Siyasət
14 Oktyabr 10:42
Gündəm
14 Oktyabr 10:41
Dünya
14 Oktyabr 10:35
Elm
14 Oktyabr 10:15
Mədəniyyət
14 Oktyabr 09:53
YAP xəbərləri
14 Oktyabr 09:53
Yeni texnologiyalar
14 Oktyabr 09:39
Analitik
14 Oktyabr 09:20
Sosial
14 Oktyabr 08:57
Sosial
14 Oktyabr 08:32
Gündəm
14 Oktyabr 08:10
Siyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
YAP xəbərləri
13 Oktyabr 18:38
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41

