Azərbaycan-Kamboca iqtisadi əlaqələrində yeni dövr
14.10.2026 [11:19]
Azərbaycan-Kamboca əlaqələri hələ sovet dövründə yaxın dostluq şəraitində inkişaf edib. Ötən əsrin 80-ci illərində kambocalı tələbələr Azərbaycanın təhsil müəssisələrində müxtəlif ixtisaslara yiyələniblər, eləcə də ölkəmizin neft-qaz mütəxəssisləri ilə Kambocanın sənaye sektorunun nümayəndələri arasında yaxın əlaqələr mövcud olub. 1994-cü ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın Kamboca Krallığı ilə iqtisadi münasibətlərinin inkişafı üçün yeni tarixi dövr başlayıb.
Oktyabrın 12-də Azərbaycanda səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin Prezident İlham Əliyevlə keçirdiyi görüşlərdə müzakirə olunan mühüm məsələlər əməkdaşlığın yeni gündəliyini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər ticarət və sərmayə qoyuluşu sahələrində planların tərtib edilməsi və praktiki icrası üçün yaxşı imkan deməkdir. Cənab İlham Əliyevin vurğuladığı kimi iqtisadi imkanların potensialları geniş müzakirə edildi və ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaradılması qərara alındı. Bu, Azərbaycanın və Kambocanın iqtisadi dövlət qurumları ilə yanaşı, çoxsaylı şirkətlərinin birgə əməkdaşlığı üçün də yaxşı fürsət yaradır.
Çərçivə Sazişi ticari-iqtisadi əməkdaşlığa töhfə verəcək
Azərbaycan və Kamboca arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin resurs imkanları genişdir və əmtəə mübadilələrini artırmaq üçün yeni iqtisadi təşviq və addımların atılması olduqca vacibdir və ticari dövriyyənin yüksəlməsində mühüm rol oynaya bilər. Yeri gəlmişkən, “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın, habelə vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi”nin imzalanması qeyd edilən istiqamətdə əsaslı iqtisadi zəmin yaradacaq. Vergi güzəştlərinin və iqtisadi təşviq mexanizmlərinin tətbiqi investisiyaların qoyuluşu, ticarətin asanlaşdırılması, birgə layihələrin icrası baxımından əhəmiyyətli anlaşmalar hesab edilə bilər. Sənədlər, həmçinin, sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarının əlaqələndirilməsində imkanları artırır.
Tərəflər nəqliyyat və rəqəmsal transformasiya sahələrində də əməkdaşlığa xüsusi önəm verir. Azərbaycanın Şərq-Qərb dəhlizinin əsas arteriyası olan Orta Dəhlizdə mühüm strateji yer tutması uzaq Asiya regionundan, o cümlədən Kambocadan gələn yüklərin Avropa bazarlarına çıxışı üçün yaxşı tranzit səmərələliyini artırır. Ona görə də, Kamboca Asiya-Xəzər dənizi marşrutu ilə digər region ölkələrinə sıx inteqrasiya oluna bilər.
Biznes-forum birgə layihələrin reallaşması üçün mühüm platformadır
Bakıda keçirilən Azərbaycan-Kamboca biznes-forumu isə iki ölkənin özəl sektorunun nümayəndələri ilə görüşmək imkanını reallaşdırmaqla, həm də işgüzar nümayəndə heyətinin birgə layihələrdə fəal tərəfdaşlığı üçün mühüm platforma hesab edilə bilər. Biznes-forumda hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, maliyyə, turizm, səhiyyə, informasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən 100-dək iş adamı iştirak edib ki, hazırkı dövr üçün bu yüksək göstəricidir. Forum özəl sektorlar arasında birbaşa əlaqələrin qurulması real imkanların təşviqi və investisiya əməkdaşlığı üçün konkret perspektivlərin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir..
Kamboca Krallığının Baş naziri Hun Manetin vurğuladığı kimi tədbir iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı investisiya imkanlarının artırılması baxımından əla fürsətdir.
Bizneslər arasında Anlaşma Memorandumu
İqtisadiyyat naziri Mikayıl Cabbarovun qeyd etdiyi kimi Azərbaycan və Kamboca arasında sənaye, kənd təsərrüfatı, enerji, turizm, maliyyə və informasiya texnologiyaları sahələrində yeni tərəfdaşlıq perspektivləri dəyərləndirilir və biznes nümayəndələri arasında birbaşa əlaqələrin gücləndirilməsi qarşılıqlı əməkdaşlığa töhfə verəcək.
Kambocanın ticarət naziri Çam Nimulin və Kamboca Ticarət Palatasının prezidenti, ASEAN Biznes Məsləhət Şurasının sədri Neak Oknha Kith Mengin xatırlatdığı kimi iki ölkənin iş adamları arasında yeni tərəfdaşlıqların qurulması üçün münbit şərait yetişib və kambocalı biznes icması bundan faydalanmaq niyyətindədir.
Forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması isə birgə layihələrin həyata keçirilməsi üçün hüquqi əsaslar yaradır. imkanlarının müzakirə edildiyi B2B (qarşılıqlı) görüşlər təşkil olunub.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53
YAP xəbərləri
13 Oktyabr 13:51
Gündəm
13 Oktyabr 13:47
Siyasət
13 Oktyabr 13:07
YAP xəbərləri
13 Oktyabr 12:50
Siyasət
13 Oktyabr 12:23
YAP xəbərləri
13 Oktyabr 12:19
Siyasət
13 Oktyabr 12:04
Siyasət
13 Oktyabr 11:57
Dünya
13 Oktyabr 11:52
Gündəm
13 Oktyabr 11:50
Dünya
13 Oktyabr 11:48
Siyasət
13 Oktyabr 11:43
Dünya
13 Oktyabr 11:38
YAP xəbərləri
13 Oktyabr 11:31
İdman
13 Oktyabr 11:30
Gündəm
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:22
İqtisadiyyat
13 Oktyabr 11:18
Siyasət
13 Oktyabr 11:15
Dünya
13 Oktyabr 11:11
Gündəm
13 Oktyabr 10:59
Gündəm
13 Oktyabr 10:45
İqtisadiyyat
13 Oktyabr 10:41
Sosial
13 Oktyabr 10:38
İdman
13 Oktyabr 10:32
İqtisadiyyat
13 Oktyabr 10:19
Sosial
13 Oktyabr 10:07
İqtisadiyyat
13 Oktyabr 10:03
Mədəniyyət
13 Oktyabr 09:51
Sosial
13 Oktyabr 09:48
Sosial
13 Oktyabr 09:43
Analitik
13 Oktyabr 09:27
Gündəm
13 Oktyabr 09:05
Analitik
13 Oktyabr 08:59
Sosial
13 Oktyabr 08:37
Sosial
13 Oktyabr 08:10
Turizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46

