Azad Füzuli: qayıdışın, dirçəlişin və yeni həyatın ünvanı
15.10.2026 [16:28]
Bu gün Azərbaycan Respublikasının bütün vətənsevər insanları qürur dolu, sevincli günlərini yaşayır. Məhz ona görə ki, bir qərinəlik işğaldan sonra torpaqlarımız yağı düşməndən azad olunub. Müstəqil Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü təmin edilib. Həm də ona görə ki, müharibədən çıxmış ölkə olmaqla yanaşı respublikamız müstəqil, suveren dövlət olaraq mətin addımlarla irəliləyir, inkişaf edir, güclənir. Ulu Öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan regionda aparıcı, dünyada isə söz sahibi olan dövlətə çevrilib, beynəlxalq nüfuzumuz artıb, maliyyə imkanlarmızı çoxalıb, insanların sosial rifahı yüksəlib.
Cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Heydər Əliyevin görmək istədiyi ölkəyə çevirib. Sözün əsil mənasında Ulu Öndərin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”, “Azərbaycan dünyaya günəş kimi doğacaq” ifadələri tam reallığa çevrilib.
Bu gün Azərbaycan xalqı çox xöşbəxtdir. Biz xalq, dövlət olaraq bir nömrəli problemimizi həll etmişik. Qarabağı terrorçulardan təmizləmişik, separatizminin kökünü kəsmişik, Şuşada, Xocalıda, Xankəndidə-bütün Qarabağda bayrağımızı qaldırdıq, hakimiyyətimizi, nüfuzumuzu bərpa etdik. Bu gün Azad Qarabağda dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir.
Bu şərəfli Zəfər tariximizin mühüm mərhələlərindən biri də 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin erməni işğalından azad olunması oldu.
Digər şəhər və rayonlarımızın azad olunduğu günlər kimi, 17 oktyabr tarixi də Azərbaycan xalqının yaddaşına qürur, sevinc və sonsuz iftixar hissi ilə həkk olundu. Həmin gün Füzulinin azadlığı ilə illərlə doğma yurd həsrəti çəkən minlərlə insanın qəlbində yeni ümidlər parladı. Ata-baba torpaqlarına qayıtmaq arzusu ilə yaşayan insanların uzun illər gözlədiyi gün gəlib çatdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan tarixi vəzifəni uğurla yerinə yetirərək Füzuli şəhərini işğaldan azad etdi.
Qədim Azərbaycan torpağı olan Füzuli rayonunu hər qarışında xalqımızın keçmişindən xəbər verən izlər, ata-babalarımızın zəhməti və əsrlərin yadigarları vardır. Burada nəsillər bir-birini əvəz etmiş, insanlar doğma torpağa bağlılıq hissini qoruyaraq milli adət-ənənələrimizi yaşatmışlar. Füzuli coğrafi məkan olmaqla, həm də mənəvi dəyər, doğma yurd anlayışının ifadəsidir. Burada doğulan, boya-başa çatan, ailə quran, övlad böyüdən insanlar üçün Füzuli uşaqlıq xatirələrinin, ata ocağının, ailə tarixinin və milli kimliyin ayrılmaz hissəsidir. Buna görə də şəhərin işğalı füzulililər üçün ağır mənəvi sınaq olmuşdur. Doğma torpaqdan ayrı düşmək, ata-baba evini tərk etmək, uşaqlıq xatirələrini uzaqlarda yaşatmaq məcburiyyətində qalmaq insanın qəlbində silinməz izlər buraxır. Lakin Füzuli sakinləri bütün çətinliklərə baxmayaraq, öz torpaqlarına qayıdacaqlarına inanırdılar. Onların bu inamı Azərbaycan xalqının sarsılmaz iradəsi ilə birləşərək tarixi Zəfərə aparan mənəvi qüvvəyə çevrildi.
Füzulinin azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mühüm mərhələsi, Azərbaycan əsgərinin qəhrəmanlığının və dövlətimizin qətiyyətinin göstəricisidir. Bu qələbə bir daha sübut etdi ki, xalqımız öz tarixi torpaqlarına bağlıdır və milli maraqlarının qorunması naminə birlik nümayiş etdirməyə qadirdir.
Bu gün Füzuli şəhərində aparılan bərpa və quruculuq işləri azadlığın real nəticələrini göstərir. Yeni yollar, yaşayış binaları, sosial obyektlər və müasir infrastruktur şəhərin uğurlu gələcəyinə xidmət edir. Doğma yurdlarına qayıdan sakinlər üçün yeni həyat başlanır, illərlə həsrətlə gözlənilən arzular gerçəkləşir.
Dövlət başçısının Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməli qoyulur, yeni infrastruktur layihələri həyata keçirilir və obyektlər istifadəyə verilir. Artıq Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı uğurla fəaliyyət göstərir.
Respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış 827 ailənin (3153 nəfərin) doğma yurdlarına köçürülməsi Böyük Qayıdış prosesinin mühüm nəticələrindəndir.
İşğaldan azad edilmiş Füzuli şəhərində həyata keçirilən quruculuq işləri eyni zamanda beynəlxalq həmrəyliyin də bariz nümunəsidir. Qardaş Özbəkistan Respublikasının təşəbbüsü ilə şəhərdə inşa edilmiş orta məktəb Azərbaycan və Özbəkistan xalqları arasındakı dostluğun rəmzidir. Qardaş Qazaxıstan Respublikasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq işlərinə verdiyi dəstək də xüsusi əhəmiyyət daşıyır. 2024-cü il martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Qazaxıstanın dəstəyi ilə yaradılmış bu mərkəz iki qardaş xalq arasında dostluğun, qarşılıqlı hörmətin və həmrəyliyin parlaq təzahürüdür. Mərkəz həm də xalqlarımız arasında tarixi və mənəvi bağların möhkəmlənməsinə xidmət edir.
Füzuli artıq həsrətin deyil, qayıdışın, dirçəlişin və yeni həyatın ünvanıdır. Onun azadlığı tariximizin şərəfli səhifəsi, yenidən qurulması isə gələcək nəsillərə ötürüləcək böyük məsuliyyətdir.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42
YAP xəbərləri
14 Oktyabr 12:39
YAP xəbərləri
14 Oktyabr 12:30

