Milli Məclisin iclasında...
14.10.2026 [10:42]
Deputatlar 13 qanun layihəsini müzakirə ediblər
Oktyabrın 13-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 13 məsələ daxil edilib.
Əvvəlcə çıxış edən spiker Sahibə Qafarova oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII qurultayının əhəmiyyətindən danışıb. S.Qafarova bildirib ki, qurultay ölkəmizin ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biri oldu. İlk dəfə idi ki, Yeni Azərbaycan Partiyasının ali rəhbər orqanının toplantısı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra keçirilirdi. Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda proqram xarakterli nitq söyləyib: “Dərin məzmunlu bu nitqdə Azərbaycanın orta güc dövlətinə çevrilmək üçün keçdiyi inkişaf yoluna hərtərəfli nəzər salındı, tarixi qələbələrimizi şərtləndirən amillər göstərildi. Yeni Azərbaycan Partiyasının ictimai-siyasi proseslərdə rolu qeyd edildi.
Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin varisliyi haqqında dövlət başçısının söylədiyi fikirlər xüsusi mənaya malikdir. Bu xəttin əsasını siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin gücləndirilməsi, müdafiə potensialının daha da artırılması təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplərin ardıcıl həyata keçirilməsi başlıca milli məqsədlərimizin əldə olunmasını təmin edib”.
Spiker qeyd edib ki, Prezidentin nitqində Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətini daha da artırmaq üçün müəyyən edilmiş strateji vəzifələr Milli Məclisin fəaliyyəti baxımından da böyük əhəmiyyətə malikdir.
Bu vəzifələr keyfiyyətli qanunvericilik təminatı, büdcə prioritetlərinə məsuliyyətli münasibət, fəal parlament diplomatiyası və seçicilər ilə daimi əlaqə saxlanılmasını tələb edir. “Parlamentin üzvləri kimi biz dövlətimizin möhkəmləndirilməsinə və qarşıya çıxan yeni imkanların real nəticələrə çevrilməsinə kömək göstərməliyik. Əminliklə söyləmək olar ki, belə də olacaq” - deyə S.Qafarova vurğulayıb.
Milli Məclisin sədri, həmçinin Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfəri zamanı keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlər haqqında da məlumat verib.
Sonra iclasın gündəliyində olan məsələlərin müzakirəsi başlayıb. Əvvəlcə “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu” təsdiq edilib. Qeyd edək ki, Anlaşma Memorandumu İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasının Azərbaycanda keçirilməsi ilə bağlı təşkilati, maliyyə və hüquqi məsələləri, habelə Azərbaycan Respublikası Hökumətinin və BMT Katibliyinin öhdəliklərini müəyyən edir.
Memoranduma əsasən, Azərbaycan Hökuməti İqlim Həftəsi- 4-ün keçirilməsi üçün məkan, logistika və texniki infrastrukturun, təhlükəsizlik və protokol tədbirlərinin, habelə digər zəruri təşkilati məsələlərin təmin edilməsini həyata keçirir və Memorandumda nəzərdə tutulmuş müvafiq xərcləri qarşılayır. Adaptasiya Komitəsinin 30-cu iclasının logistika və digər təşkilati xərcləri isə Katiblik tərəfindən qarşılanır. Anlaşma Memorandumunun əlavələrində İqlim Həftəsi-4-ün keçirilməsi üçün tələb olunan binalar, iclas yerləri və obyektlər, avadanlıq, təchizat və kommunal xidmətlər, ev sahibi ölkənin dəstək heyəti, habelə iaşə xidmətləri konkretləşdirilib. Katiblik tədbirlərin proqramının hazırlanması və idarə olunmasına, iştirakçı və ekspertlərin dəvət edilməsinə, onların zəruri təşkilati məlumatlarla təmin olunmasına, habelə Katiblik tərəfindən maliyyələşdirilən iştirakçılara müvafiq ödənişlərin təşkilinə cavabdehdir.
Sənəddə, həmçinin tədbirlərlə əlaqədar vergi və gömrük güzəştləri, viza məsələləri, imtiyaz və immunitetlər, tədbir məkanlarının toxunulmazlığı, fərdi məlumatların qorunması və tərəflərin məsuliyyəti ilə bağlı müddəalar müəyyən edilib.
Sonra iclasda “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” qanun layihəsi qəbul olunub.
Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi” təsdiq edilib.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi məsələsi də üçüncü oxunuşda qəbul olunub. Dəyişikliklərə əsasən, balıqçılıq sahəsində nəzarətlə bağlı yoxlamalar sahibkarlıq yoxlamalarının dayandırılmasına dair məhdudiyyətin istisnaları sırasına daxil edilir. Həmçinin heyvandarlıq, quşçuluq, balıqçılıq təsərrüfatları və aqroparkların layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsinin tələb olunduğu hədlər müəyyənləşdirilir. Heyvandarlıq müəssisələrində layihə üzrə saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalentinə, quşçuluq müəssisələrində isə 40 min baş toyuq ekvivalentinə bərabər və ya daha çox olduqda qiymətləndirmə tələb ediləcək. Balıqçılıq, o cümlədən akvakultura təsərrüfatlarında bu tələb illik əldə olunan balıq məhsullarının, balıq və digər su bioresurslarının ümumi çəkisi 500 ton və ya daha çox olduqda tətbiq ediləcək. Aqroparklar üçün də müvafiq fəaliyyət növləri üzrə həmin hədlər əsas götürüləcək.
Azərbaycanda insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən malların bazardan geri çağırılması və məhv edilməsi qaydalarının müəyyənləşdirilməsi üçün hüquqi əsaslar da yaradılır. Bununla bağlı “Texniki tənzimləmə haqqında” qanuna dəyişiklik (birinci oxunuş) parlamentin iclasında müzakirə edilib. Qanuna əlavə edilən yeni müddəa texniki tənzimləmənin şamil olunduğu təhlükəli malların bazardan geri çağırılmasını, dövriyyədən çıxarılmasını, götürülməsini, daşınmasını və saxlanmasını əhatə edir. Həmin malların zərərsizləşdirilməsi və ya məhv edilməsi də nəzərdə tutulur. Bu tədbirlər səlahiyyətli qurumun müəyyən etdiyi qaydalara uyğun həyata keçiriləcək.
Qeyd edək ki, deputatlar iclasın gündəliyində digər qanun layihələrini də qəbul ediblər.
Sonda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının oktyabrın 16-da keçiriləcəyini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53
YAP xəbərləri
13 Oktyabr 13:51
Gündəm
13 Oktyabr 13:47
Siyasət
13 Oktyabr 13:07
YAP xəbərləri
13 Oktyabr 12:50
Siyasət
13 Oktyabr 12:23
YAP xəbərləri
13 Oktyabr 12:19
Siyasət
13 Oktyabr 12:04
Siyasət
13 Oktyabr 11:57
Dünya
13 Oktyabr 11:52
Gündəm
13 Oktyabr 11:50
Dünya
13 Oktyabr 11:48
Siyasət
13 Oktyabr 11:43
Dünya
13 Oktyabr 11:38
YAP xəbərləri
13 Oktyabr 11:31
İdman
13 Oktyabr 11:30
Gündəm
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:22
İqtisadiyyat
13 Oktyabr 11:18
Siyasət
13 Oktyabr 11:15
Dünya
13 Oktyabr 11:11
Gündəm
13 Oktyabr 10:59
Gündəm
13 Oktyabr 10:45
İqtisadiyyat
13 Oktyabr 10:41
Sosial
13 Oktyabr 10:38
İdman
13 Oktyabr 10:32
İqtisadiyyat
13 Oktyabr 10:19
Sosial
13 Oktyabr 10:07
İqtisadiyyat
13 Oktyabr 10:03
Mədəniyyət
13 Oktyabr 09:51
Sosial
13 Oktyabr 09:48
Sosial
13 Oktyabr 09:43
Analitik
13 Oktyabr 09:27
Gündəm
13 Oktyabr 09:05
Analitik
13 Oktyabr 08:59
Sosial
13 Oktyabr 08:37
Sosial
13 Oktyabr 08:10
Turizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46

