İRƏVANIN GÖRKƏMLİ PEDAQOQ XANIMLARINDAN RƏZİYYƏ ABDULLAYEVA
14.10.2026 [10:15]
Qədim tarixə, zəngin mədəniyyətə malik olan İrəvan şəhəri ilə fəxr edir və qürur duyuram. Mən bu qədim şəhərimizə bütün varlığımla bağlıyam. Ulularımızın, əcdadlarımızın silinməz izlərini özündə yaşadan bu bağlı-bağatlı qədim yurd yerlərimiz neçə-neçə nəsillərimizin məskəni olub. Bu şəhər xalqımızın tarixinə hökmdarlar, xanlar, görkəmli alimlər, elm və mədəniyyət xadimləri, böyük şəxsiyyətlər bəxş edib. İrəvanın Azərbaycan təhsil tarixində qadınlarımızın rolu misilsizdir. Belə görkəmli şəxsiyyətlərdən biri də adı təhsil tariximizə qürurla həkk olunmuş görkəmli pedaqoq, ictimai xadim Rəziyyə Abdullayevadır.
Rəziyyə Abdullayeva 1913-cü il sentyabr ayının 29-da İrəvan şəhərində öz sənəti, insanlığı, səmimiyyəti ilə hörmət-izzət sahibi olan ağsaqqal dərzi Həsən kişinin ailəsində dünyaya göz açmışdır. Rəziyyə 3 yaşında ikən anası dünyasını dəyişir. Həsən kişi 8 övladı ilə birlikdə olduqca ağır şəraitdə yaşayır. Ailənin ağır vəziyyətinə baxmayaraq Həsən kişi yorulmaq bilmədən çətinliklə də olsa ailəni dolandırmağa çalışır. Bütün bu çətinliklərə mərdliklə sinə gərən Həsən kişi övladlarının hamısına təhsil verib boya-başa çatdırır. Bacılara ailənin ilkini olan Rəziyyə analıq edib, onların hər biri üzərində sözün əsil mənasında onun analıq haqqı vardır.
Rəziyyə Abdullayeva ilk təhsilini 1922-ci ildə İrəvanda təşkil olunmuş 7 illik Türk məktəbində aldıqdan sonra 1927-ci ildə İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinə daxil olur. Öz intizamı, çalışqanlığı, istedadı ilə müəllimlərinin və tələbə kollektivinin böyük rəğbətini qazanan Rəziyyə xanım 1931-ci ilə pedaqoji texnikumu əla qiymətlərlə başa vurub, elə həmin ildə İrəvandakı “Şaumyan” adına beynəlmiləl məktəbin Azərbaycan bölməsində pedaqoji fəaliyyətə başlayır. Həmin gündən etibarən Rəziyyə həyatını müəllimlik sənətinə həsr edir. O, illərlə həsrətində olduğu, ən çox sevdiyi peşədə böyük həvəslə çalışır. 1933-cü ildə isə İrəvandakı 9 illik Türk məktəbinə müəllim təyin olunur. Rəziyyə xanımın öz müəllimlik peşəsinə ürəkdən bağlılığı qısa zamanda onu şagird və müəllimlərin sevimlisinə çevirir. O, həyatının mənasını şərəfli əməkdə, məktəbdəki fəaliyyətdə görmüş, şagirdlərə elmin əsaslarını dərindən mənimsətmək üçün bütün bilik və bacarığını əsirgəməmişdir. Daim öz üzərində çalışaraq pedaqoji biliyini daha da artırmağa səy göstərən Rəziyyə müəllimə pedaqoji fəaliyyətindən ayrılmadan ali təhsil almaq üçün 1937-ci ildə İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1941-ci ildə buranı uğurla bitirib və daha böyük həvəslə pedaqoji fəaliyyətini davam etdirmişdir. Rəziyyə Abdullayeva 1941-ci ildə “Kirov” adına İrəvan Azərbaycanlı Qızlar Məktəbinə direktor təyin edilir. Məlumat üçün onu da bildirək ki, 1938-ci ildə İrəvan 9 illik Türk məktəbinin adı dəyişdirilərək 1962-ci ilin sonuna qədər “Kirov” adına İrəvan Azərbaycanlı Qızlar Məktəbi adlanmışdır. 1963-cü ildən etibarən isə həmin məktəb M.F.Axundov adına İrəvan tam azərbaycanlı orta məktəbi adlanmışdır.
Rəziyyə bütün şüurlu həyatını, istedad və qabiliyyətini millətinin övladlarının təlim-tərbiyəsinə, xoşbəxt gələcəyinə həsr etmişdir. Yüzlərlə azərbaycanlı gəncə təhsil verib. Onların hər birinin həyatda layiqli yer tutmasına, ixtisas seçmələrinə, xalq təsərrüfatının müxtəlif sahələrində ləyaqətlə fəaliyyət göstərmələrinə nail olub. Onun vaxtilə dərs dediyi şagirdləri müxtəlif peşələrdə ləyaqətlə çalışmışlar. O hər zaman gənc nəslin milli ruhda böyüməsi, onlarda doğma xalqına hədsiz məhəbbət hissi oyatmaqda öz pedaqoji ustalığından və biliyindən bacarıqla istifadə etmişdir. Yetişdirmələrinin böyük bir hissəsi Böyük Vətən müharibəsində şücaət göstərib, qanlı döyüş meydanlarından Rəziyyə xanıma yazdıqları hörmət, ehtiram, məhəbbət dolu məktublarda ona təşəkkür və minnətdarlıqlarını bildiriblər. Bu da onun əməyinə verilən ən yüksək qiymətdir. Rəziyyə xanımın şagirdləri arasında akademik Mahmud Kərimovun, professor Mirəli Seyidovun adlarına da rast gəlmək olar.
Rəziyyə Abdullayevanın təhsil təşkilatçılığı, müəllim peşəsinə olan vurğunluğu, böyük pedaqoji təcrübəsi onun növbəti uğurlarına geniş imkanlar açmış və o, 1941-ci ildə həmin məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Beləliklə, həmin məktəbdə 10 il müəllim və 20 ildən artıq direktor vəzifəsində yorulmadan çalışmışdır.
Rəziyyənin mənalı, məzmunlu əməyini nəzərə alaraq ona əməkdar müəllim şərəfli adı verilib. Qüsursuz işlədiyinə görə “Şərəf nişanı” ordeni, “Əmək igidliyinə görə”, “Qafqazın müdafiəsi”, “1941-1945-ci illərdə arxa cəbhədə göstərdiyi fədakar əməyə görə” medalları ilə təltif olunub. 1945-1958-ci illərdə İrəvan şəhər sovetinə deputat seçilib.
Rəziyyənin maarif sahəsində göstərdiyi fəaliyyət diqqəti xüsusilə cəlb edir. Şagirdlərə, pedaqoji kadrlara göstərdiyi qayğı son dərəcə məqsədyönlü olub. Dəfələrlə respublika miqyasında qeyd edilib və digər məktəblərə nümunə göstərilib. Ali məktəblərə göndərilən şagirdlərin qəbul imtahanlarında məhz onun iradəsi, tükənməz arzusu sayəsində uğur qazanmalarında Rəziyyəni bir müəlllim, bir ana, bir maarif fədaisi kimi çox sevindirib. Onların təhsil aldığı ocaqlardan adına gələn təşəkkürlər isə Rəziyyə müəlliməyə qol-qanad verib. Müəllim üçün bundan böyük mükafat olarmı? Bundan böyük xoşbəxtlik nəsib ola bilərmi? Bu onun ömrünün uzanmasına, fəxr hissləri keçirməsinə səbəb olub.
Rəziyyə xanım 1951-1958-ci illərdə SSRİ Ali Sovetinin deputatı olub. Dəfələrlə Moskvaya gedib, sessiyalarda iştirak edib. Həll olunan məsələləri öyrənib, rayonlarda seçicilərlə dönə-dönə görüşüb, ehtiyaclarını öyrənib, dövlət qarşısında müvafiq məsələlərə aid çıxış edib. Həll üçün əlindən gələni əsirgəməyib. Lakin... Cəlayi-Vələn düşüb... O vaxta qədər məharətlə pərdələnmiş erməni xisləti ilə üzləşib. Ona bu qədər ad-sanın verilməsi sovet-təbliğat maşınının “dostluq” siyasətinin nəticəsi olub. Əslində daşnaklar hər vaxt, hər zaman daşnak olaraq qalıb. Əllərinə imkan düşən kimi bədnam, bədxah simalarını büruzə veriblər. Hansı vəhşiliklərə qadir olduqlarını göstəriblər. Quduz, acgöz, qəddar, amansız mahiyyətlərini bütün dünyaya açıqlayıblar.
Rəziyyə xanım kimi yüzlərlə, minlərlə qaçqın salıblar. Bu olay uzun illərin məkirli siyasətinin qara təzahürü idi.
Rəziyyə müəllimə 1962-1973-cü illərdə Bakıda işləyib. Pedaqoji fəaliyyətini 160 №-li məktəbdə davam etdirib. 5-6 ilə yaxın onun divarları arasında işləmişdir. Bu gün də minnətdarlıqla yad edilən Rəziyyə xanım 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Rəziyyənin son beşik - 8-ci bacısı Mənzərə müəllimə ADU-nun Şərqşünaslıq fakültəsini bitirib, 1970-ci ildən elə oradaca ixtisası üzrə fars dili dərslərini aparmışdır. Filologiya elmləri namizədi, dosent Mənzərə xanım Məhəmmədova ömrünün sonuna kimi Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyət göstərmişdir.
Rəziyyə xanımın bacısı Nahidənin oğlanları Ziyafəddin və Hikmət Əsədov qardaslarının hər ikisi kimya elmləri doktoru, professordurlar. Ziyafəddin Əsədov həm də AMEA-nın həqiqi üzvüdür.
Rəziyyənin digər bacısı Rəfiqə xanımın oğlu Əkbər Ağayev də kimya elmləri doktoru, professordur. O vaxtilə xalası Rəziyyənin dərs dediyi məktəbin məzunu olmuşdur.
Alimlər, doktorlar, ziyalılar ailəsi... Mən qısaca da olsa İrəvan ziyalılarından olan bir ailədən söhbət açdım. Belələri isə İrəvanda onlarla deyil, yüzlərlədir. Deyin, İrəvan ziyalıları ilə öyünüb fəxr etməmək olarmı?
Vaxt gələcək, İrəvan ziyalıları Vətənə dönəcək. O gün mütləq gələcək. Mən buna əminəm. Tarix həmişəki kimi öz haqq hökmünü verəcək. Çünki o gözəl yurdun əsil sahibi var, olub və olacaqdır. Bunu qocaman tarixin yaddaşından poza, silə biləcək qüvvə yoxdur.
Cəlal Zəngi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxSiyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53
YAP xəbərləri
13 Oktyabr 13:51
Gündəm
13 Oktyabr 13:47
Siyasət
13 Oktyabr 13:07
YAP xəbərləri
13 Oktyabr 12:50
Siyasət
13 Oktyabr 12:23
YAP xəbərləri
13 Oktyabr 12:19
Siyasət
13 Oktyabr 12:04
Siyasət
13 Oktyabr 11:57
Dünya
13 Oktyabr 11:52
Gündəm
13 Oktyabr 11:50
Dünya
13 Oktyabr 11:48
Siyasət
13 Oktyabr 11:43
Dünya
13 Oktyabr 11:38
YAP xəbərləri
13 Oktyabr 11:31
İdman
13 Oktyabr 11:30
Gündəm
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:22
İqtisadiyyat
13 Oktyabr 11:18
Siyasət
13 Oktyabr 11:15
Dünya
13 Oktyabr 11:11
Gündəm
13 Oktyabr 10:59
Gündəm
13 Oktyabr 10:45
İqtisadiyyat
13 Oktyabr 10:41
Sosial
13 Oktyabr 10:38
İdman
13 Oktyabr 10:32
İqtisadiyyat
13 Oktyabr 10:19
Sosial
13 Oktyabr 10:07
İqtisadiyyat
13 Oktyabr 10:03
Mədəniyyət
13 Oktyabr 09:51
Sosial
13 Oktyabr 09:48
Sosial
13 Oktyabr 09:43
Analitik
13 Oktyabr 09:27
Gündəm
13 Oktyabr 09:05
Analitik
13 Oktyabr 08:59
Sosial
13 Oktyabr 08:37
Sosial
13 Oktyabr 08:10
Turizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46

